Tələb əyrilərinin növləri
Adətən iqtisadçılar tələb əyrilərini onların elastikliyinə uyğun olaraq təsnifi edirlər. Əgər elastiklik 1-dən yuxarıdırsa, əmtəəyə olan tələb elastik kimi qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifadəsində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastikliyi 1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miqdarının dəyişməsi onun qiymətinin dəyişməsindən nisbətən aşağıdır. Əgər elastiklik 1-ə bərabərdirsə, əmtəənin miqdarı onun qiymətinin dəyişməsinə tam uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur.
Qiymətə görə tələbin elastikliyi əmtəəyə olan tələbin həcminin qiymətin dəyişməsindən asılılığını göstərir və o, tələb əyrisinin meylliliyi ilə sıx bağlıdır (II fəslə əlavədə əyrinin meylliyi və elastik məsələlərin izahına bax). Burada böyük barmaq qaydasına əməl etmək sərfəlidir: həmin nöqtədən keçən tələb əyrisi nə qədər çox maillidirsə, tələbin elastikliyi bir o qədər yüksəkdir; mövcud nöqtədən keçən tələb əyrisi nə qədər sərtdirsə, qiymətə görə tələbin elastikliyi bir o qədər azdır.
Yaddaş guşəsi
Orta nöqtə üsulu ilə elastikliyin hesablanması Əgər tələb əyrisinin iki nöqtəsi arasında qiymətə görə tələbin elastikliyini hesablamağa çalışsanız, siz o dəqiqə xoşagəlməz problemi müşahidə edəcəksiniz. A nöqtəsindən B nöqtəsinədək hesablanmış elastikliyin qiyməti B nöqtəsindən A nöqtəsinədək hesablanmış elastikliyin qiymətinə uyğun gəlməyəcəkdir. Misal üçün, aşağıdakı məlumatlara diqqət yetirək. A nöqtəsi: qiymət 4 dollar. Miqdar – 120 B nöqtəsi: qiymət 6 dollar. Miqdar – 80 A nöqtəsindən B nöqtəsinə doğru əyri boyunca hərəkət zamanı qiymət 50% artır, əmtəənin miqdarı isə 33% aşağı düşür: qiymətə görə tələbin elastikliyi 33/50 və ya 0,66 təşkil edir. Əksinə, B nöqtəsindən A nöqtəsinə hərəkət zamanı qiymət 33% aşağı düşür, əmtəənin miqdarı isə 50% artır: qiymətə görə tələbin elastikliyi 50/33 və ya 1,5 olur. Bu problemdən yayınmağın üsullarından biri orta nöqtə üsulundan istifadə edilməsidir. Bu üsul elastikliyin qiymətin ilk və son nöqtələrdə miqdarının (faizlə) əyrinin orta nöqtəsində qiymətin dəyişməsinə olan nisbəti kimi müəyyən olunmasını fərz edir. Məsələn, 4 və 6 dollar arasında orta nöqtədə qiymət 5 dollardır. Deməli, 4 dollar nöqtəsindən 6 dollar nöqtəsinədək hərəkət zamanı qiymət 40% artır (Nə üçün? Ona görə ki, (6-4 doll.)/5 doll.×100% = 40%). Analoji olaraq, 6 dollardan 4 dollara doğru hərəkət zamanı qiymət 40% aşağı düşür. Madam ki, orta nöqtə üsulu əyrinin hərəkət istiqamətindən asılı olmayaraq, dəyişikliyin qiymətini tapmağa imkan verir, ondan daha çox iki nöqtə arasında qiymətə görə tələbin elastikliyinin hesablanmasında istifadə edirlər. Bizim misalda A və B nöqtələri arasında orta nöqtə aşağıdakı kimidir: Orta nöqtə: Qiymət = 5 dollar. Miqdar = 100 Orta nöqtə üsuluna əsasən, A nöqtəsindən B nöqtəsinə hərəkət zamanı qiymət 40% artır, miqdar isə 40% azalır. Analoji olaraq, B nöqtəsindən A nöqtəsinə hərəkət zamanı qiymət 40% aşağı düşür, miqdar isə 40% artır. Hər iki istiqamətdə qiymətə görə elastiklik 1-ə bərabərdir. Əgər sizdə elastikliyin hesablanması zərurəti yaranarsa, orta nöqtə üsulunu yada salın. Bu kitabda biz qeyd olunan üsula tez-tez müraciət etməyəcəyik. Bizim məqsədimiz üçün tələbin elastikliyi – tələbin həcminin qiymətin dəyişməsinə reaksiyası daha əhəmiyyətlidir, nəinki onun hesablanması.
|
5.1. saylı şəkildə tələb əyrisinin beş növü təsvir olunmuşdur. Ekstremal şəraitdə əmtəəyə tələbin sıfır elastikliyi tamamilə qeyri-elastikdir, tələb əyrisi isə şaqulidir (hər bir mümkün qiymətdə təklif olunan əmtəənin miqdarı dəyişmir). Elastikliyin artdığı ölçüdə tələb əyrisi daha çox maili olur.
Elastikliyin artması ilə tələb əyrisi daha çox maili olur. Ekstremal hallarda tamamilə elastik tələbə xas olan qiymətə görə elastiklik sonsuzluğa doğru meyl edir. Bu halda tələb əyrisi absis oxuna nisbətdə üfüqi vəziyyətdə olur və onu əks etdirir ki, qiymətin cüzi dəyişməsi tələbin həcminin əhəmiyyətli dərəcə dəyişməsinə səbəb olur.
Satışdan ümumi gəlir və tələbin qiymət elastikliyi
Bazar tələbi və təklifinin dəyişməsini təhlil edərkən, alıcılar tərəfindən ödənilən və əmtəə satıcıları tərəfindən əldə edilən pul məbləği kimi dəyişən amilin təsirini nəzərə almaq zəruridir. Hər bir bazarda satışdan ümumi gəlir=PxQ: əmtəənin qiymətinin satılmış əmtəələrin miqdarına olan hasilinə bərabərdir.
Satışdan ümumi gəlir qrafiki (şəkil 5.2.) tələb əyrisi altında düzbucaqlı kimi təsvir olunmuşdur. Onun hündürlüyü P-ə, uzunluğu isə Q-ə bərabərdir. RxQ kimi hesablanan düzbucaqlının sahəsi bu bazarda əldə olunmuş satışdan əldə olunan ümumi gəlirə bərabərdir. Əgər R=4 dollar, Q=100 olarsa, məcmu mədaxil 4 dollar x100 və ya 400 dollara bərabər olacaqdır.
Tələb əyrisi boyunca hərəkəti zamanı satışdan ümumi gəlir necə dəyişilir? Bu, qiymətə görə əmtəəyə olan tələbin elastikliyindən asılıdır. Əgər tələb qeyri-elastikdirsə (şəkil 5.3.), qiymətin artması satışdan ümumi gəlirin artmasına səbəb olur. Qiymətin 1 dollardan 3 dollara qalxması tələbin həcminin 100-dən 80 vahidə enməsinə gətirib çıxarır, məcmu mədaxil isə 100 dollardan 240 dollara qədər artır. P-nin artması ilə müqayisədə Q nisbətən az azaldığından, əmtəənin qiymətinin artması P və Q-nin hasilinin artması ilə nəticələnir.
Əgər tələb elastikdirsə, biz əks nəticə alırıq: qiymətin artması satışdan ümumi gəlirin azalması ilə nəticələnir. Məs: əgər əmtəənin qiyməti 4 dollardan 5 dollara, tələbin həcmi 50-dən 20 vahidə düşərsə, məcmu mədaxil 200 dollardan 100 dollara qədər azalır (şəkil 5.4.). Beləliklə, tələb elastik olduğundan tələbin həcminin azalması o qədər böyükdür ki, əmtəənin qiymətinin artmasını örtür. Başqa sözlə, P-nin artması ilə müqayisədə Q-nin azalması çox olduğundan, qiymətin artması P və Q hasilinin azalmasına səbəb olur.
Şəkil 5.3. və 5.4.- də göstərilən misallar son dərəcə təsadüfi olsalar da, onlar ümumi qaydaları əks etdirirlər:
- qiymətə görə tələbin elastikliyi 1-dən az olarsa, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin artımına, qiymətin azalması isə onun azalmasına səbəb olur;
- tələbin qiymət elastikliyi 1-dən çox olarsa, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin azalması, qiymətin azalması isə onun artması ilə nəticələnir;
- tələbin qiymət elastikliyinin 1-ə bərabər olduğu xüsusi hallarda əmtəənin qiymətinin dəyişməsi satışdan ümumi gəlirə təsir göstərmir.
Gəlirə görə tələbin elastikliyi (The Income Elasticity of Demand)
Qiymətə görə tələbin elastikliyindən başqa iqtisadçılar elastikliyin digər göstəricilərindən də istifadə edirlər. Onlardan ən maraqlısı gəlirə görə tələbin elastikliyidir, yəni istehlakçıların gəlirlərinin dəyişməsindən əmtəə tələbinin həcminin asılılığıdır. Gəlirə görə elastiklik aşağıdakı kimi hesablanır:
Yaddaş guşəsi
Elastiklik, satışdan ümumi gəlir və tələb əyrisi
Tələb əyrisi heç də həmişə elastikliklə xarakterizə olunmur. Dəyişən elastikliklə tələb əyrisinə misal şəkil 5.5.-də göstərilmişdir. Xətli tələb əyrisi daim mailliyə meyllidir. Yadınıza salın ki, əyrinin mailliyi qiymətin dəyişməsinin əmtəənin miqdarının dəyişməsinə nisbəti kimi müəyyən olunur. Bu halda, qiymətin hər bir dollar artması tələbin həcminin 2 vahid azalmasına səbəb olduğundan, tələb əyrisinin mailliyi sabit kəmiyyətdir.
Tələb əyrisinin daim maili olması o demək deyildir ki, onun elastikliyi də sabit kəmiyyətdir. Bu, onunla əlaqədardır ki, elastiklik faizlə ifadə olunmuş dəyişənlərin dəyişməsi nisbəti kimi müəyyən olunduğu halda, maillilik iki dəyişənin dəyişməsi nisbətini ifadə edir. 5.1. cədvəlində verilmiş olan cədvələ, şəkil 5.5.-dəki müvafiq tələb əyrisinə və qiymətə görə tələbin elastikliyinə dair hesablamalara baxaq. Aşağı qiymət və tələbin yüksək nöqtəsində tələb əyrisi qeyri-elastikdir. Yüksək qiymət və tələbin kiçik nöqtəsində tələb əyrisi elastikdir. Cədvəl 5.1.-də satışdan ümumi gəlirlə elastiklik arasında qarşılıqlı əlaqəni əks etdirən tələb əyrisinin hər bir nöqtəsində satışdan ümumi gəlir verilmişdir. Məs. qiymət 1 dollara bərabər olduqda, tələb qeyri-elastikdir, qiymətin 2 dollara qalxması satışdan ümumi gəlirin artması ilə nəticələnir. Əmtəənin qiyməti 5 dollar olduqda, tələb elastikdir, qiymət 6 dollara yüksəldikdə isə satışdan ümumi gəlir aşağı düşür. Qiymət 3 dollardan 4 dollara çatdıqda, tələbin elastikliyi vahidə bərabər olur, satışdan ümumi gəlir isə hər bir qiymətdə dəyişməz qalır.
Cədvəl 5.1.
Qiymət doll.
|
Miqdar
|
Məcmu mədaxil (qiymət x miqdar)
|
Qiymətin dəyişməsi, %
|
Tələbin həcminin dəyişməsi, %
|
Elastiklik
|
Tələbin xarakteristikası
|
0
|
14
|
0
|
200
|
15
|
0,1
|
qeyri-elastik
|
1
|
12
|
12
|
67
|
18
|
0,3
|
qeyri-elastik
|
2
|
10
|
20
|
40
|
22
|
0,6
|
qeyri-elastik
|
3
|
8
|
24
|
29
|
29
|
1,0
|
vahid elastik
|
4
|
6
|
24
|
22
|
40
|
1,8
|
elastik
|
5
|
4
|
20
|
18
|
67
|
3,7
|
elastik
|
6
|
2
|
12
|
15
|
200
|
13,0
|
elastik
|
7
|
0
|
0
|
|
|
|
|
IV fəsildə qeyd etdiyimiz kimi, əmtəələrin əksəriyyəti normal əmtəələr kateqoriyasına aiddir: istehlakçıların gəlirlərinin artması onlara olan tələbi artırır. Belə ki, tələbin həcmi və gəlir bir istiqamətdə dəyişir, normal əmtəələr gəlirə görə müsbət elastikliklə xarakterizə olunur. Bir sıra əmtəə və xidmətlər, məsələn, avtobusda gəzinti, ən aşağı əmtəələrə aiddirlər: istehlakçıların gəlirlərinin artması tələbin həcminin azalmasına səbəb olur. Beləliklə, tələbin həcmi və gəlir müxtəlif istiqamətlərdə dəyişir, ən aşağı əmtəələr gəlirə görə mənfi elastikliklə xarakterizə olunur.
Normal əmtəələrin gəlirə görə elastikliyi əhəmiyyətli dərəcədə fərqlənir. Istehlakçı pul gəlirlərinin həcmindən asılı olmayaraq, onlardan bir neçəsini əldə etməyə məcbur olduğundan, geyim və qida məhsulları kimi ən zəruri əmtəələr gəlirə görə aşağı elastikliklə xarakterizə olunur. Balıq kürüsü və xəz kimi təmtəraqlı əşyalar isə gəlirə görə böyük elastikliklə xarakterizə olunurlar, çünki istehlakçıların gəlirləri azaldıqda onlar fikirləşirlər ki, bahalı olmayan əmtəələrsiz də keçinə bilərlər.
Qiymətə görə tələbin çarpaz elastikliyi. Bir əmtəəyə tələbin həcminin başqa məhsulların qiymətinin dəyişməsindən asılılığını müəyyən etmək üçün iqtisadçılar qiymətə görə tələbin çarpaz elastikliyi göstəricisindən istifadə edirlər. O, birinci əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsinin ikinci əmtəənin qiymətinin faizlə dəyişməsinə nisbəti kimi hesablanır. Beləliklə:
Qiymətə görə tələbin çarpaz elastikliyi = I əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi : II əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi
Çarpaz elastikliyin kəmiyyəti götürülmüş əmtəələrin bir-birini əvəz etməsindən və ya onların bir-birini tamamlamasından asılıdır. IV fəsildə qeyd etdik ki, bir-birini əvəz edən əmtəələr – qamburqer və ya hotdoq kimi biri digərinin əvəzində istifadə oluna bilən əmtəələrdir. Xotdoqun qiymətinin artması insanları daha çox qamburqer almağa vadar edir. Xotdoqun qiymətinin qalxması ilə qamburqerə olan tələb bir istiqamətdə dəyişənə qədər bu əmtəələr üçün qiymətə görə çarpaz elastiklik müsbət olacaqdır. Eyni zamanda, kompüter və proqram təminatı kimi adətən birgə istifadə olunan əmtəələr kompleksləşdirici əmtəələr adlanır. Belə əmtəələr üçün qiymətə görə çarpaz elastiklik mənfi olacaqdır. Bu, öz əksini kompüterin qiyməti qalxdıqda proqram təminatına olan tələbin azalmasında tapır.