Təklif
Indi bazarın başqa tərəfinə diqqət yetirək və satıcıların davranışını təhlil edək. Təklifin həcmi satıcıların alıcılara satmaq istədiyi və sata bildikləri istənilən əmtəə və xidmətlərin miqdarını əks etdirir. Bir daha dondurma bazarına qayıdaq və təklifin həcmini müəyyən edən amillərə baxaq.
Fərdi təklifin amilləri
Təsəvvür edin ki, siz dondurma istehsal edən və satan «Tələbə sevinci» kompaniyasını idarə edirsiniz. Sizin istehsal edib satmaq istədiyiniz dondurmanın miqdarını nə müəyyən edir? Bəzi mümkün olan cavablar aşağıdakılardır.
Qiymət(Price). Dondurma təklifinin həcminə təsir edən amillərdən biri qiymətdir. Dondurmaya yüksək qiymət müəyyən edildikdə, istehsalın gəlirliliyi yüksəlir və əmtəənin təklifi artır. Sizin şirkətiniz iki növbəli işə keçir, siz yeni avadanlıqlar alır və əlavə iş qüvvəsi cəlb edirsiniz. Əksinə, dondurmaya aşağı qiymət müəyyən edildikdə, biznesin gəlirliyi aşağı düşür və siz dondurma istehsalını azaldırsınız. Ola bilər ki, hətta siz işi tamamilə dayandırmaq istəyirsiniz və sizin təklif etdiyiniz əmtəənin həcmi sıfra düşür.
Beləliklə, qiymətin artması təklifin həcminin çoxalmasına və əksinə, aşağı düşməsi onun həcminin azalmasına səbəb olur. Deməli, təklifin həcmi əmtəənin qiymətilə düz mütənasibdir. Təklifin həcmi ilə qiymət arasındakı bu asılılıq təklif qanunu adlanır. Bu qanuna görə, digər bərabər şəraitdə əmtəənin qiymətinin artması onun təklifinin çoxalması ilə nəticələnir.
Ehtiyatların qiyməti(Input Prices). «Tələbə sevinci» şirkətində dondurma istehsalı üçün müxtəlif ehtiyatlardan istifadə olunur: süd, şəkər, əlavələr, istehsal avadanlıqları, bina və iş qüvvəsi. Bu ehtiyatlardan bir və ya bir neçəsinin qiyməti artdıqda, istehsal daha az gəlirli olur və firma nisbətən az dondurma təklif edir. Əgər ehtiyatların qiyməti əhəmiyyətli dərəcədə artmışsa, siz firmanı bağlaya da bilərsiniz və sizin təklifiniz sıfra bərabər olar. Beləliklə, təklif olunan əmtəənin miqdarı onun istehsalı üçün lazım olan ehtiyatların qiyməti ilə tərs mütənasibdir.
Texnologiya(Technology). Ehtiyatları dondurmaya çevirən texnologiya təklifin həcminin determinantlarından biridir. Məsələn, avtomat istehsal xətlərinin tətbiqi əmək sərfinin, firmanın xərclərinin azalmasına və dondurma təklifinin həcminin artmasına səbəb olur.
Gözləmələr(Expectations). Hazırkı dövrdə dondurma təklifi sizin gələcəklə bağlı gözləmələrinizdən də asılıdır. Məsələn, əgər siz hesab edirsinizsə ki, tezliklə dondurmanın qiymətinin artacağına ümid edirsinizsə satışı azaldır və hazır məhsul ehtiyatını artırırsınız.
Təklif cədvəli və təklif əyrisi
THE SUPPLY SCHEDULE AND THE SUPPLY CURVE
Ehtiyatların qiymətinin sabit qaldığı, texnologiyanın dəyişmədiyi və gözləmələrin stabil olduğu şəraitdə məhsulun qiymətinin dəyişməsinin təklifin həcminə necə təsir etdiyinə baxaq.
Cədvəl 4.4.-də əmtəənin müxtəlif qiymətlərində dondurma satıcısı Benin təklifi əks olunmuşdur. Əgər dondurmanın qiyməti 1 dollardan aşağı olarsa, Ben təklifi sıfra endirir. Qiymət artdığı zaman o, daha çox dondurma təklif edir. Bu cür cədvəl təklif cədvəli adlanır.
Cədvəl 4.4.
Benin təklif cədvəli
1 stəkan dondurmanın qiyməti, doll. |
Təklif olunan dondurma stəkanlarının miqdarı
|
0
|
0
|
0,50
|
0
|
1,00
|
1
|
1,50
|
2
|
2,00
|
3
|
2,50
|
4
|
3,00
|
5
|
Şəkil 4.4.-də dondurma təklifinin həcmi və onun qiyməti arasında asılılıq əks olunmuşdur. Əmtəənin qiyməti və onun təklifinin həcmi arasında asılılığı əks etdirən əyri təklif əyrisi adlanır. Ceteris paribus daha yüksək qiymətin təklifin həcminin artdığını göstərir və əyri yuxarıya doğru istiqamətlənir.
Şəkil 4.5. Benin təklif əyrisi
Bazar təklifi və fərdi təklif (MARKET SUPPLY VERSUS INDIVIDUAL SUPPLY)
Bazar tələbi bütün alıcıların tələbinin cəmi olduğu kimi, bazar təklifi də bütün satıcıların təkliflərinin məcmusunu əks etdirir. 4.5. cədvəlində hər bir mümkün qiymətdə iki dondurma istehsalçısı – Ben və Cerrinin təklifi haqda məlumatlar verilmişdir. Bazar təklifi bu fərdi təkliflərin cəmindən ibarətdir.
Bazar təklifinin həcmi ayrı-ayrı satıcıların təklifini müəyyən edən amillərdən asılıdır. Bunlara əmtəənin qiyməti, əmtəənin istehsalı üçün istifadə olunan ehtiyatların qiyməti, texnologiyanın səviyyəsi və gözləmələr, habelə satıcıların sayı (əgər Ben və Cerri istehsaldan imtina etsələr, bazarda dondurma təklifinin həcmi aşağı düşər) aiddir. Təklif cədvəli (cədvəl 4.5.) digər onu dəyişənlərin sabit qaldığı şəraitdə qiymətin dəyişməsi ilə təklifin həcminin dəyişməsini göstərir.
Cədvəl 4.5.-in məlumatları əsasında şəkil 4.5.-də təklif əyrisi verilmişdir. Tələb əyrisində olduğu kimi, təklif əyrisini almaq üçün üfüqi ox üzrə təklif əyrilərini cəmləyirik. Başqa sözlə, hər bir mümkün qiymətdə təklifin ümumi həcmini tapmaq üçün üfüqi ox üzrə fərdi təklif əyrilərini toplayırıq. Bazar təklifi əyrisi əmtəənin qiymətinin dəyişməsinə uyğun olaraq təklifin ümumi həcminin dəyişməsini əks etdirir.
Cədvəl 4.5.
Fərdi və bazar təklifi cədvəli
1 stəkan dondurmanın qiyməti
|
Ben
|
|
Cerri
|
|
Bazar
|
0
|
0
|
+
|
0
|
=
|
0
|
0,50
|
0
|
|
0
|
|
0
|
1,00
|
1
|
|
0
|
|
1
|
1,50
|
2
|
|
2
|
|
4
|
2,00
|
3
|
|
4
|
|
7
|
2,50
|
4
|
|
6
|
|
10
|
3,00
|
5
|
|
8
|
|
13
|
Təklif əyrisinin dəyişməsi
Fərz edək ki, bazarda şəkərin qiyməti aşağı düşmüşdür. Bu dəyişiklik dondurma təklifinə necə təsir göstərir? Dondurma istehsalında şəkər istifadə olunduğu üçün onun qiymətinin aşağı düşməsi istehsalçının gəlirinin və dondurma təklifinin artmasına səbəb olur. Çünki hər bir mümkün qiymətdə satıcı məhsul buraxılışını artırmağa cəhd edir. Beləliklə, dondurmanın təklif əyrisi sağa doğru hərəkət edir.
Qiymətdən başqa təklifi müəyyən edən hər bir amilin dəyişməsi təklif əyrisinin yerdəyişməsinə səbəb olur. Hər bir mümkün qiymətdə təklifin həcminin artması ilə nəticələnən istənilən dəyişiklik təklif əyrisini sağa, təklifin həcminin azalması ilə nəticələnən dəyişiklik isə onu sola hərəkət etdirir
Cədvəl 4.6.-da bazarda təklifin həcmini müəyyən edən dəyişənlərin və onların təklif əyrisinə təsiri verilmişdir. Madam ki, təklif əyrisinin qrafikində qiymət şaquli ox üzərində verilmişdir, qiymətin dəyişməsi əyrinin dəyişməsinə deyil, onun sadəcə yerdəyişməsinə uyğun gəlir. Texnologiyada gözləmələrdə, satıcıların sayında və ya ehtiyatların qiymətində dəyişikliklər baş verdikdə, əmtəənin hər bir qiyməti üçün təklifin həcmi dəyişir; nəticədə təklif əyrisinin yerdəyişməsi baş verir.
Cədvəl 4.6.
Təklifi müəyyən edən amillər
Təklifin həcminə təsir göstərən dəyişənlər
|
Təklif əyrisinin hərtərəfli dəyişməsi
|
Qiymət
|
Təklif əyrisinin hərtərəfli dəyişməsi
|
Ehtiyatların qiyməti
|
Təklif əyrisi yerini dəyişir
|
Texnologiya
|
Təklif əyrisi yerini dəyişir
|
Gözləmələr
|
Təklif əyrisi yerini dəyişir
|
Satıcıların sayı
|
Təklif əyrisi yerini dəyişir
|
Beləliklə, təklif əyrisi digər amillər dəyişməz qaldığı şəraitdə qiymətin dəyişməsi ilə təklifin həcmində hansı dəyişiklik baş verdiyini göstərir. Bu amillərdən hər birinin dəyişməsi isə təklif əyrisinin yerdəyişməsilə nəticələnir.