Sprut analığı heç bir canlının analığına bənzəməz. Dişi Sprut cütləşmədən sonra bir oyuq taparaq oraya yerləşər. Yumurtlamağa başlar və yumurtlama əməliyyatı bitdikdən sonra kürt yatar. Hər nə bahasına olursa, olsun yuvasını tərk etməz balalar yumurtadan çıxana qədər aclığa dözə bilməzsə bir neçə qolunu yeyər və bu şəkildə bütün balalar yumurtadan çıxana qədər hayatda qalar və yumurtaları qoruyar.
Ancaq uzun sürən kürt dövrü onu aç və əldən düşmüş hala salar. Bütün balalar yumurtadan çıxdıqdan sonra yuvasında can verər. Bu səbəbdəndir ki, heç bir dişi sprut balalarının böyüdüyünü görə bilməz.