Tələb
Biz bazarın öyrənilməsinə alıcıların davranışından başlayırıq və hər bir əmtəəyə, başqa sözlə, istehlakçıların arzu etdiyi və əldə edə biləcəyi məhsulların miqdarına tələbin həcminin nə ilə müəyyən edildiyinə baxaq. Bunun üçün bir daha dondurma bazarını yada salaq.
Tələbin amilləri (WHAT DETERMINES THE QUANTITY AN INDIVIDUAL DEMANDS?)
Sizin dondurmaya olan tələbinizə baxaq. Nə üçün siz hər ay müəyyən miqdar dondurma alırsınız? Sizin qərarınıza hansı amillər təsir edir?
Qiymət.(price) Əgər dondurmanın qablaşdırılmasının qiyməti 20 doll. artarsa, yəqin siz dondurma alışını məhdudlaşdıracaqsınız; hətta ola bilər ki, öz istəyinizi hər hansı soyuq dondurulmuş yoqurtla əvəz edəcəksiniz. Əgər qablaşdırılma qiyməti 20 sent aşağı düşərsə, gündə bir yox, 2-3 ədəd dondurma alacaqsınız. Qiymət qalxdıqda tələbin səviyyəsi aşağı düşür, qiymət düşdükdə isə əksinə, artır. Deməli, tələbin həcmi əmtəənin qiyməti ilə tərs mütənasibdir. Qiymətlə tələb arasında bu asılılıq əksər əmtəələr üçün doğrudur, faktiki olaraq o hər şeyi əhatə etdiyindən, iqtisadçılar onu tələb qanunu adlandırırlar. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, başqa şərtlər dəyişməz olduqda, əmtəənin qiyməti yüksəldikdə, həmin əmtəəyə olan tələbin həcmi aşağı düşür.
Gəlir.(Income) Sizin işinizi itirməyiniz dondurmaya olan tələbinizə necə təsir edəcək? Aydındır ki, o, aşağı düşəcəkdir. Gəlirin azalması sizin xərclərinizin də ixtisar olunmasına səbəb olduğundan, siz əksər əmtəələrin istehlakını da məhdudlaşdırmalı olacaqsınız. Gəlirlərin aşağı düşməsi nəticəsində istehlakçıların əmtəələrə olan tələbi azaldıqda, belə əmtəələr normal əmtəələr adlanır.
Bazarda normal əmtəələrlə yanaşı, elə əmtəələr də vardır ki, gəlirlərinin aşağı düşməsinə baxmayaraq, ona olan tələb artır. Belə əmtəələri ucuz əmtəələr adlandırırlar. Ucuz əmtəələrə misal olaraq, avtobuslarda gedişləri göstərə bilərik. Gəlirləriniz aşağı düşdükdə, siz avtomobil almağı təxirə salırsınız, taksi xidmətindən istifadə etməyi ləğv edib, avtobusların marşrutlarını öyrənməli olursunuz.
Qarşılıqlı əlaqəli əmtəələrin qiyməti.(Prices of Related Goods) Fərz edək ki, dondurulmuş yoqurtun qiyməti aşağı düşmüşdür. Tələb qanununa görə, yəqin ki, siz daha çox yoqurt alacaqsınız. Dondurma və dondurulmuş yoqurt soyuq, şirin, kremli desertlər sinfinə aid olduqlarından, onlar oxşar tələbatları ödəyirlər. Əgər bir əmtəənin qiymətinin aşağı düşməsi o biri əmtəəyə olan tələbin azalmasına səbəb olursa, hər iki əmtəə qarşılıqlı əvəzolunan əmtəələr adlanır. Başqa əmtəələr, məsələn, sviter və yun köynək, hot-doq və qamburqer, kinoteatr bileti və videokasetlər də qarşılıqlı əvəzolunan əmtəələrdir.
Fərz edək ki, meyvə şirələrinin qiyməti aşağı düşmüşdür. Tələb qanununa uyğun olaraq, siz daha çox meyvə şirələri əldə etməyə çalışacaqsınız. Madam ki, siz onları dondurma ilə birgə istehlak etməyə üstünlük verirsiniz, daha çox dondurma alacaqsınız. Əgər bir əmtəənin qiymətinin aşağı düşməsi başqa əmtəələrə olan tələbi artırırsa, belə əmtəələr qarşılıqlı bir-birini tamamlayan əmtəələr adlanır. Bir-birini qarşılıqlı tamamlayan əmtəələrə misal olaraq, benzin və avtomobili, kompüter və proqram təminatını, dağ xizəyi və qaldırıcı qurğunu da göstərə bilərik.
Zövqlər.(Tastes) Sizin tələbinizi müəyyən edən ən mühüm amil sizin zövqünüzdür. Əgər dondurma sizin xoşunuza gəlirsə, siz ondan daha çox miqdarda alacaqsınız. Insanların zövqləri tarixi və psixoloji amillərin təsiri altında formalaşdığından, onların tədqiqi ekonomiksin predmetindən kənardadır və iqtisadçılar bir qayda olaraq, onları izah etməyə cəhd etmirlər. Bununla belə, iqtisadçılar zövqlərin dəyişməsinin nəticələrini öyrənirlər.
Gözləmələr.(Expectations) Gələcək gözləmələr də sizin əmtəə və xidmətlərə olan tələbinizə təsir göstərə bilər. Məsələn, əgər siz gələn ay təqaüdünüzə əlavə olaraq valideynlərinizdən pul göndərişi gözləyirsinizsə, cari əmanətlərinizin bir hissəsini dondurma üçün istifadə etməkdən imtina etməyəcəksiniz. Dondurmanın qiymətinin sabahdan başlayaraq aşağı düşdüyünü bildikdə isə yəqin ki, bu gün ondan daha az miqdarda alacaqsınız.
Tələb cədvəli və tələb əyrisi (THE DEMAND SCHEDULE AND THE DEMAND CURVE)
Artıq biz yəqin etdik ki, istehlak etdiyimiz dondurmanın miqdarı bir çox dəyişikliklərlə müəyyən olunur. Tutaq ki, əmtəənin qiymətindən başqa digər dəyişən amillər sabitdir. Bu şərtlər daxilində tələbin həcminə qiymətin səviyyəsinin necə təsir etdiyini təhlil edək.
Cədvəl 4.1.-də Ketrinin müxtəlif qiymətlərdə hər ay neçə stəkan dondurma alması haqqında məlumatlar verilmişdir. Əgər dondurma pulsuz paylansa idi, Ketrin ayda 12 stəkan dondurma yeyərdi. 1 stəkan dondurmanın qiyməti 0,5 dollar olduqda o, 10 stəkan dondurma alır. Qiymətin qalxması ilə o, daha az dondurma almağa başlayacaqdır. Qiymət 3 dollara çatdıqda isə Ketrin onu rasionundan çıxaracaqdır.
Cədvəl 4.1.-də əmtəənin qiyməti ilə onun tələb olunan miqdarı arasında asılılığı əks etdirən tələb cədvəli təsvir edilmişdir. Iqtisadçılar ona görə «cədvəl» anlayışından istifadə edirlər ki, rəqəmlərin paralel sütunu qatarların cədvəlini xatırladır.
Cədvəl 4.1.
Ketrinin tələb cədvəli
1 stəkan dondurmanın qiyməti, $ |
Dondurmaya olan tələbin həcmi
|
0
|
12
|
0,50
|
10
|
1,00
|
8
|
1,50
|
6
|
2,00
|
4
|
2,50
|
2
|
3,0
|
0
|
Qrafik 4.1. cədvəl 4.1.-in məlumatları əsasında tərtib olunmuşdur. Adətən dondurmanın qiyməti şaquli oxda, tələb olunan dondurmanın miqdarı isə üfüqi oxda qeyd olunmuşdur. Qiymət və tələbin həcmi arasında asılılığı əks etdirən xətt isə tələb əyrisi adlanır.
Ceteris paribus (digər bərabər şəraitlər daxilində)
Yadda saxlayın ki, bütün tələb əyriləri tərtib ediləndə çoxlu dəyişən amillər sabit götürülür. Ketrinin tələb əyrisi (qrafik 4.1.) dondurma ilə qarşılıqlı əlaqəli əmtəələrin qiyməti, gözləmələr, gəlirlər, zövqlər sabit qaldığı və dondurmanın qiyməti dəyişildiyi şəraitdə onun miqdarında nə dəyişiklik baş verdiyini göstərir.
Mövcud anda öyrənilən amil istisna olmaqla, qarşılıqlı əlaqəli bütün dəyişən amillər sabit qaldıqda, iqtisadçılar latın sözü olan «ceteris paribus» - digər bərabər şəraitdə anlayışından istifadə edirlər. Tələb əyrisi aşağıya doğru əyilmişdir, çünki qiymətin aşağı düşməsinin «ceteris paribus» əmtəəyə olan tələbin artması deməkdir.
«Ceteris paribus» anlayışı ehtimal olunan hadisələrə münasibətdə də istifadə olunur. Real həyatda isə çoxlu dəyişən amillər eyni vaxtda dəyişirlər. Bu səbəbdən də real hadisələrə tələb və təklifin təhlili metodikasını tətbiq etdikdə, biz hansı dəyişən amilləri sabit qəbul etdiyimizi yadda saxlamalıyıq.
Bazar tələbi və fərdi tələb (MARKET DEMAND VERSUS INDIVIDUAL DEMAND)
Bu vaxta qədər biz əmtəələrə olan fərdi tələbləri nəzərdən keçirirdik. Bazarın fəaliyyətini təhlil etmək üçün isə biz bazar tələbini müəyyən etməliyik. Bu, müəyyən əmtəə və xidmətlərə olan bütün fərdi tələblərin cəmindən ibarətdir. Cədvəl 4.2.-də iki şəxsin = Ketrin və Nikolasın dondurmaya olan tələbi haqqında məlumat verilmişdir. Ketrin və Nikolasın tələb cədvəli göstərir ki, gənclər hər bir mümkün qiymətdə neçə stəkan dondurma alırlar. Bazar tələbi bu iki fərdi tələbin cəmindən ibarət olacaqdır.
Cədvəl 4.2.
Fərdi və bazar tələbinin cədvəli
1 stəkan dondurmanın qiyməti
|
Ketrin
|
|
Nikolas
|
|
Bazar
|
0
|
12
|
+
|
7
|
=
|
19
|
0,50
|
10
|
|
6
|
|
16
|
1,00
|
8
|
|
5
|
|
13
|
1,50
|
6
|
|
4
|
|
10
|
2,00
|
4
|
|
3
|
|
7
|
2,50
|
2
|
|
2
|
|
4
|
3,00
|
0
|
|
1
|
|
1
|
Bazar tələbinin əsasında fərdi tələb dayanır, deməli, o, ayrı-ayrı alıcıların tələbinə təsir edən amillərlə müəyyən olunur. Bazarda tələbin həcmi yalnız əmtəənin qiymətindən asılı deyildir, həmçinin alıcıların gəlirindən, onların zövqündən, gözləmələrdən, bir-birilə qarşılıqlı əlaqəli əmtəələrin qiymətindən və istehlakçıların sayından asılıdır (əgər Ketrin və Nikolasa bir neçə tələbə də qoşularsa, hər bir mümkün qiymətdə bazar tələbinin həcmi artar). 4.2. tələb cədvəli digər dəyişən amillər sabit qaldıqda, qiymət dəyişkənliyinin tələbin həcminə necə təsir etdiyini göstərir.
4.2. şəklində tələb cədvəlinin məlumatlarına uyğun olaraq, tələb əyrisi təsvir olunmuşdur. Bazar tələbi əyrisini almaq üçün biz üfüqi xətt üzrə fərdi tələbləri cəmləyirik. Başqa sözlə, hər mümkün qiymətdə tələb olunan məhsulun ümumi miqdarını tapmaq üçün fərdi tələb əyrisinin üfüqi oxu üzrə fərdi kəmiyyətləri cəmləyirik. Madam ki, bizi bazar fəaliyyətinin mexanizmi maraqlandırır, biz bazar tələb əyrisinə müraciət edəcəyik. Bazar tələbi əyrisi əmtəənin qiymətinin dəyişməsi ilə tələbin ümumi həcminin necə dəyişdiyini göstərir.
Şəkil 4.2. Fərdi tələblərin cəmi kimi bazar tələbi
Tələb əyrisinin dəyişməsi
Fərz edək ki, Həkimlərin Amerika Ittifaqı gözlənilmədən yeni kəşf haqqında məlumat verir ki, daim dondurma yeyən insanlar çox yaşayır və sağlam olurlar. Ekspertlərin bu bəyanatı dondurma bazarına necə təsir göstərir? Aydındır ki, onun təsiri altında insanların zövqü dəyişir, dondurmaya olan tələb artır. Alıcılar indi münasib qiymətdə daha çox dondurma tələb edirlər və məhsula tələb əyrisi sağa doğru dəyişir.
Şəkil 4.3. Tələb əyrisinin dəyişməsi
Tələbə təsir göstərən istənilən hər bir qeyri-qiymət amilinin dəyişməsilə də tələb əyrisinin yeri dəyişir. Istənilən mümkün qiymətdə əmtəələrə olan tələbin həcmini artıran hər bir dəyişkənlik tələb əyrisini sağa doğru dəyişdirir (şəkil 4.3.). Analoji olaraq, əmtəəyə olan tələbin həcmini azaldan istənilən dəyişiklik tələb əyrisini sola doğru dəyişdirir.
4.3. cədvəlində bazarda tələbin həcmini müəyyən edən və tələb əyrisində dəyişikliyə təsir edən dəyişən amillər göstərilmişdir. Ümumiyyətlə, tələb əyrisi tələbə təsir göstərən digər dəyişənlər sabit qaldıqda, qiymətlərin dəyişməsi ilə əmtəələrə olan tələbin həcmində nə baş verdiyini göstərir. Dəyişənlərin hər hansı birinin dəyişməsi tələb əyrisinin yerinin dəyişməsilə nəticələnir.
Cədvəl 4.3.
Tələbin amilləri
Tələbin həcminə təsir göstərən dəyişənlər |
Tələb əyrisinin dəyişməsi
|
Qiymət
|
Tələb əyrisinin hər tərəfə dəyişməsi
|
Gəlir
|
Tələb əyrisi yerini dəyişir
|
Bir-birini tamamlayan əmtəələrin qiyməti
|
Tələb əyrisi yerini dəyişir
|
Zövqlər
|
Tələb əyrisi yerini dəyişir
|
Gözləmələr
|
Tələb əyrisi yerini dəyişir
|
Satıcıların sayı
|
Tələb əyrisi yerini dəyişir
|
Eyni cədvəl ingilis dilində: