Cədvəl 3.1
|
1 kq istehsal üçün lazım olan saat miqdarı |
40 saat ərzində istehsal olunmuş məhsulun miqdarı |
||
Ət |
kartof |
ət |
Kartof |
|
Fermer |
20 |
40 |
2 |
4 |
Heyvandar |
1 |
8 |
40 |
5 |
Şəkil 3.1-dəki qrafik (a) bizə fermerin istehsal edə bildiyi ətin və kartofun miqdarını göstərir. Özünün bütün 40 saatını kartof becərməyə sərf edən fermer nəticədə həftədə 4 kq məhsul alır. Yalnız heyvandarlıq üzrə ixtisaslaşanda o, həftədə 2 kq ət istehsal edir. Əgər fermer iş vaxtını yarıbayarı kartofun və ətin istehsalına bölürsə (hərəsi 20 saat), onun həftəlik rasionu 2 kq kartofdan və 1 kq ətdən ibarət olacaq. Istehsal imkanlarının sərhədlərinin sərhədi bizə bütün mümkün istehsal imkanlarını göstərir.
Şəkil.3.1.Istehsal imkanlarının əyrisi
Fermerin istehsal imkanlarının sərhədi tədqiq edilən iqtisadiyyatda nəticələrin müxtəlif uyğunluğunu göstərir və ekonomiksin on prinsipindən birini – «insan seçir» prinsipini misal gətirir. Fermer ət istehsalı və kartof yetişdirilməsi arasında seçim etmək vacibliyi ilə qarşılaşır.Yada salın ki, bizim 2-ci fəsildə tədqiq etdiyimiz istehsalat imkanlarının sərhədi xaricə əyilmişdir: bu halda iki məhsul arasında seçim buraxılan malların miqdarı ilə müəyyənləşir. Baxılan halda, ətin və kartofun mövcud istehsal texnologiyaları fermerə eyni səviyyədə bir məhsulun istehsalından digərinin istehsalına keçməyə imkan yaradır. Bu halda istehsal imkanlarının sərhədi düz xətti təsvir edir.
Şəkil 3.1-dəki (b) qrafik ranço sahibinin istehsal imkanlarının sərhədini göstərir. Əgər heyvandar bütün 40 saatını kartofun istehsalına həsr edirsə, o, 5 kq məhsul əldə edir. Əgər o, bütün vaxtını iribuynuzlu heyvanların istehsalına həsr edirsə, 40 kq ət istehsal edir. Ranço sahibi hər bir məhsulun istehsalına 20 saat vaxt ayırsa, onun istehsalı həftədə 2,5 kq kartof və 20 kq ət olur. Istehsalat imkanlarının sərhədi qrafiki buraxılışın bütün mümkün variantlarını göstərir.
Əgər fermer və ranço sahibi öz varlılığını qoruyursa və bir-biri ilə ticarət etmək istəmirsə, onlardan hər biri öz istehsal etdiyi məhsulları sərf edir. Bu halda, istehsal imkanlarının əyrisi istehlakçı imkanlarının əyrisi ilə üst-üstə düşür, yəni ticarətin yoxluğunda 3.1. şəklindəki qrafiklər ətin və kartofun fermer və ranço sahibi tərəfindən istehlakı variantlarını göstərir.
Istehsal imkanları sərhədlərinin qrafiklərinin bizə fermerin və ranço sahibinin mümkün variantlarını göstərməyə imkan verməsinə baxmayaraq, bizim personajlarımızın hansı qərarı qəbul edəcəyini bilmirik. Gəlin təsəvvür edək ki, onlar şəkil 3.1-də A və B nöqtəsi ilə işarələnmiş nöqtələrdə durublar: fermer 2 kq kartof və 1 kq ət istehsal və istehlak edir; ranço sahibi isə 2,5 kq kartof və 20 kq ət istehsal və istehlak edir.
Ixtisaslaşma və ticarət(SPECIALIZATION AND TRADE)
Bir neçə il keçir. Ranço sahibində ideya yaranır və o bunu qonşu fermerlə bölüşmək istəyir.
Ranço sahibi:
- Mənim dostum, fermer, sizə işim düşüb. Mən hər birimizin həyatını necə yaxşılaşdırmağın yolunu bilirəm. Mənə elə gəlir ki, siz ət istehsalını dayandırmalısınız və bütün vaxtınızı kartofun yetişdirilməsinə sərf etməlisiniz. Mənim hesablamalarıma görə, siz həftədə 40 saat işləsəniz, 4 kq kartof istehsal edə bilərsiniz. Əgər siz mənə bu 4kq-dan birini güzəşt etsəniz, mən sizə 3 kq ət verərəm. Nəticədə, sizin həftəlik menyunuz hazırda sizin əldə etdiyiniz 2 kq kartof və 1 kq ətin əvəzinə, 3 kq kartof və 3 kq ətdən ibarət olacaq. Əgər biz razılığa gəlsək, siz daha çox ət, həm də daha çox kartof əldə edəcəksiniz.
Fermer:
- (şübhəli olaraq). Hə, deyəsən siz mənə mənim üçün əlverişli sövdələşməni təklif edirsiniz. Amma mən başa düşmürəm ki, sizin marağınız nədədir? Axı mübadilənin mənə sərf etməsi nəticəsində siz gəlirinizi itirirsiniz.
Ranço sahibi:
- Lakin mən hər şeyi hesablamışam! Əgər həftədə 24 saat ərzində mən vaxtımı heyvanlarla işə, 16 saatını isə kartof əkinlərinə qulluqetmə ilə keçirsəm, mən 24 kq ət və 2 kq kartof istehsal etmiş olaram. Mən sizə 1 kq kartof müqabilində 3 kq ət versəm, məndə 21 kq ət və 3 kq kartof olacaq. Nəticədə, mən hər bir məhsulun daha çox miqdarına sahib olacağam. (Şəkil 3.2. (b)).
Fermer:
- Heç bilmirəm…Sizin təklifiniz həqiqətən çox yaxşı səslənir.
Ranço sahibi:
- Əslində, əvvəldən göründüyü kimi, hər şey o qədər də mürəkkəb deyil. Mən öz təkliflərimi bir sadə cədvəldə göstərmişəm (Ranço sahibi fermerə 3.2. cədvəlinin nüsxəsini təqdim edir).
Cədvəl 3.2
Ticarətdən gəlirlər: nəticələr
|
Natural təsərrüfat |
Ticarət |
|||
Istehsal və istehlak |
istehsal |
ticarət |
istehlak |
Ticarətin verdiyi gəlirlər |
|
Fermer |
1 kq ət |
Ətin olmaması |
3 kq ət əldə edir |
3 kq ət |
2 kq ət |
2kq kartof |
4 kq kartof |
1 kq kartof əvəzinə |
3 kq kartof |
1 kq kartof |
|
Ranço sahibi |
20 kq ət |
24 kq ət |
3 kq ət verir |
21 kq ət |
1 kq ət |
2,5 kq kartof |
2 kq kartof |
1 kq kartof əvəzinə |
3 kq kartof |
0,5 kq kartof |
Fermer:
- (cədvəli öyrəndikdən sonra). Hesablamalar doğru görünür, lakin mən başa düşmürəm ki, bu sövdələşmə bizim hər ikimiz üçün nə dərəcədə xeyirli olacaq?
Ranço sahibi:
- Biz ona görə gəlir əldə edə bilərik ki, ticarət bizim hər birimizə daha yaxşı bacardığımız işdə ixtisaslaşmağa imkan verir. Siz vaxtınızın əsas hissəsini kartofun becərilməsinə, mən isə öz inəklərimə qulluğa sərf edəcəyəm. Ixtisaslaşma və ticarət bizə ət və kartofun istehsalını yüksəltməyə imkan verəcək, iş saatları isə dəyişməyəcək.
Müqayisəli üstünlük prinsipi (THE PRINCIPLE OF COMPARATIVE ADVANTAGE)
Ranço sahibi tərəfindən ticarətdən əldə ediləcək gəlirlərin izah edilməsi düz olsa da, müəyyən qədər anlaşılmazdır: əgər heyvandar cöngə və danalarına qulluğu və kartofun becərilməsini eyni müvəffəqiyyətlə həyata keçirirsə, o, fermerin (hətta özünü yeməklə təmin edə bilməyən) yalnız kartof istehsalında ixtisaslaşmasından nə xeyir əldə edəcək? Bu tapmacanı açmağa bizə nisbi üstünlük prinsipinin nəzərdən keçirilməsi kömək edəcək.
Ilk addımı ataq və növbəti suala cavab tapmağa çalışaq: bizim nümunədə kim kartofu daha çox xərclərlə istehsal edir – fermer və ya ranço sahibi? Ticarətin gəlirlərinin başa düşülməsi üçün açar rolunu oynayan iki cavab mümkündür.
Mütləq üstünlük (ABSOLUTE ADVANTAGE)
Kartofun istehsalına xərclərlə bağlı sualların birinə cavabı hər iki aqrarın xərclərini müqayisə edərkən ala bilərik. Ranço sahibi 1 kq kartofun istehsalı üçün 8 saat vaxt sərf edir, fermer isə 10 saat, deməli, birincinin xərcləri daha az olur.
Iqtisadçılar işçinin, firmanın və ya millətin istehsalatını məhsuldarlığını bazarın digər subyektlərinin məhsuldarlığı ilə müqayisə edərkən, mütləq üstünlük terminindən istifadə edir. Hesab edilir ki, hansısa bir malın istehsalı üçün daha az həcmdə resurs istifadə edən istehsalçı o məhsulun istehsalında mütləq üstünlüyə malikdir. Bizim nümunəmizdə ranço sahibi həm kartof becərmədə, həm də ət istehsalında mütləq üstünlüyə malikdir, çünki hər bir malın istehsalı üçün daha az vaxt sərf edir.
Alternativ xərclər və nisbi üstünlük (OPPORTUNITY COST AND COMPARATIVE ADVANTAGE)
Lakin kartof istehsalının xərclərinə həm də digər nəzər-nöqtəsi altında baxılır, onlar istehsalın mütləq həcmini deyil, buraxılmış imkanların xərclərini müqayisə edir. Yada salın ki, alternativ xərclər (buraxılmış imkanların xərcləri) öz-özlüyündə istəniləni əldə etmək üçün imtina edilməli olan bir şeyi ifadə edir (fəsil 1). Bizim nümunədə biz güman edirik ki, fermer və ranço sahibi həftədə 40 saat işləyir. Kartofun becərilməsi üçün lazım olan vaxt heyvanlara qulluğa sərf edilə bilməz. Çünki, fermer və ranço sahibi ticarət haqqında müqavilə bağladıqdan sonra kartof becərilməsi və heyvana qulluğa dair vaxtı fərqli surətdə bölüşdürürlər, onlar istehsalat imkanlarının sərhədləri boyunca hərəkət edirlər. Bu mənada onlar bir malı digərinin istehsalı üçün istifadə edirlər. Buraxılmış imkanların xərcləri onların hər birinin qarşılaşdığı seçimlə ölçülür.
Ranço sahibinin alternativ xərclərini nəzərdən keçirək. 1kq kartofun istehsalı 8 saat vaxt aparır. Əgər o, 8 saatı kartofun istehsalına sərf edirsə, deməli, mala qulluğunun vaxtı 8 saat azalır. Ranço sahibinə 1kq ətin istehsalı üçün 1 saat vaxt lazım olduğuna görə, müvafiq olaraq, 8 saata 8 kq ət istehsal edir. Beləliklə, 1 kq kartofun istehsalının buraxılmış imkanlarının xərcləri 8 kq ətə bərabər olur (şəkil 3.1 (b)-dəki ranço sahibinin istehsalat imkanları sərhədinin qrafiki; aşağı düşən xəttin mailliyi 8-ə bərabərdir).
Fermerin alternativ xərclərini tədqiq edək. 1 kq kartofun istehsalı üçün 10 saat vaxt tələb olunur. 1 kq ətin istehsalı üçün 20 saat lazım olduğu üçün 1 kq kartof ona 0,5 kq ətə başa gələcək. Beləliklə, 1 kq kartofun istehsalının buraxılmış imkanının xərci fermer üçün 0,5 kq ətə bərabərdir (şəkil 3.1. (a) fermerin istehsalat imkanlarının sərhədi qrafiki, mailliyi 0,5 təşkil edir).
Cədvəl 3.3.
Ət və kartofun istehsalının buraxılmış imkanının xərcləri
|
Buraxılmış istehsalat imkanının xərcləri |
|
Ət |
Kartof |
|
Fermer |
2 |
1/2 |
Ranço sahibi |
1/8 |
8 |
3.3. cədvəlində hər iki istehsalçının ət və kartof istehsalındakı alternativ xərcləri göstərilmişdir. Qeyd edək ki, ət istehsalı xərcləri kartof istehsalı xərclərinin əksini təşkil edir. Çünki 1 kq kartof ranço sahibinə 8 kq ətə başa gəlir, 1 kq ət isə ona 1/8 kq kartofa başa gələcək. Məhz bu cür 1 kq kartof 1/2 kq ətə, 1 kq ət isə 2 kq kartofa başa gələcək.
Iki istehsalçının alternativ xərclərini təsvir edərkən iqtisadçılar nisbi üstünlük terminindən istifadə edirlər. Malın istehsalının əldən verilmiş imkanlarının ən aşağı xərcləri olan istehsalçı digər istehsalçılara nisbətən nisbi üstünlük əldə edir. Bizim nümunəmizdə fermerin kartofun istehsalına dair alternativ xərcləri ranço sahibinkindən aşığıdır (1/8 kq kartof 2 kq-a qarşı). Beləliklə, fermer kartofun yetişdirilməsində nisbi üstünlüyə malikdir, ranço sahibi isə ətin istehsalında nisbi üstünlüyə malikdir.
Diqqət yetirin ki, bizim qəhrəmanlarımızdan birinə hər iki məhsulun istehsalında nisbi üstünlük qazanmaq qeyri-mümkün olardı. Bir məhsulun istehsalının əldən verilmiş imkanlarının xərcləri digərinin istehsalının alternativ xərclərinə əks mütənasibdir. Deməli, əgər fermer tərəfindən bir malın istehsalı üçün əldən verilmiş xərclər nisbətən yüksəkdirsə, onda digər malın istehsalının alternativ xərcləri nisbətən aşağı olmalıdır. Nisbi üstünlük nisbi alternativ xərcləri əks etdirir. Hər iki insan buraxılmış imkanların bərabər xərclərinə malik olmasa, bir insan bir məhsulun istehsalında nisbi üstünlüyə malik olacaq, digəri isə digər malın buraxılmasında nisbi üstünlüyə malik olacaq.
absolute advantage- the comparison among producers of a good according to their productivity
opportunity cost whatever must be given up to obtain some item