Iqtisadi modellər
Bizim birinci model: dövriyyə axınının qrafik təsviri Qrafik təsvirdə iqtisadiyyatın təşkilati strukturu sxematik olaraq verilmişdir. Qərar əmtəə və xidmət bazarlarında (ev təsərrüfatları – alıcılar, firmalar – satıcılar) və istehsal amilləri bazarlarında (firmalar-alıcılar, ev təsərrüfatları – satıcılar) qarşılıqlı fəaliyyətdə olan ev təsərrüfatları və fir¬malar tərəfindən qəbul edilir.
Anatomiya müəllimləri dərslərdə insan bədəninin bütün əsas orqanlarının plastik modellərindən istifadə edirlər: ürəkdən, ciyərlərdən, böyrəklərdən, çünki bunlar tələbələrə onların yerləşməsi və qarşılıqlı əlaqələrini göstərməyə imkan verir. Əlbəttə, heç kim plastik modelləri canlı insan kimi qəbul etmir: onlar stilizə olunub, onlarda bir çox hissələr çatışmır. Lakin reallığın bəzi çatışmazlığı tələbələrə insan bədəninin quruluşunu dərk etməkdə çətinlik törətmir.
Iqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Amma bu modellər plastikadan deyil, diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. Insanın plastik modellərində olduğu kimi, iqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. Eləcə də, anatomiya müəlliminin modelində siz insan bədəninin bütün əzələlərini, yaxud da kapilyarlarını tapa bilməzsiniz. Iqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Mümkün olan imkan daxilində biz müxtəlif iqtisadi modellərə baxacağıq və siz görəcəksiniz ki, bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. Həmçinin, fizik də qopub düşən mərmər parçasının təhlilinə havanın təsirinin olmamasını nəzərə almaqla başlayır. Iqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. Bütün modellər – fizika, biologiya, yaxud iqtisadi nəzəriyyələr həqiqəti sadələşdirir və bununla da bizim dünyanı dərk etməyimiz asanlaşır.
Iqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə - alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və i.a. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir. Başqa sözlə, bizə, ümumiyyətlə, iqtisadiyyatın təşkilini aydınlaşdıra bilən model lazımdır.
Şəkil 2.1.-də iqtisadi dövriyyə axınının qrafik təsviri adını alan model verilmişdir. Burada əsas fərziyyə onu nəzərdə tutur ki, iqtisadiyyatda qərar qəbul edən subyektlərin iki tipi – ev təsərrüfatı və firmalar mövcuddur. Firmalar əmək, torpaq və kapitaldan (binalar və dəzgahlar), başqa sözlə, istehsal amillərindən istifadə etməklə əmtəə və xidmətlər istehsal edirlər. Ev təsərrüfatları istehsal amillərinə sahibdirlər və firmaların istehsal etdikləri bütün əmtəə və xidmətləri istehlak edirlər.
Ev təsərrüfatı və firmalar iki əsas bazara qarşılıqlı təsir edir. Əmtəə və xidmətlər bazarında ev təsərrüfatı alıcı, firmalar isə satıcı rolunda çıxış edir: ev təsərrüfatı firmaların istehsal etdikləri əmtəə və xidmətləri əldə edir. Istehsal amilləri bazarında ev təsərrüfatları firmaların əldə etdiyi və istehsal üçün istifadə edəcəyi istehsal amilini təklif edir. Dövriyyə axınının qrafikində ev təsərrüfatları və firmalar arasında olan bütün sövdələşmələrin (razılaşmaların) təşkilinin sadə üsulu verilmişdir.
Dövriyyə axını qrafikinin daxili oxları ev təsərrüfatı və firmaların arasında əmtəə və xidmətlərin hərəkətini əks etdirir. Ev təsərrüfatları istehsal amilləri bazarında firmalara əmək, torpaq və kapital satır. Firmalar bunları əmtəə və xidmətlər istehsalında istifadə etmək üçün əldə edirlər. Ev təsərrüfatları isə bunları öz növbəsində müvafiq bazarlardan əldə etmişlər. Beləliklə, istehsal amilləri ev təsərrüfatlarından firmalara, əmtəə və xidmətlər isə firmalardan ev təsərrüfatlarına «axır».
Qrafikin xarici oxları pul vəsaitlərinin axın hərəkətini əks etdirir. Ev təsərrüfatları pulu firmalardan əmtəə və xidmətlər almaq üçün istifadə edir. Firmalar gəlirlərinin bir hissəsini istehsal amillərinin (məsələn, işçilərin əmək haqqını) xərcini ödəmək üçün yönəldir. Qalan hissə firma mülkiyyətçilərinin, eyni zamanda ev təsərrüfatlarının üzvləri hesab olunanların mənfəətini özündə əks etdirir. Beləliklə, əmtəə və xidmətlərə xərclənən pul vəsaitləri ev təsərrüfatlarından firmalara, pul gəlirləri isə əmək haqqı, renta və mənfəət formasında firmalardan ev təsərrüfatlarına daxil olur.
Indi isə gəlin, bizim modeldə dollarla ifadə olunan banknotların bir adamdan başqasına hərəkət edən yolu izləyək. Fərz edək ki, ilk olaraq dollar bizim ev təsərrüfatına məxsusdur və bizim pul qabındadır. Əgər siz, bir fincan kofe icmək istəyirsinizsə, onda öz dollarınızı əmtəə və xidmətlər bazarlarından birinə göndərirsiniz, daha doğrusu, onu yaxınlıqdakı barlardan birinə aparırsınız. Orada siz bir fincan sevimli içkinin dəyərini dollarla ödəyirsiniz. Dollar xəzinəyə daxil olduqda, firma sahibinin gəlirinə çevrilir. Lakin dollar xəzinədə qalmır, belə ki, firma onu istehsalın ilkin amillərinin ödənilməsinə istifadə edir (məsələn, binanın icarə dəyərinə və işçilərin əmək haqqına). Istənilən halda dollar ev təsərrüfatlarından birinin gəlirinə çevrilir və kiminsə pul qabında görünür. Daha sonra isə dollarla ifadə olunan banknota çevrilərək yeni aləmə səyahətə çıxır.
Dövriyyə axını qrafiki (şəkil 2.1.) – iqtisadiyyatın ən sadə modellərindən biridir və onda müxtəlif, mövcud halda isə bizim üçün əhəmiyyəti olmayan hissə iştirak etmir. Nisbətən mürəkkəb, real dövriyyə axınına yaxın olan model dövlətin gəlirləri, xərcləri və beynəlxalq ticarət axınını özündə birləşdirə bilərdi. Özünün sadəliyi və aydınlığına görə dövriyyə qrafiki iqtisadiyyatın müxtəlif tərkib hissələrinin birgə fəaliyyətinin öyrənilməsində geniş istifadə olunur.
circular-flow diagram a visual model of the economy that shows how dollars flow through markets among households and firms