1.8. Prinsip 8

1.8. Prinsip 8

Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri is­tehsal etmək qabiliyyəti ilə müəyyən olunur
Dünya ölkələri əhalilərinin həyat səviyyəsi fərqlidir. 1997-ci ildə orta amerikalı ildə 29.000$ qazanırdı. Həmin ildə orta meksikalı 8.000 $, orta nigeriyalı isə 900$ qazanırdı. Təəccüblü deyil ki, orta gəlirlərdəki böyük fərqlər əhalinin həyat səviyyəsinin müxtəlif göstəricilərində əks olu­nur. Gəlirləri yüksək olan ölkələrin vətəndaşları aşağı gəliri olan ölkələrin əhalisindən fərqli  olaraq, daha çox televizor, avtomobil, keyfiyyətli yemək və tibbi xidmətə malikdirlər.
Hətta, bir ölkədə zaman keçdikcə əhalinin həyat səviyyəsi əhə­miyyətli dərəcədə dəyişir. ABŞ-da il ərzində əhalinin gəlirləri 2% artır (həyat dəyərinin dəyişikliklərində uyğun düzəlişlər edildikdən sonra) və deməli, hər 35 ildən bir vətəndaşların orta gəlirləri 2 dəfə artmış olur (son 100 ildə orta amerikalının gəliri 8 dəfə artmışdır).
Müxtəlif ölkələrin əhalisinin həyat səviyyəsindəki böyük fərqlər nə ilə izah olunur? cavab olduqca sadədir. Bu məhsuldarlıq (səmərəlilik) - 1 saat iş vax­tı ərzində istehsal olunmuş əmtəə və xidmətlərin kəmiyyətləri – səviyyə­lə­rin­dəki fərqlərə çevrilir. Işçilərin vaxt vahidi ərzində daha çox əm­təə və xid­mət­­lər istehsal etdiyi ölkələrdə əhalinin əksəriyyəti yüksək həyat səviyyəsinə malikdir, əhalisi daha az məhsuldarlıqla işləyən ölkələrdə isə insanların əksə­riy­yəti daha sadə şəraitdə yaşamaq məcburiyyətində qalır­lar. Beləliklə, məh­sul­darlığın artım sürəti ölkədə orta gəlirlərin artım  sürəti ilə  müəyyən olunur.
Məhsuldarlıq və həyat səviyyəsi arasındakı əsaslı qarşılıqlı əlaqə aş­kar­dır, lakin burada dərin məna gizlənir. Əgər məhsuldarlıq həyat səviyyə­sini müəyyən edən əsas amildirsə, bunun bütün digər izahları ikinci dərəcə­lidir. Misal üçün, son yüz il ərzində amerikalıların həyat səviyyəsinin yüksəlməsi səbəblərini həmkarlar ittifaqlarının səyləri və əməyin minimum ödənişi barədə qanunun təsiri ilə əlaqələndirmək çox cəlbedicidir. Lakin Amerika fəhlələrinin maddi rifahının əsas səbəbi onların əməyinin yüksək məhsuldarlığı olub və qal­maqdadır. Bəzi Amerika şərhçiləri son illərdə əhalinin gəlirlərinin artım sürətinin zəifləməsini Yaponiya və digər ölkələr tərəfindən rəqabətin artması ilə izah edirlər. Lakin əslində bunun səbəbi ABŞ-ın özündə əmək məhsul­dar­lığının artım tempinin zəifləməsidir.
Məhsuldarlıq və gəlirlərin səviyyəsi arasındakı qarşılıqlı əlaqə döv­lət proqramlarında nəzərə alınmalıdır. Siyasətçilərin bu və ya digər tədbir­lərin həyat səviyyəsinə təsiri barədə boşboğazlıqlarını eşitdikdə, özünüzə bu sualı verin: təklif edilən proqram əmtəə və xidmətləri istehsal etmək qa­biliyyətinə necə təsir edəcək? Yüksək həyat səviyyəsinin bünövrəsi məhsul­darlığın artırıl­masıdır və deməli, işçilərin təhsil, qabaqcıl texnologiyalar, əmək vasitələri və alətləri əldə etmək imkanını təmin etməkdir.

Son onillikdə ABŞ ictimaiyyəti və iqtisadçılarının müzakirələri əsa­sən dövlət büdcəsinin kəsiri hökumətin xərclərinin gəlirləri üstələməsi mövzusuna aid idi. Sonradan öyrənəcəyik ki, büdcə kəsirinin ölçüləri ba­rədə narahatçılıq əsasən onun məhsuldarlığa mənfi təsir etməsinin qav­ranması ilə əlaqədardır. Əgər dövlətə büdcə kəsirini maliyyələşdirmək zə­ruridirsə, o, bunu istiqrazlar vasitəsilə edir, tələbənin kollecdə təhsil haq­qını ödəmək üçün, yaxud yeni zavodun tikintisinin maliyyələşdirilməsi üçün firmanın bankdan kredit götür­məsi halında olduğu kimi. Bunun nəti­cəsində digər istifadəçilər üçün əldə etmək imkanı olan pul vəsaitlərinin miqdarı azalır. Beləliklə, büdcə kəsiri həm insan kapitalına (tələbənin təh­sili), həm də fiziki kapitala (firmanın istehsalı) investisiyaların məhdudlaş­dırılmasına gətirib çıxarır. Bir halda ki, bu gün inves­tisiyaların azaldılması, sabah məhsuldarlığın aşağı düşməsi demək­dir, deməli, büdcə kəsiri əhali gəlirlərinin artım sürətinə mənfi təsir göstərir.

PRINCIPLE #8: A COUNTRY’S STANDARD OF LIVING DEPENDS ON ITS ABILITY TO PRODUCE GOODS AND SERVICES
productivity the amount of goods and services produced from each hour of a worker’s time

Top