Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur
Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin bu qaydadan bəzi mühüm kənaraçıxmalar mövcuddur. Dövlətin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: bu səmərəliliyin və bərabərliyin təmin olunmasına yönəldilirsə, yəni dövlət proqramlarının əsas məqsədi ya «iqtisadi piroqun» həcminin ölçülərinin artırılmasından, ya da onun bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa.
«Görünməz əl» adətən, bazarı resursların daha səmərəli bölgüsünə gətirib çıxarır. Lakin bəzən müxtəlif səbəblərə görə «görünməz əl» işləmir. Bazarın öz-özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmaması vəziyyətini təsvir edərkən iqtisadçılar «bazarın müvəffəqiyyətsizliyi (iflas)» terminindən istifadə edirlər.
Bazarın müvəffəqiyyətsizliyi hallarından biri də xarici effektlərdir. Xarici effektlər (ekstremal hallar) adı altında bir insanın fəaliyyətinin digərlərinin rifahına təsiri başa düşülür. Xarici məsrəflərə klassik misal ətraf mühitin çirklənməsidir. Əgər kimya zavodu atmosferə buraxılan zəhərli maddələrin təmizlənməsi üzrə xərcləri öz üzərinə götürməkdən imtina etsə o, ətraf mühitə böyük ziyan vurmuş olacaqdır. Bu halda, dövlət ekoloji sahədə münasibətləri tənzimləyən qanunvericiliyin köməyilə cəmiyyətin iqtisadi rifahını yaxşılaşdırmaq imkanına malikdir. Xarici faydaya klassik misal biliklərin yaradılmasıdır. Alim mühüm bir kəşf etdiyi zaman bütün digər insanların istifadə edə biləcəyi mühüm resurs yaradır. Bu halda, dövlət elmin maliyyələşdirilməsi vasitəsilə cəmiyyətin iqtisadi rifahının yaxşılaşdırılması imkanını əldə edir.
Bazarın iflasının mümkün olan digər halı hər hansı bir firmanın və yaxud kompaniyalar qrupunun bazar üzərində nəzarətinin bərqərar olmasıdır. Bazar üzərində hökmranlıq – bazar qiymətləri səviyyəsinə iqtisadi subyektin (yaxud bazar subyektlərinin kiçik qrupunun) həlledici təsir etmək qabiliyyətidir. Fərz edək ki, kiçicik şəhərdə yalnız bir quyu var, lakin suya bütün sakinlərin ehtiyacı var. Quyu sahibi bazar hökmranlığına - bu halda su satışında inhisarçı mövqeyə malikdir, o, rəqabət sferasından kənarda qalır, rəqabət vasitəsilə «görünməz əl» tərəflərin maraqlarının qorunmasına nəzarət edir. Bu halda, inhisarçının müəyyən etdiyi suyun qiymətinin meriya tərəfindən tənzimlənməsi bazarın iqtisadi səmərəliliyini xeyli artıra bilər.
«Görünməz əl» daha da az həddə iqtisadi nemətlərin ədalətli bölgüsünü təmin edə bilir. Bazar iqtisadiyyatı insanları digər insanların öz pullarını ödəməyə hazır olduqları nemətləri istehsal etmək qabiliyyətinə uyğun olaraq mükafatlandırır. Dünyanın ən professional basketbolçusu şahmat üzrə dünya çempionunun qazandığından daha çox pul qazanır, ona görə ki, basketbol oyunlarına baxmağa daha çox azarkeş gəlir. «Görünməz əl» cəmiyyətin bütün üzvlərinə kifayət edəcək kəmiyyətdə geyim və yeməyi təmin etmək iqtidarında deyil, o, ehtiyacı olan hər kəsə yaşayış yeri və tibbi yardımı təmin etmək imkanına malik deyil. Gəlir vergisinin alınması və sosial qüvvə kimi bir çox dövlət proqramlarının məqsədi iqtisadi nemətlərin daha ədalətli bölgüsünə nail olmaqdır.
Dövlətin bazar situasiyasını yaxşılaşdırmaq imkanına malik olmasıhaqda müddəa o demək deyil ki, dövlət zəruri olmayan hallarda bundan istifadə edəcək.Ictimai siyasəti mələklər həyata keçirmirlər və bu proses mükəmməllikdən çox uzaqdır. Çox vaxt dövlət proqramları yeganə məqsədi - mötəbər siyasətçilərin xeyrini güdür. Bəzən bu proqramlar xoşməramlı, lakin kifayət qədər informasiyaya malik olmayan siyasətçilər tərəfindən işlənib hazırlanır. Iqtisadi nəzəriyyənin öyrənilməsinin məqsədlərindən biri də nə zaman dövlət siyasətinin səmərəlilik və bərabərliyin əldə olunmasına, nə vaxt isə digər məsələlərin həllinə yönəldiyinin qiymətləndirilməsində sizə kömək etməkdən ibarətdir.