1.5. Prinsip 5

1.5. Prinsip 5

Hər kəsin xeyrinə ticarət
Yəqin ki, yapon kompaniyalarının dünya bazarında Amerika isteh­salçı­larının əsas rəqibi olması barədə «xəbəri» eşitmisiniz. Bəzi hallarda bu, həqiqə­tən də belədir, axı Amerika və yapon firmaları çoxlu eyni tipli əm­təələr istehsal edirlər. Ford və Tovota avtomobil bazarında alıcılara görə mübarizə edilir, Compaq və Toshiba fərdi kompüterlər bazarında rəqabət aparılır.
Lakin ölkələr arasındakı rəqabət çox mürəkkəb bir hadisədir. ABŞ və Yaponiya arasında ticarət bir tərəfin mütləq qalib gələcəyi, digərinin isə labüd olaraq məğlub olacağı idman yarışı deyil. Tamamilə əksinə ola­raq, bu, hər iki tərəfin xeyrinədir.
Bunun niyə belə olduğunu başa düşmək üçün ticarətin ailənizə necə təsir etdiyini nəzərdən keçirək. Bacınız və yaxud qardaşınız iş axtardıqda, onlar digər ailələrin üzvləri ilə rəqabət aparırlar. Ailələr müxtəlif əmtəələr satın aldı­qda, öz aralarında rəqabət aparırlar, ona görə ki, hər ailə məh­sulu ən aşağı qiymətə almağa cəhd göstərir.
Əgər ailəniz özünü «cəmiyyətin digər özəklərindən» təcrid etməyə cəhd göstərərsə, bu zaman o, nə qazanacaq? Siz atanızın taxıl əkib, əkinçi­liklə məşğul olmasına, ananızın yemək hazırlamasına, bacınızın bütün ailə üçün geyim tikməsinə, özünüzə alətlərin hazırlanmasının həvalə olunma­sına, bütün ailənizin isə birlikdə evin tikintisində iştirak etməsinə necə ba­xarsınız? Aydındır ki, məhsul və xidmətlərin digərləri ilə mübadilə olun­ması bıxımından sizin ailəniz qazanmış olur. Əmtəələrin mübadiləsi hər bir insana onun daha yaxşı bacardığı işdə -istər fermer təsərrüfatının idarə olunması, istərsə də dərzilik, yaxud ev inşaatında ixtisaslaşmağa imkan ya­radır. Ticarət prosesində iştirak etməklə fərd daha ucuz qiymətlərlə daha çox sayda əmtəə və xidmətləri almaq imkanını əldə edir.
Ailələr kimi ölkələr də bir-biri ilə ticarət etmək imkanından udurlar. Tica­rət onlara daha bacarıqlı olduqları sahələrdə ixtisaslaşmağa və müba­dilə nəticəsində daha çox əmtəə və xidmətlər əldə etməyə imkan verir. Ya­ponlar, fransızlar, misirlilər və braziliyalılar dünya iqtisadiyyatında ABŞ-ın həm rəqibləri, həm də əməkdaşlarıdırlar.
PRINCIPLE #5: TRADE CAN MAKE EVERYONE BETTER OFF
Həmçinin bax:
Top