1.4. Prinsip 4

1.4. Prinsip 4

Insan stimullara reaksiya verir
Insanın qəbul etdiyi qərarlar adətən mümkün olan xeyir və məsrəf­lərin müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, şəxsin qərarlarına təsir göstərəcək. Beləliklə, insan stimullara re­aksiya verir. Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud al­maq qərarını qəbul edə bilər, ona görə ki, alma daha baha başa gəlir. Meyvə bağlarının sahibləri isə satışlardan əldə etdikləri gəlirlər artdığına görə,  alma məhsulunu yığmaq üçün daha çox muzdlu işçi tutmaq qərarına gəlirlər.
Dövlət adamları stimulları heç vaxt yaddan çıxarmamalıdırlar, ona görə ki, bir çox siyasi qərarlar əhalinin gəlir və xərclərinin həcminə təsir göstərir, beləliklə də vətəndaşların davranışlarını dəyişdirmiş olurlar. Mə­sələn, benzinə vergilərin qaldırılması insanları daha qənaətcil avtomobilləri almağa vadar edir. Bundan başqa, bu tədbir ictimai nəqliyyatdan istifadəni və hər gün şəxsi avtomobildə şəhərin digər başına getmək əvəzinə, iş yerinə yaxın yaşayış yerinin axtarışını stimullaşdırır. Əgər bu vergi ən yüksək həddə çatmış olsa idi, yəqin ki, əhali elektromobillərdən istifadəyə keçərdi.
Dövlət  xadimləri qəbul etdikləri qərarların insanların davranışlarına təsir göstərən stimullara təsirini düzgün qiymətləndirmək iqtidarında ol­madıq­da, ilkin gözlənilənlərdən tamamilə fərqli nəticələr əldə edə bilərlər. Heç olma­sa, ABŞ-da avtomobil təhlükəsizlik kəmərlərinin tətbiqi proqra­mını yada salaq.
1950-ci illərdə onlar populyar deyildilər, lakin indi təhlükəsizlik kə­mər­ləri hər bir avtomobildə mövcuddur. Nə üçün? 1960-cı illərin sonunda avtomo­bil­lərin təhlükəsiz idarə edilməsinə dair problemləri nəzərdən keçi­rən Ralf Ney­de­rin «Istənilən sürət təhlükəlidir» adlı kitabı cəmiyyətin diq­qətini özü­nə cəlb etmişdi. ABŞ konqresi bu problemlərə avtomobil isteh­salçılarından sərnişin­lərin təhlükəsizliyini artıran müxtəlif elementlərin isti­fadəsini tələb edən xüsusi qanunların qəbul olunması ilə cavab verdi, bu­raya bütün yeni avtomobillərin standart təchizatı dəstinə daxil edilən hə­min kəmərlər də aid edildi.
Təhlükəsizlik kəmərləri haqda qanun sərnişinlərin və sürücülərin təhlükə­sizliyinə necə təsir göstərdi? Birbaşa əlaqə aşkardır. Insanların əksə­riyyəti bütün avtomobillərdə olan təhlükəsizlik kəmərlərindən istifadə  edirlər. Demə­li, qəza zamanı onlardan çoxu yalnız cüzi xəsarətlər alırlar. Bu baxımdan, təhlükəsizlik kəmərləri çoxlu insan həyatını xilas etmiş olur.
Lakin belə nəticə, mövcud vəziyyəti  tam aydınlıqla əks etdirmir. Bu qanu­nun təsirini tam qiymətləndirmək üçün onu etiraf etmək zəruridir ki,  insanlar qarşılaşdıqları stimullara cavab olaraq, öz davranışlarını dəyişdi­rirlər. Bu halda, uyğun davranış sürücülərin avtomobilləri nə dərəcədə eh­tiyatla və hansı sürətlə  idarə etməsindən ibarətdir. Yavaş və ehtiyatla sürmək çox baha başa gəlir, ona görə ki, çoxlu zaman sərfi və sürücüdən böyük enerji tələb edir. Avtomobili nə dərəcədə ehtiyatla idarə etmək ba­rədə qərar qəbul etdikdə, təmkinli insan təhlükəsiz idarəetmənin gətirdiyi son həddəki faydanı son həddəki məsrəflərlə müqayisə edir. O, sürəti yolda ehtiyatla idarəetmənin səmərəsi artdığı zaman azaldır, məsələn, yağışlı ya­xud şaxtalı havada.
Indi isə təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə qanu­nun düşünən sürücü tərəfindən fayda və məsrəflərin qiymətləndirilməsinə necə təsir etdiyini nəzərdən keçirək. Xəsarətalma və ölüm hallarının ehti­malı azaldığı  üçün təhlükəsizlik kəmərləri avtomobil  qəzalarının məsrəflə­rini azaldır, eləcə də yavaş və ehtiyatla idarə etmənin faydası da azalır. In­san təhlükəsizlik kəmərlərindən istifadəyə avtomobili idarəetmə şərtlərini təkmilləşdirən vasitə kimi baxaraq, təhlükəsizlik kəmərlərinə sürəti artır­maq və dəlisov sürməklə reaksiya verir.  Beləliklə, təhlükəsizlik kəmərlə­rindən istifadə olunması barədə qanunun son nəticəsi avtomobil qəza hal­larının çoxalmasından ibarət olur.
Avtomobil  qəzaları nəticəsində ölüm hallarının sayına qanun necə təsir göstərir? Təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin qəza zamanı sağ qalmaq şansı daha çoxdur, lakin məhz onlar daha çox yol-qəza hadisə­lərinin iştirakçılarına çevrilirlər. Nəticədə, son səmərə birmənalı deyil. Bundan əlavə, riskli idarəetmə piyadalara tam əks təsir göstərir (eləcə də təhlükəsizlik kəmərlərini bağlamayan sürücülərə). Onlar böyük təhlükəyə məruz qalırlar, ona görə ki, təhlükəsizlik kəmərlərilə müdafiə olunmadıqları üçün daha tez-tez yol- qəza hadisələrinə rast gəlirlər. Belə­liklə, təhlükəsizlik kəmərlərindən istifa­də olunması barədə qanun yol-qəza hadisələrinə düşən piyadaların sayının artmasına gətirib çıxarır.
Ola bilər ki, stimulların və təhlükəsizlik kəmərlərinin müzakirə olunması sizə qəribə görünə bilər. Lakin iqtisadçı Sem Pelçman 1975-ci ildə dərc etdir­diyi məqaləsində təhlükəsizliyin artırılması barədə qanunun doğrudan da, gözlənilməz nəticələrə gətirib çıxardığını göstərdi: onun qə­bul olunması nəticə­sində qəza zamanı ölüm hallarının sayının azalması ilə yanaşı, eyni zamanda yol-qəza hallarının sayı artmışdır. Son nəticə sürücülər arasında ölüm halları­nın azacıq azalması və ölən piyadaların sayının artmasından ibarətdir.
Sem Pelçmanın təhlili insanların stimullara reaksiyasının ümumi prinsi­pinə yalnız bir misal ola bilər. Iqtisadçıların öyrəndikləri bir çox sti­mullar nəzər­dən keçirdiyimiz təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə qanunla bağlı olduğundan, daha da aşkardır. Məsələn, avropalıla­rın mühər­rikinin gücü daha az olan avtomobillərə üstünlük verməsi heç kəs üçün təəc­cüblü deyil, ona görə ki, benzinə vergi Avropada ABŞ-dakın­dan daha yüksəkdir. Lakin təhlükəsizlik kəmərlərinə aid misaldan görü­ndüyü kimi, sosial proqramların qəbul olunmasının nəticələri heç də bir­mənalı deyil. Istə­nilən proqramın təhlili zamanı onun təkcə birbaşa deyil, həm də stimullaş­dırılma vasitəsilə  təzahür edən dolayı  təsirini də nəzərdən keçirmək lazımdır. Əgər proqram stimulların mövcud sistemini dəyişirsə, bu zaman insanların davranışında da mütləq dəyişikliklər baş verir.

PRINCIPLE #4: PEOPLE RESPOND TO INCENTIVES
Because people make decisions by comparing costs and benefits, their behavior may change when the costs or benefits change. That is, people respond to incentives. When the price of an apple rises, for instance, people decide to eat more pears and fewer apples, because the cost of buying an apple is higher. At the same time, apple orchards decide to hire more workers and harvest more apples, because the benefit of selling an apple is also higher. As we will see, the effect of price on the behavior of buyers and sellers in a market—in this case, the market for apples—is crucial for understanding how the economy works.

Top