Ağıllı insan son həddə dəyişikliklər terminlərini də fikirləşir
RATIONAL PEOPLE THINK AT THE MARGIN marginal changes- small incremental adjustments to a plan of action
Hər gün rastlaşdığımız problemlərin həlli həmişə bir-birini tam inkar edən xarakterə malik deyil. Məsələn, nahar vaxtı siz tamamilə yeməkdən imtina etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim etmirsiniz, sadəcə olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox. Eyni qayda ilə siz məqbul -imtahan sessiyası zamanı tamamilə imtahanlara hazırlaşmaqdan imtina etmək və ya 24 saat dərsliklərin üzərində çalışmaq arasında deyil, sadəcə olaraq 1 saat teleproqram seyr etmək və ya 60 dəqiqə öz konspektlərinizi oxumaq arasında seçim edirsiniz.
Məsələn, fərz edək ki, dostunuz sizdən təhsilini bundan sonra daha neçə il davam etdirməsinin məqsədyönlülüyü barədə məsləhət istəyir. Əgər siz fəlsəfə doktorunun həyat səviyyəsi ilə məktəb məzununun həyat səviyyəsi arasındakı fərqi misal gətirsəniz, bu zaman o, belə müqayisənin bu hal üçün uyğun olduğuna etiraz edə bilər. O, artıq ali təhsilə malikdir, indi isə elmi dərəcə almaq üçün əlavə bir-iki il sərf etməyin məqsədyönlülüyünü həll edir. Qərar qəbul etmək üçün ona təhsil müddəti başa çatdıqdan sonra təhsilin verəcəyi əlavə fayda və təhsilə çəkiləcək əlavə xərcləri qiymətləndirmək zəruridir.
Son hədd dəyişikliklərinin təhlilinə yönəldilmiş digər misalı nəzərdən keçirək: biletlərə qiymətlərin təyin edilməsinə dair aviakompaniyanın qərar qəbul etməsi. Fərz edək ki, 200 yerlik təyyarənin bütün ölkə ərazisi boyunca uçuşu kompaniyaya 100.000$-a başa gəlir. Bu zaman bir yerə görə xərclər 100.000/200 = 500 $-a bərabər olacaq. Kimsə fikirləşə bilər ki, aviakompaniya heç vaxt biletləri bu məbləğdən aşağı qiymətə satmayacaq.
Lakin əgər kompaniyanın rəhbərliyi bu məsələyə son hədd dəyişiklikləri nöqteyi-nəzərindən baxarsa, kompaniya üçün əldə olunan gəlirin həcmini artırmağa imkan yaranacaq. Fərz edək ki, təyyarədə 10 boş yer qalıb, qeydiyyat şöbəsinin yanında isə biletə görə 300 $ verə biləcək sərnişin dayanıb. Aviakompaniya ona bilet sata bilərmi? Mütləq satmalıdır. Əgər təyyarədə boş yerlər qalmışdırsa, daha bir sərnişinin uçuş xərcləri ilə bağlı məsrəflər çox cüzi olacaqdır. Bir sərnişinin uçuşuna görə orta məsrəflər 500$ olsa da, əlavə müştərinin uçuşuna görə son həddəki məsrəflər onun yediyi bir qutu yemək və içdiyi bir qab suyun dəyərindən çox olmayacaq. Nə qədər ki, sərnişin biletə görə son hədd məsrəflərini aşmayan məbləğ ödəyir, bilet satışı aviakompaniyaya gəlir gətirir.
Bu misallardan göründüyü kimi, ayrı-ayrı şəxslər və firmalar son hədd dəyişikliklərini nəzərə alaraq, daha əsaslandırılmış qərar qəbul etmək imkanını əldə edirlər. Səmərəli surətdə fikirləşən insan yalnız və yalnız əldə olunacaq son həddəki gəlirlərin onun son həddəki xərclərini üstələdikdə fəaliyyət göstərməyə başlayır.
Decisions in life are rarely black and white but usually involve shades of gray. When it’s time for dinner, the decision you face is not between fasting or eating like a pig, but whether to take that extra spoonful of mashed potatoes. When exams roll around, your decision is not between blowing them off or studying 24 hours a day, but whether to spend an extra hour reviewing your notes instead of watching TV. Economists use the term marginal changes to describe small incremental adjustments to an existing plan of action. Keep in mind that “margin” means “edge,” so marginal changes are adjustments around the edges of what you are doing.