1.2. Prinsip 2

1.2. Prinsip 2

Xərclər arzu olunanların əldə edilməsi üçün im­tina edilənlərdən ibarətdir
THE COST OF SOMETHING IS WHAT YOU GIVE UP TO GET IT
Insan tərəfindən dərk edilmiş qərarların qəbul edilməsinin seçim zə­ru­ri­liyi fəaliyyətin alternativ variantlarının - xərclərinin və nemətlərinin müqayi­sə­sini tələb edir. Lakin bir çox hallarda xərclər ilk baxışdan görü­ndüyü kimi aşkar deyillər.
Misal üçün, ali məktəbə daxil olmaq barədə abituriyentin qərar qə­bul etmək prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki, intellek­tual zənginləşmədən və yaxşı iş əldə etmək perspektivindən ibarət­dir. Lakin xərclər nədən ibarətdir? Təhsilə, dərsliklərə, yataqxanadakı otağa və qidalan­maya görə o, müəyyən məbləğdə pul ödəməli olacaq. Və bunlar kollecdə bir neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin ha­mısı deyil.
Lakin təhsil haqqına kollecə daxilolma xərcləri olmayan hər hansı digər xərcləri daxil etmirikmi? Hətta abituriyent «artıq biliklərin» ona la­zım olmadı­ğı qərarına gəlsə belə, ona yenə də qidalanmaq və hər hansı bir yerdə yaşamaq lazımdır. Qidalanma və mənzil haqqı yalnız onların kollec­dəki qiyməti hər han­sı digər yerdəki qiymətindən artıq olduğu məbləğin səviyyəsində ali məktə­bə qəbulolma xərcləri ola bilərlər. Əslində, qida­lanma və kollecin yataq­xanasında qalmaq haqqı tələbənin müstəqil olaraq işlədiyi zaman ödədiyi qidalanma və mənzil haqqından az ola bilər və de­məli, bu xərclərə qənaət edilməsi ali məktəbə daxil olmağın üstün cəhətlə­rindən biridir.
Xərclərin qiymətləndirilməsinin bir problemi də ondan ibarətdir ki, kollecə  daxil olmaqla bağlı xərclərin böyük hissəsi – tələbənin vaxtı nəzərə alınmır. Əgər tələbə il ərzində mühazirələrə gedir, saatlarla kitabxanada oturur və gecələr kurs işləri üzərində çalışırsa, onun işləmək imkanı olmur. Tələbə­lərin əksəriyyəti üçün kollecə daxil olarkən itirdikləri əmək haqqı formasın­dakı pullar təhsil haqqı xərclərinin əsas hissəsidir.
Alternativ xərclər (itirilmiş imkanların xərcləri) – arzu olunanların əldə edilməsi üçün imtina edilənlərdən ibarətdir. Istənilən qərarın qəbul edilməsi (məsələn, kollecə daxil olmaq haqda qərarın qəbul edilməsi) fəa­liyyətin hər bir variantının itirilmiş imkanların alternativ xərclərinin dərk edilməsini tələb edir. Kollecdə təhsil alan idmançılar çox yaxşı dərk edirlər ki, onların alternativ xərcləri (professional idmanda onlar milyonlarla dollar qazana bilərdilər) çox yüksəkdir. Təsadüfi deyildir ki, onlardan ən istedadlıları belə qərara gəlirlər ki, ali təhsilə malik olmanın üstünlükləri onun əldə olunması ilə bağlı xərclərə dəymir. Məsələn, təhsildə qiymətləri­nin yüksək olmasına baxmayaraq Ameri­ka universitet basketbolunun ul­duzu Kobi Brayant kolleci atıb, professional milli basketbol assosiasiyası­nın komandalarının birinə keçmək qərarına gəlmişdir. Bu, təəccüblü deyil, çünki ona dörd il ərzində 10 mln. $-a yaxın məbləğdə  müqavilə bağlamağı təklif etmişdilər.

opportunity cost-whatever must be given up to obtain some item

Top