Rinoplastika növləri

Rinoplastika növləri

Rinoplastika plastik cərrahiyyənin bir istiqaməti olub, anadangəlmə və qazanılmış burun qüsurlarının aradan qaldırılmasına yönəldilib. Rinoplastika vasitəsilə nəfəsalma ilə bağlı çətinlikləri, eləcə də travma nəticəsində yaranan problemləri həll etmək mümkündür. Bundan başqa, rinoplastika vasitəsilə burnun estetik korreksiyası da mümkündür. Rinoplastika
Rinoplastika iki üsulla həyata keçirilir — açıq və qapalı.
Açıq rinoplastika zamanı kəsik burun dəlikləri və burun arakəsməsində aparılır. Bu metod ağır əməliyyatlar zamanı tam vizual kontrola ehtiyac yarandıqda tətbiq edilir. Açıq rinoplastika qığırdaq toxumalarının yerdəyişmə və ya çıxarılmasına şərait yaradır. Müəyyən üstünləklərə malik olsa da, açıq rinoplastikanın bir çox mənfi cəhətləri də var. Məsələn, travmatizasiya, çapığın qalması, reabilitasiya dövrünün uzun olması.
Qapalı rinoplastika isə burun dəliklərinin daxili səthindəki kəsiklər vasitəsilə aparılır və bu metodun bir çox üstünlükləri var.
Qapalı rinoplastikanın həyata keçirilməsi üçün ən təhlükəsiz üsul Piezo cihazıdır.
Piezo-cərrahiyyə rinoplastikada çevriliş yaratmış metod olub, Piezo-cihaz vasitəsilə həyata keçirilir. Bu aparat ultrasəs vibrasiyası əsasında işləyir, vibrasiya seçici olaraq sümük toxumasına təsir edir və onu yonaraq lazımi formaya salır.
Piezo-rinoplastikanın üstünlükləri
— Piezo-rinoplastika təhlükəsizdir;
— birbaşa sümük toxumasına təsir etdiyi üçün yumşaq toxuma, damar, sinir və qığırdaqları zədələmir;
— bu üsulla əməliyyat zamanı qanaxma minimaldır;
— şişkinlik və hematoma yaranma riskini azaldır;
— reabilitasiya dövrünü qısaldır;
Piezo-rinoplastikaya göstərişlər
— burun belinin enli olması;
— burun dəliklərinin qeyri-düzgün diametr və forması;
— çox enli və ya dar burun ucu;
— burun belində çökəklik və ya donqarın olması;
— əvvəllər keçirilmiş burun travmaları;
— qığırdaq əsasının defekti;
— anadangəlmə burun çəpəri əyrilikləri;
— tənəffüsün pozulmasına səbəb olan anadangəlmə çəpər əyrilikləri.
Piezo-rinoplastikaya əks-göstərişlər
— 18 yaş həddi;
— xroniki xəstəliklərin kəskinləşməsi;
— dəri və dərialtı toxumalardakı iltihabi proseslər;
— bədxassəli şişlər;
— qan-damar sistemi xəstəlikləri.
Bundan başqa, qapalı rinoplastikanı “karma” və “let down” üsulları ilə də həyata keçirmək olar.
“Karma” metodu burnun anatomik strukturunu qorumaqla lazım olan nəticəni əldə etməyə imkan verir. Əməliyyat burun dəlikləri içərisindən, sümük və qığırdaq toxumaları altından həyata keçirilir. Bu zaman birləşdirici toxumalar zədələnmir. Üsulun üstünlü — burnun həssaslıq və elastikliyini itirməməsidir.
“Let Down” metodunda burnun təbii beli saxlanılır, sümük, qığırdaq, sümük üstlüyü, burnun selikli qişası zədələnmir. Əməliyyat zamanı burun çəpərinin qapalı metodla işlənməsindən sonra burun donqarı aşağı basılaraq istənilən formaya salınır. Selikli qişa zədələnmədiyi üçün tənəffüs problemləri yaranmır.
“Let Down” metodunun tətbiqi üçün münasib  yaş həddi 18-40 yaşdır. Bu metod üçün göstərişlər aşağıdakılardır:
— çox qabarıq burun donqarı;
— xarici burnun yəhərəbənzər deformasiyası;
— həddindən artıq enli burun dəlikləri;
— burnun uzununa proporsiyalarının qeyri-təbiiliyi.
“Karma” və “let down” metodlarında reabilitasiya dövrü digər qapalı rinoplastikalarda olduğu kimi çox qısadır.
 
Mənbə: hekimtap.az
Top