Qulaq,burun,boğaz kateqoriyası üzrə məqalələr

Rinoplastika növləri

Rinoplastika plastik cərrahiyyənin bir istiqaməti olub, anadangəlmə və qazanılmış burun qüsurlarının aradan qaldırılmasına yönəldilib. Rinoplastika vasitəsilə nəfəsalma ilə bağlı çətinlikləri, eləcə də travma nəticəsində yaranan problemləri həll etmək mümkündür. Bundan başqa, rinoplastika vasitəsilə burnun estetik korreksiyası da mümkündür.
Davamı →

Burun əti uşağı kar edə bilər

Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur.
Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında «burun əti» kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?
Davamı →

Qulaq ağrılarının səbəbləri və müalicəsi

Qulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları – soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir.
Qulağın daxili və xarici hissəsi
Davamı →

Qulaq kirlənməsinin səbəbi və təmizlənməsi

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxanması ola bilər.
Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.
Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir.
Davamı →

Uşaqlarda boğazgəlmə zamanı çarə

Boğazın tez-tez gəlməsi və badamcıqların böyüməsi immunitet zəifliyi əlamətidir və boğazda infeksiya ocağı olmasını göstərir. Boğaz ətini kəsdirməyə tələsməkdənsə təklif olunan reseptə 15 gün əməl etmək lazımdır. Əksər hallarda 1 həftə sonra boğaz şişləri sağalır, lakin immuniteti yüksəltmək üçün müalicə davam etdirilməlidir.
Davamı →

Qulaq tutulması

Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı   qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa ud hindinin evkalipt ilə olan yağından istifadə edin. Evkalipt çox gözəl antiseptik və antibakterial təsir edir. Biz bura həm də iltihabəleyhinə propolis də əlavə etmişik. Demək olar ki, 90 % xəstələrimdə bu yağı tətbiq etməklə yaxşı nəticə əldə etmişəm.
Davamı →

Burun tənəffüsünün pozulmasının fəsadları

Burun tənəffüsünün çətinləşməsi həkim-otorinolorinqoloqa müraciətlərin ən əsas səbəbidir. Bu hal uşaq yaşlarında həyat keyfiyyətinə, təhsilə, körpə yaşlarında isə ümumi inkişafa təsir edir. Yuxarı tənəffüs yollarının müxtəlif anomaliyaları, vaxtında aşkar və müalicə olunmayan xəstəliklər (adenoidlər, sinusitlər, rinitlər, burun çəpərinin əyrilikləri və s.), həmçinin digər qrup səbəblər burunun selikli qişasının çətin müalicə olunan və ya müalicə olunmayan patoloji dəyişikliklərinə, normal burun tənəffüsünün pozulmasına səbəb ola bilir.
Davamı →

Burunla nəfəs almırsınız?

Burun tutulması – bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir.
O, diskomfort hissi yaradır və nəfəs almağa mane olur. Burun tutulması 4-cü ən geniş yayılmış vəziyyətdir ki, bu səbəbdən insanlar həkimə müraciət edir. Yetkin dövrdə burun tutulması problemi daha çox olur nəinki uşaq yaşlarında. Ona görə də LOR həkimi birinci növbədə burun tutulmasının əsl səbəbini araşdırıb tapmalıdır. Belə ki, bu səbəblər çoxdur.
Davamı →

Qulağa su dolubsa, nə etməli?

Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su düşə bilər. Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır. Bunun üçün bəzi sadə üsullar var.

1. Su olan qulağı aşağı əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakum yaranır və bu da suyun qulaqdan çıxarmasına kömək edir.

2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.

3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.

4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.
Davamı →

Qulaqlar niyə cingildəyir?


Qulaq cingildəyəndə «kimsə məndən danışır» deyirik. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Anevrizma
Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq biilinən anevrizma xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır. Anevrizma çox təhlükəlidir və onun yırtılması ölümə səbəb ola bilər.

Şişlər
Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.
Davamı →
Top