Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa ud hindinin evkalipt ilə olan yağından istifadə edin. Evkalipt çox gözəl antiseptik və antibakterial təsir edir. Biz bura həm də iltihabəleyhinə propolis də əlavə etmişik. Demək olar ki, 90 % xəstələrimdə bu yağı tətbiq etməklə yaxşı nəticə əldə etmişəm.
Deməli, uzanıqlı vəziyyətdə həm qulağa, həm də buruna səhər — axşam olmaqla bir neçə damcı bu yağdan tökürsünüz. «Bəs niyə buruna da?» — soruşa bilərsiniz. Qulaqda yevstax borusu var, bu boru orta qulaqla burun- udlağı əlaqələndirir.
Yevstax borusunun ən əsas funksiyaları orta qulaq təzyiqini xarici mühit təzyiqi ilə eyniləşdirmək, orta qulaqda yığılan mayelərin boşaldılmasını təmin etmək və orta qulağı burun nahiyəsindən gələn infeksiya və mayelərdən qorumaqdır.Yevstax borusu infeksiya və ya allergiyalar səbəbilə zəifləyə bilir. Məhz buruna da bu yağdan tökdükdə həmin hissəyə nüfuz edir.
Əgər qulaq tutulması keçməzsə sizə belə bir məsləhətim də var: deməli, 1 stəkan qaynamaqda olan suya 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı udi hindi tozu, 1 çay qaşığı evkalipt yağı tökürsünüz. Sonra vam odda saxlaylrsınız ki, bucarlanma asta — asta olsun, həm də üzünüzü yandırmasın. Başınıza dəsmal ataraq bu suyun buxarları ilə 10 — 15 dəq tənəffüs edirsiniz. Bunu 20 gün nə hər axşam davam etdirin.
Qeyd edim ki, sizdə təzyiq fərqi nəticəsində qulaq tutulması baş veribsə saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz.
Əgər tutulma ilə yanaşı 5- 7 günü aşan davamlı qulaq ağrısı, qulaq axıntısı, baş dönməsi, qusma və burun qan sızması kimi müşayiət olunan bir əlamət varsa səbəb (qulaq pərdədinin yırtılması, şiş və s) başqa ola bilər, o zaman mütləq müayinə olunun.
Müəllif: fizulihuseynov.com