Burun boşluğuna yad cisimlərin düşməsi əksərən uşaqlarda olur.Böyüklərin burun boşluğundakı yad cisimlər travmalar və odlu silah yaralanmaları zamanı olur.Bəzən yad cisimlərin ətrafına duzların çökməsi nəticəsində daşlar-rinolitlər əmələ gəlir. Çox vaxt yad cisimlər aşağı burun keçəcəyində yerləşir və çıxardarkən səhv etdikdə arxaya doğru itələnir.Hamar yad cisimlər və rinolitlər heç bir xəstəlik törətmir.Bir sıra hallarda burunun yalnız bir hissəsini tıxayır, selikli qişanın iltihabı nəticəsində iyli ifrazata səbəb olur.
Burun çəpərinin xəstəlikləri Burun çəpərinin əyilməsi- əksərən o şaquli istiqamətdən bu və ya digər tərəfə əyilmiş olr.Burun çəpərində sadə əyilmələrdən başqa tikanlar və daraq formasına malik qalınlaşmalar müşahidə olunur. Burun çəpəri əyilməsinin əsas simptomu-burunun bir və ya hər iki yarısı ilə tənəffüsün şətinləşməsidir.Dioqnozu ön rinosopiya ilə asan təyin edilir Müalicəsi-yalnız cərrahi yolladır Burun şişləri Xoşxassəli şişlər nadir hallarda öz nahamar səthi ilə gül kələminə oxşayan papillomalar, fibromalar, xondromalar və osteomalar rast gəlinir.Mənşəyinə və histoloji quruluşuna görə birin polipləri selikli qişanın xronik iltihabının məhsuludur,poliplər ayaqcıqdan asılan və birinin orta keçəcəyindən törənən tək və ya çox törəmələrdir.Onlar bozaçalan bəzən sarımtıl-qırmızı rəngli hamar səthli və həlməşik konsistensiyaya malikdir.Onların əmələ gəlməsinə səbəb burunun əlavə boşluqlarının haymor cibinin selikli qişasının və xəlbir labirint hüceyrələrinin xroniki iltihabıdır. Bədxassəli şişlər-xərçəng və sarkoma aiddir.Adətən onlar əngdən və xəlbir labirint nahiyyəsindən törəyir.Axrakterik xüsusiyyəti burunun bir tərəfinin tutulmasından, burun qanaxmasından ibarətdir.Sonrakı gedişdə şiş parçalanarkən burundan irinli ifrazat gələ bilər.Şiş ətraf nahiyyələrə yayılarkən göz almasının yerdəyişməsi onun qabarması ,kəllədaxili ağırlaşmalar ola bilər.Şişlərin səthi kələ-kötür olur,zondlama zamnı qanayır Düzgün dioqnoz klinik məlumata kəllənin müayinəsinə və şişdən götürülmüş parçanın histoloji müayinəsinə əsasən qoyulur Proqnozu pisdir Müalicə-rentghen,radioterapiya və cərrahi müdaxilədən ibarət müalicə təyin olunur Bu mətn internet aləmində ilk dəfə olaraq KAYZEN.AZ saytında yayınlanır