Musiqidə və təsviri incəsnətdə sülh mövzusu

Musiqidə və təsviri incəsnətdə sülh mövzusu

1949-cu ildə Parisdə və Praqada keçirilən Sülh Tərəfdarlarının I Ümumdünya konfransının emblemini məşhur ispan rəssamı Pablo Pikasso işləmişdi. Emblemdə dimdiyində zeytun budağı tutmuş ağ göyərçin təsvir edilmişdi. Əsərin adı «Sülh göyərçini»di.
Sülh mövzusu Azərbaycan ədəbiyyatının, təsviri incəsənətinin və musiqisinin aparıcı mövzularındandır.
Rəssam Kamil Nəcəfzadənin «Ana və uşaq» əsərində öz uşağını qoruyan qəlbi sülh arzulu ana obrazı təsvir edilmişdir. Adıçəkilən rəsm əsərinə tamaşa etdikdə böyük Azərbaycan bəstəkarı Qara Qarayevin «Məktəblilərin sülh haqqında mahnısı» yada düşür.
Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin marş tempində,Sülh göyərçintəntənəli səslənən «Məktəblilərin sülh haqqında mahnısı» ilə artıq tanışlığımız var. Bu mahnı «Rast» muğamı üzərində yazılmışdır. Not yazısında «Repriza»dan, yəni əvvəlki not yazısını təkrar etməmək üçün işlədilən işarədən istifadə edilmişdir.
Azərbaycanın XX əsr görkəmli bəstəkarlarından olan Cövdət Hacıyev 1917-ci ildə Şəkidə anadan olub. P.İ.Çaykovski adına konservatoriyada təhsil alıb, dünya şöhrətli bəstəkar D.Şostakoviçin sinfini bitirib.
Cövdət Hacıyev «Sülh uğrunda» əsərində dövrünün mühüm problemlərinə toxunmuşdur. Əsəri dinlədikcə göz önünə xeyir və şər qüvvələrin mübarizəsi gəlir. Əsərin sonunda xeyir şərə qalib gəlir.
Cövdət Hacıyev, həmçinin müxtəlif səpkili simfoniya, oratoriya, ballada, sonata, xor üçün bir sıra dəyərli musiqi əsərlərinin müəllifidir. Bəstəkar, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Aqşin Əlizadə, Oqtay Kazımi, Oqtay Rəcəbov, Gülnaz Abdullazadə, Rəşid Nəsiboğlu və başqa bəstəkarların yetişməsində onun böyük rolu vardır
Top