Musiqi kateqoriyası üzrə məqalələr

Leyla Vəkilova | Balet sənətinin sönməz ulduzu

Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...
Davamı →

Kəsmə şikəstənin bənzərsiz ifaçısı

Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyun  ayında Qubada anadan olub. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin (Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.
Davamı →

Şövkət Məmmədova | Vo­kal sə­nə­ti­mi­zin pi­o­ne­ri

«Bütün həy­a­tım boyu Azər­bayc­an mu­si­qi­si, Azər­bayc­an səh­nə­si və mə­də­niyy­ə­ti üçün əlim­dən gə­lə­ni et­məyə ça­lış­mı­şam. Mən hə­mi­şə bu sə­nə­tin özünə­məx­sus­luğ­u­nun və tə­k­ra­ro­lun­maz­lığ­ı­nın qə­d­ri­ni bil­mi­şəm”. Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın vaxtilə söylədiyi bu fikirlər böyük sənətkarın təkcə çox sevdiyi musiqi sənətinə deyil, həm də vətəninə xidmətini əks etdirmək baxımından dəyərlidir.
Davamı →

Şərqdə muğam dəstgahlarının ilk ifaçısı

Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qədim sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə, muğam və mahnılarımızın ilkinliyini ustalıqla qoruyaraq, nəsildən-nəsilə ötürən, Xalq artisti Sara xanım Qədimovanın yaradıcılıq yolu yeni nəsillər üçün əsl vətənpərvərlik, fədəkarlıq və sənətə sədaqət nümunəsi olmuşdur. O, xalqımızın qəlbində əbədi məskən salmış sənətkar olaraq mahnı və muğamlarımızın ifaçısı kimi Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinksi, Xan Şuşinski, Rəşid Behbudov, Həqiqət Rzayeva kimi qüdrətli sənətkarların sırasımda layiqli yer tutmuşdur.
Davamı →

Kütləvi musiqi mədəniyyəti

Qədim yunanların məktəblərində poeziya, riyaziyyat, musiqi, təsviri incəsənət və idman fənləri tədris olunurdu. Onlar üçün bu fənlərin hər birinin xüsusi əhəmiyyəti var idi. Göründüyü kimi musiqinin də bir fənn kimi, təlim prosesinə daxil edilməsinin böyüməkdə olan gənc nəslin inkişafına təsirini hələ qədim yunanlar başa düşürdülər.
“Musiqi tərbiyəsinin vəzifəsi — ilk növbədə musiqiçi deyil, insan yetişdirməkdir”. Bu dahi ideyanın, mənalı və məntiqli sözlərin müəllifi böyük Ukrayna pedaqoqu, akademik V.A.Suxomlinskidir. Sadə, lakin elmə əsaslanan bu fikir, keçən əsrin ortalarında deyilməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini, aktuallığını itirməyib.
Davamı →

Bir mahnıyla şöhrət tapan bəstəkar

Bəstəkar Qəmbər Hüseynli… Bu ad bəzilərinə tanış gəlməyə bilər… Elə isə “Cücələrim” mahnısını yada salın… Şübhəsiz ki, böyüklü-kiçikli hamının böyük zövqlə dinlədiyi “Cücələrim” mahnısını eşitməyən yoxdur...
Bəli söhbət “Cücələrim” mahnısını bəsətələyən şəxsdən gedir. Bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun özünəməxsus yeri var.
Davamı →

Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan xalq artisti

Gülxar İbrahim qızı Həsənova (Sultanova) 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində İbrahim ağa ilə Nabat xanımının ailəsində anadan olub.
Gülxar Həsənova üç qardaşı ilə birgə ilk təhsilini Şəmkirdəki Zəmzəm stansiyasındakı 7 illik məktəbdə alıb. Valideynləri Gülxarı həkim görmək istəyirmiş. Ona görə də məktəbi bitirəndən sonra yeniyetmə qız sənədlərini valideynlərinin təkidi ilə Bakı Tibb Texnikumuna verir. Texnikumda oxuyarkən Əli Bayramov adına Qadınlar klubunun özfəaliyyət dərnəyində də çıxış edir.
Davamı →

Cazı Azərbaycana gətirən bəstəkar

Ötən əsrdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə, İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir. Bəs “Möcüzələr adası” filmindəki şanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən varmı? Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isəötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.
Davamı →

Doldur piyaləmi Arazdan mənim

Yoxluğundan illər keçsə də, Rübabə Muradova bu gün də sevilir, yaddaşımızda yaşayır. Onun səsini, ifasını sevməyən tapılmaz. Səsini nə zaman eşitsək də yenidir, ruhumuzu oxşayır.  Rübabə xanımın bir zamanlar ifa etdiyi mahnıları oxuyanlar da, el içində daha  tez məşhurlaşır, daha tez tanınırlar. İnkaredilməz  bir həqiqət var ki, ruhu mahnılarına sahib olan Rübabə xanım oxuyanda hisslərimiz, duyğularımız kövrəkləşir, gözəlləşir. Onu dinləyəndə hərdən mənə elə gəlir ki, cinayət etməyə hazırlaşan kəs də bu ecazkar səsin cazibəsi ilə pis niyyətindən əl çəkər.
Davamı →

Üzeyir məktəbinin davamçısı

Keçən əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyat və incəsənətində yenidən canlanma, milli şüurun oyanması, xalqın özünə və tarixinə qayıtması prosesi gedirdi. Bu proses musiqimizə də sirayət etmişdi. Milli incəsənət ənənələrinə yeni nəfəs gətirən gənc bəstəkar nəsli yetişirdi. Aqşin Əlizadə bu nəslin nümayəndələrindən biri idi.
Davamı →
Top