1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada «Gəlinqaya» adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir. 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan «Dağlar qızı Reyhan» şerinə musiqi bəstələyir. Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. Lakin bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır.
1969-cu ildə Türkiyədə «Reyhan — Dağlar kızı» filmi çəkilmişdir. Bu filmdə də «Reyhan» mahnısından istifadə edilir. «Reyhan» mahnısı Azərbaycanla qonşu olan bir neçə qonşu ölkə dillərində də ifa edilib
Dağlar qızı Reyhan, Reyhan
Parlaq dan ulduzu Reyhan, Reyhan…
Aləm sənə heyran, heyran, heyran…
Nə qəşəngsən, ay qız,
Gül -çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız…
Gözəllər gözəli Reyhan, Reyhan,
Sevdamın əzəli Reyhan Reyhan,
Aləm sənə heyran, heyran, heyran…
Nə qəşəngsən, ay qız,
Gül -çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız…
Zil qaradır gözün, Reyhan, Reyhan,
Baldan şirin sözün, Reyhan, Reyhan.
Aləm sənə heyran, heyran, heyran…
Nə qəşəngsən, ay qız,
Gül çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız…
Mənbə : edebiyyat.az