Caz nədir? Bu həyəcanlandırıcı ritmlər, davamlı inkişaf və hərəkətdə olan xoş canlı musiqidir. Bu xüsusiyyətlərinə görə bəlkə də onu başqa bir janrla qarışdırmaq mümkün deyil.
Caz — XX əsrin əvvəllərində musiqidə yaranmış istiqamətdir. Caz Afrika ritmləri, ritual şənliklər, iş və dünyəvi mahnıları, keçmiş əsrlərin Amerika musiqisini yaxından əhatə edir. Başqa sözlə, bu, Qərbi Avropa və Qərbi Afrika musiqilərinin sintezindən ortaya çıxan yarısərbəst janrdır.
Caz necə meydana gəlib?
Mürəkkəb ritmlərinin olması nəzərə alınaraq, cazın Afrikada meydana gəlməsi artıq qəbul edilmiş bir fikirdir. Bu ritmlərə rəqsləri, bütün mümkün ayaq hərəkətlərini, əlçalmalarını əlavə edirik və nəticəsi isə budur — reqtaym.
Bu janrın açıq ritmləri blüz melodiyaları ilə birləşdi və bizim caz dediyimiz yeni istiqamətin yaranmasına səbəb oldu. Bu yeni musiqi janrının haradan gəldiyi sualını verərkən, hər hansı bir mənbə sizə XVII əsrin əvvəllərində Amerikaya gətirilmiş qara qulların mahnısı ilə gəldiyi cavabını verəcək. Onlar yalnız musiqi ilə sakitlik tapırdılar.
İlk öncə bu, sırf Afrika motivləri idi, amma bir neçə onillik sonra daha çox improvizasiya xarakteri aldı və əsasən dini ifalar – spriçuelinin üstünlük təşkil etdiyi Amerika melodiyaları ilə zəngiləşdi. Sonradan bura mahnı-şikayətlər, blüz və kiçik nəfəs musiqi alətlərindən ibarət orkestr daxil oldu. Beləliklə də yeni istiqamət — caz yarandı.
Caz musiqisinin əsas xüsusiyyəti nədir?
Birinci və ən əsas xüsusiyyət improvizasiyadır. Musiqiçilər orkestrdə, eləcə də soloda olduğu kimi improvizasiya etməyi bacarmalıdırlar. Sərbəst ritm caz musiqisinin əsas əlamətidir. Elə bu sərbəstlik musiqiçilərdə yüngüllük hissi və hərəkətlilik yaradır. Hər hansı bir caz kompozisiyasını xatırlayın. Təxmin edilir ki, ifaçılar klassik musiqidəki kimi hər hansı bir sərtliyi olmayan, qulağa möcüzəvi və yüngül gələn, yalnız rahatlıq gətirən bir musiqi səsləndirir. Əlbəttə, caz ifalarında da klassik ifada olduğu kimi ritm, ölçü və s. var, amma svinq adlanan özəl ritm sayəsində sərbəstlik hissi oyanır. Bu istiqamət üçün daha nə vacibdir? Əlbəttə, az və ya müntəzəm pulsasiya.
Cazın inkişafı
Yeni Orleanda yaranan caz tədricən yayılaraq daha da məşhur olur. Yeni Orlean cazı bir qayda olaraq kiçik orkestrlərin, klarnet, trombon, banjo, tuba, nağara və fortepiano müşayiətində qrup şəkilli improvizasiyadır.
Daha bir caz mərkəzi Çikaqodur. Burada musiqi qruplarının gecələr təşkil olunan xüsusi çıxışları olur. İfa olunan kompozisiyalar aranjemanlarla çətinləşir. O dövrün ifaçıları arasında xüsusən Çikaqoya cazın vətənindən gəlmiş Lui Armstronq seçilir.
1930-1940-cı illərdə kütləvi olaraq cazla məşğul olma müxtəlif rəqs melodiyalarını yerinə yetirəcək böyük orkestrlərə tələbatın artmasına səbəb oldu. Bunun sayəsində bəzi ritmik təsvirlərdən ayrılmaları özündə təqdim edən svinq üslubu meydana gəldi. Svinq həmin vaxtın əsas istiqamətinə çevrildi və kollektiv improvizasiyanı arxa plana atdı. Svinqi ifa edən qruplar biq-band adlandırılmağa başladı.
Əlbəttə ki, svinqin belə ilkin caz cizgilərindən, milli musiqidən ayrılması səmimi musiqisevərlərin narazılığına səbəb oldu. Elə buna görə, biq-bandlara və svinq ifaçılarına qarşı qaradərililərin çıxış etdiyi kiçik ansamblların qarşıdurması başlayır. Bu yolla 1940-cı illərdə digər musiqi istiqamətlərindən parlaq şəkildən seçilən, yeni tərz olan bibop yaranır. Ona inanılmaz sürətli musiqi, uzun improvizasiya, çətin ritmik təsvirlər əlavə olunmuşdu. Bu dövrün ifaçıları arasında Çarli Parker və Dizzi Gillespi seçilirdi.
1950-ci ildən başlayaraq caz 2 fərqli istiqamətə ayrılıb. Bir tərəfdən klassik musiqi tərəfdarları bibopu kənarlaşdıraraq akademik musiqiyə qayıtdı. Digər tərəfdən, ikinci xətt bibopu genişləndirməyə davam etdi. Bu fonda milli folklor intonasiyasını, dəqiq ritmik təsviri və improvizasiyanı geri qaytaran hard-bop meydana gəldi. Bu tərz soul-caz və caz-fank tərzləri ilə birgə istiqamətdə inkişaf etmişdi. Onlar hər şeydən çox musiqini blüza yaxınlaşdırırdı.
Sərbəst musiqi
1960-cı illər yeni təcrübə və forma axtarışları ilə keçdi. Nəticədə ifaçıların ritmik təsvir və tonlardan tamamilə imtina etdiyi caz-rok və caz-pop meydana gəlir. Bu dövrün musiqiçiləri arasında Orlet Koulman, Veyn Şorter, Pat Meteni məşhur idi.
Müasir uşaqlara caz haqqında demək olar ki, heç nə məlum deyil. Aydın olur ki, keçən əsrin ortalarında caz tədricən pop musiqinin kölgəsinə keçdi və demək olar ki, bütün gün öz sevimli cazmenlərinin ifalarını dinləməyə hazır olan həmin səmimi pərəstişkarlar qalmadı.
Caz tarixində dahi ifaçı adını qazanan Lui Armstronq deyirdi ki, cazı sadəcə başa düşmək lazımdır. "Əgər siz soruşursunuzsa, deməli, cazın nə olduğunu heç vaxt başa düşməyəcəksiniz".
Caz — hər şeydən əvvəl ruhun vəziyyətidir.
Azərbaycan cazının inkişaf dövrü musiqiçi və bəstəkar
Vaqif Mustafazadənin adı ilə bağlıdır.
Azərbaycanın caz tarixi öz başlanğıcını XX əsrin 30-cu illərindən götürür. Bakıda ilk caz orkestrini 1938-ci ildə tanınmış bəstəkarlar, SSRİ-də Aleksandr Svasman orkestri ilə çıxış etmiş Tofiq Quliyev və Niyazi yaratmışlar. Dövlət Estrada Orkestri adlanan Quliyev və Niyazinin orkestri Azərbaycan cazının təməli oldu.
İlk konsertdə klassik caz adı ilə Niyazi və T.Quliyevin mahnıları ifa olundu. Təxminən həmin vaxtlarda saksofonda "Çahargah" muğamı üçün hazırlanmış improvizasiyalar ifa edildi. 1941-1945-ci illərdə və Böyük Vətən müharibəsindən sonra Dövlət Estrada Orkestrinin rəhbəri Rauf Hacıyev olmuşdu. 1945-ci ilfə Bakıda Eddi Roznerin caz-orkestri qastrol səfərində olmuşdu. Burada aparıcı solist saksofonist Pərviz (Pira) Rüstəmbəyov çıxış etmişdi. O, SSRİ-nin ilk caz impravizatorlarından idi.
XX əsrin 60-cı illərində Qara Qarayevin, Niyazi, T.Quliyev, R.Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqinin ikinci dövrü başlandı. «Qaya» Rafiq Babayev və V.Mustafazadənin kvarteti idi.
V.Mustafazadə və R.Babayevin adlarını 1960-cı illərdə Azərbaycan cazının çiçəklənməsi ilə bağlamaq lazımdır. Onlar Azərbaycan milli musiqisi ilə caz ritminin sintezini yaratmağı təcrübədən keçirdilər.
Azərbaycan cazı bugün də dinamik şəkildə yayılmağa davam edir. Bakıda caz festivalları, qərb caz musiqiçilərinin iştirakı ilə seminarlar keçirilir. Müasir Azərbaycan cazmenlərindən Rain Sultanov, Cəmil Əmirov, İsfar Sarabski, Salman Qəmbərovun rəhbərlik etdiyi «Bakustik caz» qrupunu, Tofiq Cabbarov, Şahin Növrəsli, Emil İbrahim kimi ifaçıları qeyd etmək olar.
portal.azertag.az