De görüm neyləmişəm

De görüm neyləmişəm

Qaş qabağın yerlə gedir,
De görüm neyləmişəm.
Ürəyim gup-gup edir,
De görüm neyləmişəm.

Qaş qabağın yerlə gedir,
De görüm neyləmişəm.
Ürəyim gup-gup edir,
De görüm neyləmişəm.

Bir mənə bax naz eləmə,
Naz eləmə, naz eləmə.
Bir mənə bax naz eləmə,
Naz eləmə, naz eləmə.

Qaş qabaq tökmə belə,
De görüm neyləmişəm.
Gəl mənə naz etmə belə,
De görüm neyləmişəm.

Qaş qabaq tökmə belə,
De görüm neyləmişəm.
Gəl mənə naz etmə belə,
De görüm neyləmişəm.

Bir günahım yoxdur inan,
Varsa de olum qurban.
Bu hala dözmərəm mən,
Ölürəm az qala mən.

Bir günahım yoxdur inan,
Varsa de olum qurban.
Bu hala dözmərəm mən,
Ölürəm az qala mən.


Mus.: F.Əmirov
Söz: T.Elçin
Top