“Thriller”: Maykl Ceksonun “Thiriller” (1982) albomu musiqi dünyasında ən çox satılan albom olaraq tarixə düşüb. Albom 109 milyon nüsxə ilə buraxılaraq rekord göstərici nümayiş etdirib. “Thiriller” mahnısının klipində Maykl Cekson parıltılı, qara naxışları olan qırmızı dəri gödəkcə geyinmişdi, bu gödəkcə diqqəti cəlb etmişdi. Məhz bu gödəkcə pop musiqi əfsanəsinin — Maykl Ceksonun simvollarından birinə çevrilib.
«Beat It»: Maykl Ceksonun əfsanəvi “Thriller” albomunun üçüncü mahnısı olan “Beat it” ifaçıya uğur gətirən çıxışlardan biri olub. Belə ki, bu ifa iki dəfə “Grammy” mükafatına layiq görülüb, “Rolling Stone” jurnalındakı 500 ən yaxşı mahnı siyahısında 337-ci yerə adını yazdırıb.
“Say Say Say”: Bu mahnı Maykl Cekson və Pol Makkartninin birgə əməyi nəticəsində ərsəyə gəlib. Mahnı Pol Makkartninin 1983-cü ildə çıxardığı “Pipes of Peace” albomunda təqdim olunub.
“Billie Jean”: Maykl Ceksonun «Billie Jean» mahnısı pop musiqi tarixində inqilabi mahnılardan biri kimi dəyərləndirir. Mahnının arxasınca gələn o dövr üçün çox yüksək keyfiyyətli klip isə onun bir əfsanəyə çevrilməsinə səbəb olub. Maykl Ceksonun «Billie Jean» mahnısına çəklimiş qısa film xarakterli klip MTV telekanalında yayımlanıb. Maykl Cekson klipdə yeni imic yaradıb, saç düzümünü dəyişib, qara dəridən hazırlanmış gödəkcə və çəhrayı köynək geyinib, boğazına isə o dövrdə ABŞ-da uşaqlar arasında çox yayılmış qırmızı kəpənək bağlamışdı. Bu klip telekanalda davamlı olaraq yayımlanan qaradərili şəxsin ilk klipi olub.
“Black or white”: 1991-ci ilin oktyabr ayında “ Dangerous ” albomunda təqdim olunub. Bu mahnı sırf pop tərzində deyildi və özündə rok, r&b (Rhythm and blues) tərzlərini də birləşdirirdi. Təqdimatdan bir ay sonra mahnı “Billboard Hot” hit paradında birinci yerə çıxmışdı.
“Jam”: Maykl Ceksonun pərəstişkarları tərəfindən ən çox sevilən konsertlərindən biri 1992-ci ildə Buxarestdə keçirilən konsert olmuşdu. Onun burada ifa etdiyi “Jam” mahnısı isə xüsusi olaraq sevilmişdi.
«Super Bowl»: Maykl Ceksonun 1993-cü ildə «Super Bowl»dakı çıxışı onun ən məşhur çıxışlarından biridir. «Super Bowl» Amerika futbolu çempionatında final oyunundan sonra keçirilən ənənəvi konsertdir.
“We Are The World”: Mayk Cekson 2006-cı ildə “Dünya Musiqi Mükafatları” (World Music Awards) tədbirində çıxış edib. Burada o, gənc ifaçılar xoruyla birlikdə “We Are The World” mahnısını ifa etmişdi. Dünyaca məşhur olmasına baxmayaraq, Maykl Cekson bu tədbirdə sadəliyi ilə diqqət çəkmişdi.
“This is it”: 2009-cu ildə “Maykl Cekson: bu budur” adlı sənədli film təqdim olunmuşdu. Bu filmdə Maykl Ceksonun müasir musiqi tarixindəki yeniliklərindən, onun XX əsrin simvolu olmasından və məşhurlaşana qədər keçdiyi yollardan bəhs olunur.