Notlar necə yaranıb?

Notlar necə yaranıb?

Notlara ilk dəfə ad verən şəxs11-ci əsr İtalyan musiqiçisi Qvido d'Aretso olub. O, bunun üçün Müqəddəs İohanna ithaf olunmuş qədim kilsə himninin sətirlərinin ilk hecalarını götürmüşdü.

Himnin sözləri aşağıdadır:
UT queant laxis
REsonare fibris
MIra gestorum
FAmuli tuorum
SOLve polluti
LAbii reatum
Sancte Ioannes

Tərcüməsi:
Qulların sənin işlərinin
möcüzələrini mədh etsin deyə,
onların ağızlarından
günahları (yalanları) götür,
ey müqəddəs İoann.

Burda gördüyümüz ilk heca heç də bizim tanıdığımız DO notu deyil. UT notunu oxumaq çətin olduğuna görə 1640-cı illərdə DO notuna dəyişdirilmişdir (Fərz olunur ki bu Dominus- Tanrı, hökmdar sözündən götürülmüşdür). Həmçinin son sətir də 1574-cü ildə daxil edilmişdir və Sİ notu hər sözün ilk hərfindən yaranmışdır.

Top