Bədəni əcaib şəkildə böyüyən insan

Bədəni əcaib şəkildə böyüyən insan

Pakistanın Lahor şəhərində yaşayan 22 yaşlı Şahin Mümtaz "Protey sindromu" xəstəsidir. Olduqca nadir xəstəlik sayılan bu sindromun daşıyıcısı olan insanın vücudunun müxtəlif əzaları assimetrik və qəribə şəkil...də böyüyür. Mümtaz xəstəliyini Allahın ona verdiyi cəza sayır. "Anadan olandan bəri beləyəm. Üzüm, qollarım və ayaqlarım bədənimə nisbətən fasiləsiz böyüdüyündən insanlar məni əcaib sayırlar. Əvvəllər məni görəndə qaçardılar, amma indi dözürlər", - Şahin Mümtaz söyləyir. Şahin atası Vəzir Əlinin dediyinə görə, oğlunun müalicəsinə pul tapmaq üçün çox çalışsa da, hələ bir nəticə hasil olmayıb.
Top