Pianonun tarixi

Pianonun tarixi

Piano dəstəkli bir çalğı alətidir. Onun adı italyan dilindən keçmişdir, mənası piano — «sakit» deməkdir.

Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.

Piano iki formada mövcuddur:
*
Royal

* Piano

Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eyndiir.

Piano aşağıdakı komponentlərdən ibarətdir:
— Gövdə və dayaqlar (ağacdan): gövdə konstruksiyası, titrəyidici və səsboğucu
— Akustik qurğu
— Tellər (metaldan)
— Titrəyidici (ağacdan): tellərin titrəməsi ilə gücləndirilir
— Səsboğucu (ağacdan),
— Gövdə (metaldan): onun üzərində tellər və onların gərilməsini qəbul edilir (16–25t arasında yük)

Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə «forte» — möhkəm, piano isə «səssiz» deməkdir.
Fortepiano bizim eradan əvvəl XVIII əsrdə yaranıb, Avropa mədəniyyətini təmsil edib. O, simli alətlər sırasına orta əsrlərdə daxil olub.

Yaranan ilk simli alət isə klavikord idi. Klavikord quruluşuna görə fortepianoya bənzəyir. Fərq ölçüdə və səsdə idi. Onun səsi yumşaq və bəm idi. Ona görə də bu alətdə bir neçə insan ifa edə bilərdi. Daha sonra musiqi aləminə klavesin daxil oldu. O, XV əsrdə, İtaliyada icad olunub. Onun səsi qu səsi kimi aram-aram və zəifdir. Ona görə də bu alətlə böyük zallarda konsert vermək mümkün deyil.

Klavesinin simləri royalda olduğu kimi dillərə paralel yerləşib. Simli-dilli alətin üçüncü variantı spinetdir. O, 4 oktavalı, 2 klavialı kiçik klavesini xatırladır. Onun dizaynı o qədər gözəldir ki, evdə bəzək əşyası kimi istifadə edilir. XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı.


Alət dəbə gəldiyi zaman onunla ilk musiqi — rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sirasına daxil oldu. Fortepiano klassikaya romantizm və hisslərin emosiyasını gətirdi. Bu alət Bethovenin, Listanın, Sumanın və Şopenin yaradıcılığında əvəzsiz rol oynadı. Lakin fortepianonun gəlişi ilə klavesin dəbdən düşmədi. Onun incə səsini böyük konsertlərdə eşitmək olar.

Fortepianoya qulluq
Alətin mexanizmi və hamar korpusu tez korlandığından onun xüsusi qulluğa ehtiyacı var. Fortepianonun materialı hidroskopik olduğundan o, nəmi özünə tez çəkir və alət şişir. Ona görə də onu +18 – +25 dərəcədə saxlamaq lazımdır. Nəmlik isə 42% — 50% olmalıdır. Aləti pəncərə və qapı kənarında yerləşdirmək olmaz. Onu küləkdən qorumaq lazımdır. Fortepianonu qışda, küçədən evə gətirərkən o, temperatur dəyişikliyinə məruz qalır. Ona görə də aləti 1 sutka ərzində, taxta quruyana kimi silib və ya qapağını açmaq olmaz. Dəmir simləri isə quru, məxmər əski ilə silmək lazımdır. Fortepianoya düzgün qulluq etmədikdə, onun səs tembri dəyişir.

 

Top