Nə üçün musiqini sevirik?

Nə üçün musiqini sevirik?

Musiqi nədir? Düz şəkildə danışaraq deyilə biləcək bir şeyin müxtəlif səs dalğaları ilə deyilməsindən niyə xoşumuz gəlir? Musiqi nə üçün kef və ya taməksinə hüzn duyğusu verə bilir?

Musiqi əslində səs dalğalarının, müəyyən qaydalar içində bir nizama salınmasıdır. Bilindiyi kimi, səs dalğalar halında yayılır. Bir saniyə içindəki dalğa sayı səsin xarakterini təsbit edir. Saniyədə 260 dalğa edən, yəni titrəşən səs 'Do' notudur.
Bu şəkildə 7 təməl not meydana gəlirr: Do-Re-Mi-Fa-Sol-La-Si. Son notdan sonra, Do`nun titrəşmə sayının bir misli qədər titrəşmədə daha incə bir Do gəlir ki, bu iki Do arasına bir oktav deyilir. İşdə bu oktav, qam, akkord deyilən riyazi silsilələr şəklində bir növ düzülərək musiqi yaradırlar. Ancaq bütün bunlar bizə, bu riyazi silsilələrdən bixəbər, Afrika yerlilərinin, dağ başındakı çobanın ləziz musiqisini açıqlaya bilməz.

Əslində mədəniyyətin musiqi və bundan alınan zövq üzərində birbaşa əlaqəsi vardır. Şərq musiqisində yuxarıda ifadə edilən riyaziyyat silsilələrindəki pərdələrin arasında qarışıq gəzişilmə, Afrikada baş çevirici ritimler, Avropada isə notların ideal nizamı qabağa çıxır. Ancaq bunlar da, fərqli musiqi növlərinə maraq hiss edən bizlərin və musiqinin xoşlanılma səbəbini izah etməyə çatmır.
Musiqi və dil qabiliyyətləri bir çox istiqamətdən bir-birinə bənzəyir. Alimlər insanların musiqi qabiliyyəti qazanmalarının, danışmağa başlamaları ilə eyni zamanlara eyni düşdüyünü irəli sürürlər. Danışma qabiliyyəti, şübhəsiz, daha yaxşı bir ünsiyyət və yaşama şansı üstünlüyünü gətirmişdir, amma musiqinin hansı ehtiyacı ödədiyi hələ də məchul.

Körpələr mənalı sözlərə bənzər səslər çıxarmağa başlarkən eyni zamanda mahnı oxuyarcasına zümzümə etməyə də başlyırlar. Uzun və qarışıq cümlələr qurmağı bacardıqca, daha uzun və qarışıq mahnıları ifadəyə qabiliyyətləri də artır. Ancaq beynin danışmağa əmr edən qisimində ziyan olan xəstələrin danışa bilməmələrinə baxmayaraq musiqi qabiliyyətlərinin davam etdiyi də müşahidə edilib.
Son zamanlarda, beynimizdə musiqini qəbul edən bir alıcı ola biləcəyi tezisi irəli sürülür. Əgər bir gün bu alıcı tapılsa belə, bunun nə üçün beynimizə qoyulduğunun səbəbi yenə aydın olmayacaq.

Öyrədilmə yoluyla bir növ rəqs edə bilən və ya rəqs olaraq qəbul edilə bilməyəcək hərəkətləri olan canlıları saymazsaq, təbiətdə musiqi və ritim duyğusu yalnız insanda vardır. Bu xüsusiyyətin səbəbi isə hələ tam olaraq açıqlana bilmir.

Sonda isə bu gözəl musiqi parçasını sizlərlə paylaşıram. Buyurun, dinləyin :)

Top