Mən çıxmışam gül seyrinə,
Gözümdə dünya təzədir.
Gözəllər də göz gözədir,
Axtarır gözüm səni.
Sən asiman, mən dəniz,
Ayrılmışıq niyə biz?
Yenə özümdən xəbərsiz
Axtarır gözüm səni.
Bircə qətrə duymamışam
Məhəbbətin varlığını.
Harda eşitsəm adını
Axtarır gözüm səni.
Mənbə: sozmusiqi.wordpress.com