ŞEİRLƏR kateqoriyası üzrə məqalələr

Səsimizi necə eşitdirməli

Hər şair öz məxsusiliyi ilə ədəbiyyatı zənginləşdirir, əksi ilə – yəni alışdığımız ədəbi tərzlərlə ancaq az oxumuş oxucuları, zövqü bərkə-boşa düşməmiş mütaliə həvəskarlarını təəccübləndirmək olar. Koman Şova fərqli deyim tərzi ilə dünyada (ədəbiyyatda) öz mövqeyini qurub və bu ədəbi istehkamda onu qoruyan, heç şübhəsiz ki, dayandığı poetik mövqedir.
Davamı →

Həqiqəti ala bilmədim yalanın əlindən

Maya Angeleou (1928-2014) Zəncilərin Azadlıq Hərəkatının ən fəal təmsilçilərindən sayılan qadın şair və aktivistdir. O, ABŞ-ın Missouri əyalətinin Louis şəhərində dünyaya göz açıb. Şairin əsl adı Marguerite Annie Johnsondur. Onun dünyaya göz açdığı yerlərdə insanların kölə olması qanuni idi. Bu köləlik vaxt-bivaxt vətəndaş müharibələrinə səbəb olurdu, dava-dalaş, qan-qada gündəlik həyat normalarından idi. Ata-anasını vaxtsız itirən Maya sonralar ona bu adı verən qardaşı Bailay ilə birgə Stamps vilayətinə köçürlər – nənəsinin yanına.
Davamı →

Müşfiqlə Dilbərin məhəbbət tarixçəsi

Müşfiq:  Xatırla sevgilim dün axşam çağı,
               Yandı gözlərimdə eşqin çırağı
               Saçlarından ilham aldığım zaman
               Sardı gözlərimi incə bir duman.
               Nə yüksəyi gördüm, nə də alçağı...
Dilbər:   İstərəm el-oba səndən danışsın,
               Hicrindən gecəm də sübhə qarışsın.
               Müşfiq nəğməsi ilə qoy yansın ürək,
               Dilbərin qəlbində şam tək alışsın
Davamı →

Gözləyirəm

Gözümü yolda qoyub ali-bəşər, gözləyirəm,
Bilirəm ki, gələcək, şamu-səhər gözləyirəm.

Səhəri gözləsə bir kəs, yuxu getməz gözünə,
Nə deyim mən də yalandan, o təhər gözləyirəm?

O zaman ki, yetişər vəslə tamam aşiqlər,
Xoş olar hali-pərişanım, əgər gözləyirəm.
Davamı →

Axtarır gözüm səni

Mən çıxmışam gül seyrinə,
Gözümdə dünya təzədir.
Gözəllər də göz gözədir,
Axtarır gözüm səni.
Davamı →

Puşkin qorxunc epidemiya haqqında

Doğrudan da dahilər bütün zamanlar üçün yazıb-yaradanlardır.
Bu son günlərdə təkcə Rusiyanın deyil, dünyanın bir sıra ölkələrinin mediasında böyük rus şairi A.S.Puşikinin 1830-cu ildə yazdığı bir şeir tez-tez misal çəkilir. Həmin vaxt Rusiyada, xüsusən Boldin deyilən yerdə epidemiya tüğyan edirdi.
Düzdür, bəziləri bu şeirin Puşkin tərəfindən yazıldığını inkar edirlər. Amma stlistika və üslub bunu deməyə əsas verir ki, şeirin məhz dahi şairə aid olduğunu qəbul edək. Mən şeirin qafiyələnmə və ritmini saxlamağa çalışaraq həmin şeiri dilimizə çevirdim.
Davamı →

Şad ol bu gün , ey könlüm

Şad ol, bayram elə, ey qəmli könlüm,
Mübarək mövluddur, bayramdır bu gün!
Xəbər et dostlara, tələs, ey dilim,
Mübarək mövluddur, bayramdır bu gün!

Açıldı bu gündə Rəsulun(s) gülü,
Aləmi bürüdü Kövsərin seli
Dil açdı şəhadət söylədi dili
Mübarək mövluddur, bayramdır bu gün!
Davamı →

Şəhidlər

Şəhidlər günəş kimi nur çiləyir hər zaman,
Şəhidlər gedən yolu bağlaya bilməz tufan,
Şəhidlər el yolunda canını verib qurban.
Şəhidlər qanlarıyla boyayıblar torpağı,
Şəhidlər zirvələrə qaldırıblar bayrağı.

Şəhidlər yatan torpaq ocağa, pirə dönər,
“Şəhidlər xiyabanı “ uzaqlardan görünər,
Şəhidlər anılan yer qərənfilə bürünər,
Şəhidlər bu dünyada dönərlər bir günəşə,
Şəhidlər ölməz olur, yaşayırlar həmişə.

Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,
Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir,
Şəhidlər yatan qəbir istiqlal türbəsidir,
Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir,
Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdir.
Davamı →

Əhməd Cavad - Gözüm yoldadır

A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq, on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.

Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?
Qardaş bərabəri, gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Davamı →

Oğlum Məhəmmədə nəsihət | Nizami Gəncəvi

Sən, ey on dörd yaşlım, hər elmə yetkin! 
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun o zaman ki sən, 
Açıldın gül kimi güləndə çəmən.                    

İndi ki çatmışdır yaşın on dördə,                       
Başın sərv kimi durur göylərdə.
Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Davamı →
Top