Səssizlikdə gecə sükutunda
Mən səni ağlayaraq sevdim
Qaranlıqda səssiz bir boşluqda
Mən səni düşünərək sevdim
Sanki izləyirəm gülüşünü mən
Dilimdəki isə yalnızca sənsən
Sakitcə baxaraq bomboş tavana
Mən səni sevdim xəyallarınla
İstərəm birazca güləsən mənə
Amma içdən gələn duyğularınla
İstərəm birazca gələsən mənə
Amma ki ən iti addımlarınla
İstərəm bir kərə can deyim sənə
Axı sən mənim canımda cansan
Sən də can deyərək baxasan mənə
Biləsən sən mənim can parçamsan
Qırırsan qəlbimi heç düşünmədən
Bəzən də ən acı sözlər deyirsən
İstərəm bir kərə düşünüb məni
Qırılan qəlbimi təmir edəsən
İstərəm bir kərə gəl sarıl mənə
Bütün dərd-sərini unut bir anlıq
Başını sakitcə söykə çiynimə
Qəlbimin səsini dinlə bir anlıq
Bircə dəfə oxusan sən də bu şeri
Bilirəm sadəcə səhv tutacaqsan
İstərəm yenidən oxu sətirləri
Bəlkə də onlarda səni tapacaqsan.
Bilirəm sonsuzdu gözəl arzular
Hamsının da sonu göstərir səni
Ancaq indi səndən tək istəyim var
Mən sevdiyim kimi sev sən də məni
Qurbanova Mələkxanım — 12.07.2018