Bir gün gecə vaxtı düşdün yadıma
Yenə də gəlmisən sən xəyalıma
Anlada bilmirəm bir kəsə səni
Çıxara bilmirəm ağlımdan səni.
Mən sənə dedimki səni sevirəm
Sənsə cavabında dedin neyləyim
Mənki səni deyil onu sevirəm
Sənin cavabın verdi mənə təlim
Tək cavabına mən oldum təslim.
Sevgimi görmədin, məni duymadın
Düşündün sadəcə sözdə sevirəm
Mən səni görəndə çox sevinirdim
Nədəndir bilmirdim amma gülürdüm
Görmək istəməzkən artıq mən səni
Sən mənə deyirsən sevirəm səni.
Niyə mən sevəndə sevmirdin məni
İndiki yenədə tənha qalmısan
Bəlkədə dünyada ən gözəl pəri
Qoynunda o deyə ağlayacaqsan.
Geri gəl geri gəl desəndə mənə
Bilki dönməyəcəm bir daha sənə
Sən mənə deyirdin səni sevmirəm
İndi məndə sənə onu deyirəm.
Deyirsən hər gecə düşündüm səni
Elə bilirsən mən düşünməmişəm?
Keçirdiyim hər dəqiqə hər saniyəmi
Səni düşünərək acı çəkmişəm.
Düşündüm görəsən indi nə edir
Sevirmi ürəyi başqa kimsəyi
Düşündüm görəsən o hara gedir
Yeni yer tapdımı onun ürəyi.
Arada görürdüm yuxumda səni
Ancaq gedirdin sən gəldiyin kimi
Sonra düşünmədim heç zaman səni
Çünki sevilmirdim sevdiyim kimi.
Sən mənim qəlbimi çox qırdın anla
Bilirsən nə qədər acı çəkmişəm
Min bir tövbə ilə min bir yalanla
Gəlsəndə mən səni əfv etməyəcəm.
Bilirəm sevirsən indi sən məni
Mən yox dedikcə də durmayacaqsan
Ancaq bunu bilki qırılan qəlbi
Milyon il keçsədə tapmayacaqsan
Xatırla bir vaxtlar mənə gülürdün
İndiysə qarşımda sən diz çökürsən.
Deyirdin qadındır yəqin gücsüzdür
İndiysə gücümün kölgəsindəsən.
25 Oktyabr, 2016- Qurbanova Mələkxanım