Makaronun ilk dəfə harada hazırlandığı bu gün də mübahisəlidir. Çin, Yaponiya, Fransa və İtaliyanın da daxil olduğu bir çox ölkələr bu icada iddiaçıdırlar. Bəzi mənbələrə əsasən makaronun 13-cü əsrdə İtaliyaya Marko Polo tərəfindən gətirildiyi güman edilir. Dəqiq olan isə yalnız budur ki, Avropada makaron ilk dəfə 15-ci əsrin əvvəlində İtaliyada istehsal olunmuşdur.
Səndviç
İngilis əsilzadəsi Səndviç bilyard oyununa hədsiz aludə idi. O, bu oyunu o qədər sevirdi ki, ona fasilə verib nahar belə etmək istəmirdi. 1762-ci ildə Səndviçin mahir aşpazı onun bilyard oyununa fasilə vermədən yeyə biləcəyi ləzzətli bir yemək növü hazırladı. Bu yemək iki çörək parçasının arasına qoyulmuş kərə yağı, ət tikələrindən ibarət idi. Sonralar onun içərisinə pomidor, ədviyyat və göyərti də əlavə etməyə başladılar.
Kərə yağı
Kərə yağı ilk dəfə miladdan əvvəl 1000-ci ildə Hindistanda hazırlanmışdı. Ondan dini mərasimlərdə, habelə dəri xəstəliklərinin və yanıqlarının müalicəsində istifadə olunurdu. Yalnız 18-ci əsrin əvvəllərində kərə yağı mətbəxə və süfrələrə yol tapdı. O zamanlar çox bahalı olan kərə yağından yalnız varlı adamlar istifadə edə bilirdilər.
Ketçap
Bu gun ketçap adlandırılan istiotlu sous 1876-cı ildə amerikalı iş adamı Henri Heyms tərəfindən düzəldilmişdi. O, Çindən gətirilmiş ke-tisap adlı sousa bəzi əlavələr edib dadını dəyişdirərək bu gün istifadə etdiyimiz ketçapı hazırlamışdı.
Dondurma
Bu gün hər birimizin ləzzətlə yediyi dondurmanın da vətəni Çin sayılır. Qədim çinlilər bal və meyvəni buzla qarışdıraraq dondurmanı icad etmişdilər. Bu ləzzətli təamın ölkə sərhədlərini aşması da çox çəkmədi. 13-cü əsrdə səyyah Marko Polo dondurmanın reseptini İtaliyaya gətirdi. Əvvəllər dondurma yalnız hökmdarların süfrəsinə qoyulurdu. Lakin dondurmanın Avropa və Amerika ölkələrində geniş yayılması üçün çox az vaxt lazım gəldi.