Ramiz Rövşən-"Yağış yuyur,gün qurudur"

Ramiz Rövşən-"Yağış yuyur,gün qurudur"

Ramiz Rövşən-«Yağış yuyur,gün qurudur»

Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur ,gün qurudur...
                                               

Top