Qoy kor olum, görməyim həyatda yaraşığı.
- Səni bilmirəmsə mən, ruhumun şən nəfəsi,
Ölüm bu qərib eldə, qoy görməyim heç kəsi
- Səni bilmirəmsə mən, sinəmin altda ürək,
Yanım, külümü göyə sovursun acı külək.
- Səni bilmirəmsə mən, canımdan artıq, əziz,
Bədbəxtlik arxam ilə əbədilik salsın iz.
- Səni bilmirəmsə mən, sevən könlümə ilham,
Almayım axıracan qoca dünyadan bir kam.
- Səni bilmirəmsə mən, ağzımın şirin dadı,
Dodağımdan olmasın kənar, könül fəryadı.
- Səni bilmirəmsə mən, vuran qəlbimin səsi,
Dörd yanımdan izləsin, məni ölüm kölgəsi.
- Səni bilmirəmsə mən, şirin-şirin gülüşüm,
Budaqdan vaxtsız qopan gül kimi yerə düşüm.
Müəllifin kimliyini bilmirəm.