Ölümə nə var ki, birdəfəlikdi,
Sevib ayrı düşmək, kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda,
Gözlərdən süzülən yaş olmayaydı.
Mənim qəlbim kimi inləməz kaman,
İlk eşqi itirmək yamandır, yaman.
Könüllər odlara qalanan zaman
Ürəklər bərkiyib, daş olmayadı.
«Yar» deyib ağlayır, könlümün sazı,
Bir gündə yüz dəfə yanıram azı,
Sücaət, heç kimin baharı, yazı,
Dönüb birdən-birə qış olmayaydı.
Şair Sücaət Kəlbəcərli.