Dedin: Səni sevindirim!
Dedim: Necə?
Dedin: Ölüb, bu dünyadan köçə-köçə.
İcazə ver, gözlərini qəbir seçim,
İcazə ver, gözlərindən dolum, keçim.
Dedim: Səni itirərəm, gözlərimə dolsan əgər,
Səni sənsiz ağlayanda, gözlərimdə olsan əgər.
İtirərəm ən qiymətli inci kimi,
İtirərəm gözümün sevinci kimi.
Dedin: Onda, icazə ver, saçlarında ağa dönüm,
Gecə kimi qara teldə, bir yanar çırağa dönüm.
Dedim: İtirərəm səni, qara tellər ağaranda,
Ağır olar, mənə ağır, səni belə axtaranda.
Dedin: Bəlkə ürəyinə dolum sənin?
Ömrüm boyu əbədiyyən olum sənin?
Susdum, Daha söz tapmadım,
Tapdım səni, tapdım bu an.
Gör, səni necə, nə yaman
Ürəkdən dəyişib zaman!
Müəllifin kimliyini bilmirəm.