Fridrix Vilhelm Nitşe 1844-cü ilin 15 oktyabrında Rökendə anadan olub. Anadan olduğu gün Prussiya kralı IV Fridrix Vilyamın taxta çıxdığı günlə eyni vaxta təsadüf edir. Atası yeni doğulmuş oğluna ad tapmaqda elə də çətinlik çəkmir. Oğlunun anadan olduğu günün ölkə tarixində önəmli olduğundan, atası ona kralın adını verir. Nitşe isə həmişə deyirdi ki, mən xoşbəxt adamam, çünki ad günümü bütün ölkə keçirir. Ad günüm gələndə geniş el şənlikləri keçirilir.
Nitşenin uşaqlıq illəri rəngarəng keçir. Hələ özünü dərk edəndən Nitşe fəlsəfəyə, musiqiyə və ədəbiyyata maraq göstərir. Ancaq onun həyatında fəlsəfənin xüsusi yeri olur. Onun dünya görüşünün formalaşmasında Sokratdan öncəki filosofların: Heraklitin və Stoiklərin təsiri böyükdür.
Tələbə olarkən Nitşe klassik filologiyanı öyrənir.
Onun həyatına təsir edən digər önəmli nöqtə isə Şopenhauerin “Dünya, iradə və təsəvvür kimi” əsəri olub. Onun fikrinə görə, bu kitab məhz onun üçün yazılıb. Nitşe yazırdı ki, mən bu kitabı oxuyanda müəllifi qarşımda görürəm.
Sonra Nitşe, Şopenhauer fəlsəfəsinin aşiqinə çevrilir. Özünün də dediyi kimi, o, Şopenhauerin pessimizminə ehtiyac duyurdu.
Nitşeyə təsir edən ikinci tanışlıq isə bəstəkar Riçard Vaqner ilə olan tanışlıqdır. Bəstəkar-filosof atasına çox oxşayarmış, hətta altmış yaşında imiş. Bir müddət sonra Nitşe bəstəkarla daha bir ortaq nöqtələrini tapır; Riçard da Şopenhauer aşiqi idi.
1869-cu ildə İsveçrədəki Bazel Universitetində professor kimi klassik filologiyadan dərs demək üçün dəvət alır. Nitşe həm də fəlsəfə dərsi deyirdi.
Bir il sonra 1870-ci ildə Almaniya ilə Fransa arasında müharibə başlayır. Nitşe yaralılara kömək etmək üçün könüllü olaraq müharibəyə yollanır.
Ekspertlərə görə, müharibə Nitşenin dünya görüşünə təsir edən üçüncü fenomen olub. Müharibədən gələndən sonra o, “Musiqinin ruhundan faciənin doğuluşu” kitabını yazır. Sonra isə “Vaxtında deyilməmiş fikirləri”ni qələmə alır.
1879-cu ildə Nitşe səhhəti ilə əlaqədar işdən ayrılır. Kiçik təqaüdlə evində xəstə yatır. 1989-cu ildə at arabası qəzasında yaddaşını itirir. Və 25 avqust 1900-cü ildə dünyasını dəyişir.
Nitşenin sözləri
- Qadını qadının içində azadlığa qovuşdurmalı!
- Səni sevirəmsə, bundan sənə nə
- İnsanlar bərabər deyillər.
- Uçurumları sevənin qanadları olmalıdır.
- Nəsənsə "O” ol!
- Zəiflər bizləri öz gücümüzdən utandırdıqları üçün qalib gəldilər.
- İnanc həqiqəti bilmək istəməməkdir.
- Şübhə yox, mütləqlikdir insanı dəli edən.
- Sənət həqiqətən daha dəyərlidir.
- Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
- Ölümün axırıncı yaxşılığı daha ölümün olmamasıdır.
- Məni öldürməyən şey məni daha da gücləndirir.
- Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
- İnanclar həqiqət düşməni olaraq yalanlardan daha təhlükəlidir.
- Ruh axtaran adamda heç ruh yoxdur.
- Hündür bir dağda buz içində yaşamaqdır- fəlsəfə.
- Həmişə öyrənci qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
- Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
- Nihilizm nə deməkdir -Ən yüksək dəyərlərin özlərini dəyərdən salması.
- Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
- İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
- Elmə sahib olmaq əlinizdən gəlmirsə, heç olmasa elm savaşçıları olun.
- Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
- Gözləmək - insanı əxlaqsız edir.
- Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
- Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.
- İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.
- Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm.
- Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
- Qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə dərk etmək gərəkdir.
- Ağrı deyir "Yıxıl!”
- Hər şey bir-birindən daha gərəklidir.
- Küləyə qarşı tüpürməkdən çəkinin.
- İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.
- Ən yaxşı müəllif o olacaq ki, o, yazıçı olmaqdan utanır
Həmçinin bax: Zərdüşt belə deyirdi