Seyyid Cəfər Məzarəyi nəql edir: “Nəcəf elmi hövzəsinin tələbələrindən biri ruzi cəhətdən çox çətinlik çəkirdi. Ruzi problemi o qədər ona ruhi təsir qoyur ki, İmam Əlinin (ə) müqəddəs hərəminə gələrək, zərihin kənarında ruzi çətinliyinin aradan qalxması üçün dua edir. Gecə yuxuda İmamı (ə) görür. Həzrət (ə) ona buyurur: “Əgər Nəcəfdə mənim yaxınlarımdan olmaq istəyirsənsə, burada elə həmin çörək və qatıqla yaşayacaqsan. Ancaq əgər diqqətə layiq maddi həyat istəyirsənsə, gərək Hindistanda Heydərabad şəhərindəki filankəsə müraciət edəsən. Ev sahibi qapını açan zaman ona de: “Səmaya gedin, günəşin işini görsün”.
Bu yuxudan sonra iki dəfə İmamın (ə) hərəminə gedir və eyni şeyi yenə də İmamdan istəyir. İmamı (ə) yenə yuxuda görür. İmam (ə) ona buyurur: “Sənə nə demişdimsə, odur. Əgər mənim ətrafımda bu vəziyyətlə davam gətirə biləcəksənsə, qal. Əgər bacarmırsansa, gərək Hindistana və həmin şəhərə gedəsən”.
İnsanlar bu yoxsul tələbənin həmin sərvətli insanla görüşməsinə təəcüb edirlər. Tələbə onun evinin qapısını döyür və həmin adam imarətinin pilləkənlərindən aşağı düşür. Tələbə onunla üz-üzə gələn zaman deyir: “Səmaya gedib, günəşin işini görsün”.
Bu zaman Rac xidmətçilərini çağırır və deyir: “Bu tələbəni imarətə aparın. Yorğunluğu keçəndən sonra hamama aparın və gözəl libaslar geyindirin”. Bu mərasim gözəl şəkildə həyata keçirilir. Tələbə orada sabahısı günün əsrinə qədər qonaq edilir. Sonra şəhərin möhtərəm iş adamları, tacirləri bu evə gələrək, hər biri özünəməxsus yerdə əyləşirlər. Tələbə yanında olan şəxsdən soruşur ki, nə xəbərdir? Deyir: “Ev sahibinin qızının nikah mərasimidir”. Mərasimin şirin yerində Rac salona daxil olur və hamı yerindən qalxır və o da qonaqlarını salamlayandan sonra, özünün xüsusi yerində əyləşir. Üzünü məclis əhlinə çevirib, deyir: “Ağalar, mən sərvətimin yarısını ki, bu qədər ev, bağ, mənzil, mülk, nağd pul və sairdir, Nəcəfdən gələn tələbəyə vermişəm.
Hamınız bilirsiniz ki, mənim iki övladım var. Qızlarımdan birini ki, daha gözəldir, onunla nikah bağlamasını istəyirəm. İndi bu nikahı yerinə yetirin”. Nikah bağlanandan sonra tələbə çox təəcüb edir və soruşur: “Bunun mənası nədir?” Rac deyir: “Mən bir neçə il əvvəl niyyət etmişdim ki, Əmirəl-mömini (ə) mədh edən şeir deyəcəyəm. Bir misranı dedim, ancaq ikincisini deyə bilmədim. Hindistanda olan şairlərə müraciət etdim. Onların dediyi şeir ürəyimə yatmadı. Öz-özümə dedim ki, yəqin ki, şeirim İmamın (ə) nəzərinə layiq olmamışdır. Ona görə də nəzir etdim ki, əgər hər kim bu şeirin ikinci misrasını kamil şəkildə mənə deyərsə, var-yoxumun yarısını ona bağışlayacağam və gözəl qızımı onunla evləndirəcəyəm. Siz gəldiniz və ikinci misranı dediniz. Gördüm ki, sizin misranız hər cəhətdən kamil və düzgündür. Tələbə dedi: “Birinci misra nə idi?” Rac dedi: “Zərrəyə bax ki, Əbu Turabın lütfü ilə nəzər salsın. Səmaya gedib, günəşin işini görsün”. Tələbə dedi: “Bu, mənim deyil, Həzrətin (ə) misrası idi”. Rac bu sözləri eşidən zaman şükür səcdəsinə gedir”.
Bəli, yoxsul tələbə İmamın (ə) inayəti ilə bu cür sərvət sahibinə çevrilir. (Erfan)
Allah bizləri İmamın (ə) yolunu gedənlərdən qərar versin. İnşaallah!
Mənbə: Deyerler.org