Anadolu İslamla şərəflənməzdən əvvəl burada yaşayan Romalılara məxsus və günümüzə qədər gəlib çatan tarixi əsərlər mövcuddur. İzmirdə tapılan Efes antik mədəniyyətin ən məşhur şəhərlərindəndir.
Efesdəki 24000 nəfərin sığdığı Böyük Amfiteatr qədim dünyanın ən böyük teatrıdır. (Bax. Şəkil-1)
Amfiteatrı seyr edərkən qədim romalıların mədəniyyət baxımından bizdən qat-qat irəlidə olduqları fikrinə qapıla bilərik. Yemək haqqında rəy verə bilmək üçün mətbəxin, yeməyi bişirən aşpazın patları, dırnaqlarının təmizliyi və sudan istifadə etdiyi məkanı, həmçinin ayaqyolu təmizliyi də diqqətə alınmalıdır.
Biz də teatrın ehtişamına baxaraq heyrətə düşmədən əvvəl elə həmin teatrın lap yaxınlığındakı tualetə baş çəkək.
2-ci şəklə baxdıqda tualetlərinin yan-yana olduğunu görürük. Ayaqyolunda görülən işlər görsənmək nöqteyi-nəzərindən teatrdan heç də geri qalmır. Teatrda ölüm-qalım, kədər və sevinc rol oynanan rolun tələbidirsə, ayaqyolunda hər kəsin gözü önündə görülən işlər bütün aydınlığı və çılpaqlığı ilə iyrənc formada görsənməkdədir. Qədim Efes şəhərindəki ayaqyollarının özünəməxsusluğu fərdi və qapalı olmaması, cəm halında istifadə olunmasındadır. Təbii ehtiyacların təmin olunduğu zamanlar insanların müxtəlif fəlsəfi, ticari, siyasi fikirləri, sənətlə bağlı görüşlərini müzakirə və mübahisə etdikləri bir fəaliyyətdir eyni zamanda. Tualetlərin önündəki kanaldan davamlı təmiz su axmaqda və tualet ehtiyacını təmin edənlər b su ilə təmizlənməkdədir.
Fiqh kitablarını vərəqlədikdə ilk mövzunun təmizlik, təmiz sular, ayaqyolu ədəbi kimi mövzular olduğu dərhal gözə çarpır. Daha sonra dəstəmaz və namaz mövzuları gəlir. Ən sonda da cənazə bəhsi yer alır. Təmizlik olmadan dəstəmaz, dəstəmaz olmadan namaz, nəhayət namaz olmadan da ömür olmayacağı üçün bu ardıcıllıq qorunmuşdur. İnsan bədənini rahatladan məkan tualet olduğu halda, həm ruhən, həm bədənən rahatladan məkanlar da məscidlər olmuşdur. Əcdadımızın karvansaray, hamam, şadırvan və məscidləri bir bir-birinə yaxın tikməsi bədini və ruhi hüzurun birlikdə olmasıdır.
“Təhtəl-şüur” şüarı (psixo-analiz) ilə məşhurlaşan Siqmund Freudun insanların iki ayaq üstə gəzmələrinin səbəbini izah etməsi çox mühümdür. Vəhydən pay almamış ağlın düşəcəyi çuxurun dərinliyinin cəhənnəmdən daha aşağı olması inkaredilməzdir. Freuda görə insanların yeriməsinin səbəbi belədir:
“Atalarımız milyon illər bundan əvvəl “dörd ayaq” üstə gəziblər. Tualet ehtiyaclarını eynilə heyvanlar kimi təmin edir, bir-birilərinin pis qoxularını yaxın məsafədən hiss etmək məcburiyyətində qalırdılar. Bir gün bu üfunət iyinə dözə bilməyib bu vəziyyətdən çıxış yolu axtararkən ağıllarına iki ayaq üstə gəzmək gəldi.”
Avropa şəhərlərində müasir su təsisləri və kanalizasiya sistemi yalnız XIX əsrin sonlarına yaxın quruldu. Tarixçilər tualetin bir məkan olaraq Qərbə Şərqdən keçdiyi məsələsində həmfikirdirlər. Lakin qeyd edək ki, bu proses yüzlərlə il davam etmişdir. Orta əsrlərdə Avropada müşahidə edilən epidemiyaların əsas səbəblərindən biri tualet və kanalizasiya mədəniyyətinin olmamasıdır.
İslam hüququnda bir müsəlmanın başqasının övrət yerinə baxması bir tərəfə, tualetdə öz övrət yerinə belə uzun-uzadı baxması; romalıların başqasıyla söhbət etməsi bir tərəfə, tualetdə öz-özünə danışması və verilən salamı alması xoş qarşılanmamışdır.
Bir çox alim övrət yerlərinin görsənməsi və insanların ədəb ölçülərinə diqqət etməməsi səbəbiylə ümuma açıq hamamlara gedilməsinə belə yaxşı baxmamışdır.
Bir gün Əbu Hənifə həzrətləri cümə namazına qüsl almaq üçün hamam gedir. Yaxınlığındakı adamın belinə bağladığı fitəsi övrət yerlərini tam örtməmişdi. Hz. İmam həmin adamı görməmək üçün gözünü yumur. Tam o əsnada su tasını itirir. Əli ilə axtararkən yanındakı adam tası götürüb ona verir və soruşur:
“ — Ya İmam, sizin gözünüz nə vaxt kor oldu?” İmam:
“ — Gözüm sənin çılpaqlığını gördüyüm andan etibarən kor oldu. Ümid edirəm ki, sən örtünsən gözlərim açılar.” –dedi. Həmin adam səhvini başa düşdü və fitəsini möhkəm örtərək övrət yerlərini bağladı. İmam Əzəm də gözlərini açdı.
Bu gün təmiz və mədəni olmaq iddiası güdərək Şərq millətlərini xor görən qərblilərdən Orta Əsrlərdə tikilən saraylarda nə üçün tualet olmadığını soruşmaq lazımdır. Bu sualın cavabında çətir, dikdaban ayaqqabı, şapka və parfümeriyadan istifadə səbəbləri də var.
Təmizliyi, dəstəmazı, qüslü imanın yarısı olaraq görən, övrət yerlərini örtmək əmri ilə bizi heyvanlara bənzəməkdən qoruyan İslam və iman neməti üçün minlərlə həmd və şükürlər olsun!
Müəllif:Adəm Şahin
Mənbə: irfandergisi.com