Bir Yaxşılığın Mükafatı | Niyazi Yusifov

Bir Yaxşılığın Mükafatı | Niyazi Yusifov

Rəvayətə görə çox qədim zamanlarda varlı bir oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifi edir.
Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə gündüz Allaha ona şəfa verməsi üçün dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılıq verir və onlar evlənirlər. Bir gün cavan cütlük nahar edirdi. Bu zaman evin qapısına bir dilənçi yaxınlaş;r və ev sahiblərindən ona kömək etmələrini istəyir. Bunu eşidən kimi qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: “İki dilim çörək çox azdır. Ona bir qab dolu yemək ver!” Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı adam idi. Lakin həddən artıq xəsis idi. İndi isə dilənçilik etmək məcburiyyətində qalmışdı. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır: “Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə gələndə bundan xəbər tutdu və qəzəblənərək məni boşadı, hələ üstəlik əlimi şikəst edib şəhərdən qovdu…”Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda, oğlan belə deyir: “Üzüyü verdiyin həmin dilənçi mən idim və məhz bu üzük vasitəsilə varlandım…”
İbrət dərsi
Bir nəfər Əbdülqadir həzrətlərinə biri bir kölə hədiyyə etmiş və belə demişdi:
-Bu köləni qəbul edin, sizə xidmətçi olsun.
Əbdülqadir həzrətləri köləni alıb evinə gətirir. “Oğlum, bax” -deyir, “Bu otaq yataqq otağındır, bu geyimləri geyinə bilərsən, yemək yemək istəsən bax bu yeməklər var”. Ondan sonra soruşur
-İndi de görüm, harda yatmaq istəyirsən? Kölənin cavabı:
-Haranı münasib görsəniz orda.
-Bəs hansı paltarı geyinmək istəyirsən?
-Hansını uyğun görsəniz onu.
-Hansı yeməyi sevirsən?
-Hansını versəniz.
Kölə belə cavablar verdikdə Əbdülqadir həzrətləri göz yaşı tökməyə başlayır. Kölə bu dəfə tərəddüd edir, düşünür ki, — görəsən səhv cavab verdimi? Əbdülqadir həzrətlərinin göz yaşları sel kimi axarkən, kölə ona yaxınlaşır.
-Əgər qüsur etdimsə, bağışlayın məni. Xətamı bağışlayın!
-Yox, övladım, xəta etmədin.
-Niyə ağlayırsınız bəs? -deyincə belə cavab verdi:
-Söylədiklərini dinlədim, ona görə ağladım.
-Mən səhv bir sözmü söylədim?
-Yox, hər şeyi doğru söylədin. Kaş ki, sənin mənə etdiyin bu itaət kimi, mən də Rəbbimə belə bir itaətdə, qulluqda dursam. Ömrümdə bircə dəfə də olsun “Ya Rəbbim, səndən heç bir şey istəmirəm. Haranı münasib görsən o evdə yataram, hansı geyimi münasib görsən onu geyinərəm, hansı ruzini versən onu yeyərəm. Başqa bir istəyim yoxdur” deyə biləydim. Bax buna görə ağlayıram. -deyir. 

Mənbə : irfandergisi.com
Top