Allahın Bitməyən mərhəməti

Allahın Bitməyən mərhəməti

 Vəhşi, Hz. Həmzənin Bədir döyüşündə öldürdüyü Tuaymənin qardaşının oğlu olan Cübeyr bin Mutimin köləsi idi. Həbəşli olduğu üçün, əl ilə ox və nizə atmaqda usta idi. Uhud döyüşündə, Cübeyr ona demişdi: Həmzəni öldürsən səni azad edərəm! Daha o zamanlar müsəlman olmaqla şərəflənməmiş olan Əbu Süfyanın xanımı Hind də, atasının və əmisinin intiqamını almaq  üçün, Vəhşiyə mükafat vəd etmişdi. Vəhşi, Uhudda daş arxasına pusquya girib, yalnız Hz. Həmzəni güdürdü. Hz. Həmzə səkkiz kafiri öldürüb, hücum edərkən, Vəhşi nizəsini ataraq, onu şəhid etdi. Sonra, gedib vəziyyəti Hində xəbər verdi. Hind sevinib üzərindəki zinət əşyalarının  hamısını Vəhşiyə verdi.Uhud döyüşündə Peyğəmbərimiz bir neçə kafirə bəd dua etmişdi. «Vəhşiyə nə üçün lənət etmirsən» dedikdə, buyurdu ki: Miracda, Həmzə ilə Vəhşini qolqola, birlikdə Cənnətə girərkən görmüşdüm Hicrətin səkkizinci ilində, Məkkə fəth edildiyi gün, Vəhşi, Məkkədən qaçdı. Bir zaman uzaq yerlərdə qaldı.
Məkkə fəth edildikdən sonar Hz. Peyğəmbər (S.A.V), Hz. Həmzənin qatili Vəhşi bin Hərbə xəbər göndərərək onu İslama dəvət edir. Vəhşi, Hz. Peyğəmbər (SAV) ə bu xəbəri göndərir: «Ey Məhəmməd! Sən məni İslama necə dəvət edirsən? Halbuki sənin iddiana görə adam öldürən və  Allaha  şərik qoşan və ya zina edən bir kimsə böyük günah işləmiş olur. Onun üçün qiyamət günündə əzab qat qat verilir. O əzabda alçaq və zəlil olaraq qalır. Mən isə bütün bunları etdim. Görəsən mənim üçün bir yol varmı? „
Bunun üzərinə Allahu Təala Furqan surəsinin bu ayələrini nazil edir “Ancaq tövbə və  iman edib yaxşı işlər görənlərdən  başqa; Allah onların pis əməllərini yaxşı əməllərə çevirər.Allah bağışlayandır, rəhm edəndir.» (Furqan; 70)
Bunları eşidən Vəhşi: «Ey Məhəmməd! Ancaq tövbə edib, iman gətirən, yaxşı işlər görənləri istisna edən şərt ağır bir şərtdir. Bəlkə də mənim buna gücüm çatmayacaq.» deyə, xəbər gondərəndə,Allahu Təala  Nisa surəsinin bu ayələrini nazil edir: «Həqiqətən, Ona şərik qoşmağı əsla bağışlamaz. Ondan başqasını (digər günahları) isə, istədiyi kəslər üçün bağışlayar. Hər kim Allaha şərik qoşarsa həqiqətən çox böyük bir günah ilə böhtan etmiş olar. » (Nisa; 48)
Yenə Vəhşi bin Hərb Peyğəmbərimizə belə bir xəbər göndərir: «Ey Məhəmməd! Görürəm ki bu da Allahın istəyindən sonra olar. Bilmirəm məni bağışlayar mi, bağışlamaz mi? Bundan başqası varmı? „
Bunun üzərinə Allahu Təala, Zumər surəsinin bu ayələrini nazil edir: “De ki; Ey nəfsləri əleyhinə irəli getmiş olan qullarım, Allahın rəhmətindən ümid kəsməyin,O bütün günahları bağışlayar. Çünki O çox bağışlayandır, rəhm edəndir.» (Zumər; 53)
Vəhşi bin Hərb, bunları eşidincə: «Bəli!» deyər və müsəlman olar. Xalq isə: «Ey Allahın  Elçisi! Vəhşiyə isabət edən bizə də isabət etmişdir. Yəni bizlər də onun kimi günah işləmişik.» dedilər. Bunun üzərinə Hz. Peyğəmbər (SAV) belə buyurdu: «Bu ayə yalnız Vəhşiyə deyil, bütün müsəlmanlara aiddir.»
Hz Vəhşi musəlman olduqdan sonar Peyğəmbərimiz ona belə buyurdu –“Səni görüncə dözə bilmirəm, əlimdə olmadan kədərlənirəm əmim Hz Həmzə yadıma düşür”. Hz. Vəhşi, Rəsulullahı üzməmək üçün, bir daha yanına gəlmədi. Xəcalətli, başı qarşısında yaşadı.Peyğəmbərimizi uzaqdan izləyər gözünə görünməməyə çalışardı.Peyğəmbərimizin vəfatından sonar  eyni mizraq və oxla yalançı peyğəmbər Müseyləmənin öldürdü və İslama  böyük xidmət etdi. O, xəlifə  Hz. Osman zamanında vəfat etdi.

Top