Çinin müxtəlif bölgələrindən on nəfər İstanbula gəlir. Bu on nəfər sıravi insanlar deyildi.
Bunların ortaq xüsusiyyətləri yeni Müsəlman olmalarıdır. Ümrə üçün İstanbul üzərindən Ərəbistana gedəcəkdilər. Hamısı da yeni Müsəlman olmuş. Kimi iyirmi gün əvvəl, kimi bir ay, kimi isə iki ay əvvəl Müsəlman olmuşdu. Nə kifayət qədər İslami məlumatları vardı, nə də edəcəkləri ümrə ilə əlaqədar bir məlumatları.
Yanlarına, özlərinə köməkçi olacaq, həm Çin dilini, həm Ərəb dilini yaxşı bilən, həm də İslami məlumatı olan birini rəhbər olaraq götürəcəkdilər. Təqdiri İlahi, Türkistandakı Çin zülmündən qaçıb İstanbula yerləşmiş bir Uyğur Müsəlman, bu on Çinliyə rəhbər oldu. Bundan sonrasını həmin müsəlman qardaşımızın dilindən dinləyək:
"Yeni Müsəlman olmuş bu on Çinli ilə birlikdə yola çıxdıq. Qısa zamanda aramızda yaxşı bir dostluq quruldu. Yeni mömin olmuş bu insanlar, böyük bir həyəcan yaşayırdılar. Heç birinin İslami məlumatı yox idi. Hətta namazda oxuyacaqları surələri bilmədikləri kimi Fatihəni belə bilmirdilər. Bəzi zikrləri etdirməyə çalışır; ancaq Çincə tələffüz çətin olduğu üçün zikrləri tam oxuya bilmirdilər. Namazlarda yalnız "Əlhəmdülillah, Allahu Əkbər" deyə bilirdilər. Məndən soruşmuşdular: "Nə edək?" deyə. Mən də onların kiminə "Əlhəmdülillah", kiminə "La ilahə illəllah" və belə zikrləri öyrətməyə çalışırdım. Onlar da namazlarda bunları söyləyirdilər. Əvvəl Məkkəyə getdik. Kəbədə onların halı görülməyə dəyər idi. Yeni doğulmuş uşaqlar kimi həyəcan və sevinc içində, gah ağlayır, gah gülürdülər. Adlarını dəyişdirmişdik: Məhəmməd (Chan Ching), Həsən (Chun Fang) kimi hər biri yeni adı ilə çağırılırdı. On Çinli qardaşımızdan biri olan Məhəmməd də bir fərqlilik vardı. Bu vəziyyət diqqətimi çəkmişdi. Hər namazını gözləri yaşlı olaraq bitirirdi. Yaxşıca diqqət yetirdim. Bəli, Məhəmməd namazlarında ağlayırdı. Mənə də davamlı suallar verir, İslam haqqında məlumat əldə edirdilər. Mən də bildiyim qədəriylə onlara məlumatlar verirdim. Bir gün Məhəmməd soruşdu: "İçki nədir, içkiyə dinimiz necə baxar?" "Rəbbimiz içkini qəti olaraq qadağan etmişdir, içilməsi, hazırlanması, daşınması, satılması qadağandır."
Qaldığımız otelə gəlmişdik. Məhəmməd zəng edəcəyini söylədi və ona vətəninə zəng etmə imkanı təmin etdik. Çindəki qardaşına zəng edirdi, qardaşına eynilə belə deyirdi: "İçki fabrikimizi bağla, Allahımız elə əmr etmiş. Bizə bu əmrə riayyət etmək düşər."
Qardaşı bunu edə bilməyəcəyini, böyük zərər edəcəklərini söyləyirdi.
Lakin Məhəmməd qərarlı idi: "Allah əmr etmiş, bizə düşən yerinə yetirməkdir. İstehsalı dərhal dayandır, mən gələndə borcları həll edərəm." İçki fabriki bağlandı. Məkkədəki ibadətlərimizə davam edirik. Yenə bir gün mənə soruşduqları suallardan çıxardıqları bir nəticəni açıqlayarlar: "Qadın modası, qadınları yarı çılpaq təsvir etmək kimi fəaliyyətlər də dinimizdə qadağandırmı?" Bəli qadağandır. Eyni gün otelə gəldiyimizdə yenə Çinə zəng etdi və bu səfər də qardaşına moda evinin bağlanılması əmrini verdi. Qardaşı yenə etiraz etdi; ancaq Məhəmməd nə etiraz dinlədi, nə də qərarından imtina etdi: "Rəbbimiz əmr etdi isə bizə bu əmri yerinə yetirmək düşər." Məkkədəki ziyarətimizi bitirdik və Mədinəyə getdik. Mədinədə bir səhər namazı. Əfəndimizin "Bura cənnət bağçasıdır." buyurduğu yerdə səhər namazının fərzini edirik. Məhəmməd mənim yanımda. Digər Çinli qardaşlarımızda yanımızda... İlk səcdəyə çatırıq, səcdədən qalxırıq, ikinci səcdəyə çatırıq, sonra qıyama qalxırıq. Məhəmməd hələ də səcdədə, qalxmadı. Təkrar səcdə edirik, əttəhiyyətuyu oxuyuruq və salam veririk. Məhəmməd hələ səcdədə... Düşündüm ki, yorğunluqdan və yuxusuzluqdan bəzən insana bir halsızlıq,ağırlıq gəlir, Məhəmmədə də səcdədə belə bir şey oldu, yatdı. Əlimi uzatdım, çiyininə toxundum və yüngülcə çəkim dedim ki, sağ tərəfinin üzərinə diyirləndi. Məhəmmədin ölmüş ola biləcəyini düşündüm. Hadisə eşidilmişdi. Məhəmmədi çölə çıxardılar, bir təcili yardıma qoyaraq xəstəxanaya apardılar. Biz də getdik. Xəstəxanadakı ilk müayinədə çoxdan vəfat etdiyini söylədilər. Məhəmmədi xəstəxananın meyitxanasına qaldırdılar.
Çinli qardaşlarımla birlikdə xəstəxananın qarşısında nə edəcəyimizi bilməz bir halda kədər içində idik. O arada bir avtomobil ilə yüksək mövqe sahibi bir şəxs gəldi. Hər kəs onu hörmətlə qarşıladı, sonradan öyrəndik ki, bu şəxs Mədinənin öndə gələn idarəçilərindən biri idi. Xəstəxana səlahiyyətlilərindən soruşdu: "Bu gün burada ölən bir Çinli varmı?- "Bəli" cavabını alıb belə açıqlama verdi: "Dünən gecə Əfəndimiz yuxumda mənə göründü və buyurdular ki, "Sabah burada bir Çinli qardaşım vəfat edəcək, onun cənazəsi ilə maraqlanın." Bir anda hər şey dəyişdi. Məhəmmədi meyitxanadan götürdülər, bir dövlət səlahiyyətlisinə edilənlərdən daha artığını etdilər...
Allah, hamımıza bu dünyadaykən Onun "yoldaşı" olmağı nəsib etsin. Amin.
mənbə: Zaman Qəzeti