“Şübhəsiz” inam

“Şübhəsiz” inam

Namazlarını vaxtlı vaxtında camaatla məsciddə qılan,  ALLAHa ürəkdən bağlı, çox təmiz qəlbli bir adam var imiş. Amma evi, çayın o biri tərəfində olduğu üçün hər vaxt namazına bir az gecikərdi. Çünki çayı sal ilə keçmək vaxtını çox aparırdı. Bir gün, getdiyi məsciddə bir xütbə dinləyir…
İmam deyir ki: ”ALLAHa elə inanıb elə sığınacaqsan ki, elə güvənəcəksən ki, hər işin asanlıqla həll olacaq. ”..Bismillah..” –  de gir suya.. İnanki suda yeriyəcəksən…” deyə  bir nümunə verir…
Adam bunu eşidincə çoox sevinir.
- Oh! – deyir. Xilas oldum artıq saldan, vaxt itirməkdən. Bismillah – deyib keçərəm qarşıya… Sevincindən içi içinə sığmır bu məsumun…
Eyni zamanda da içindən İmama acıyır ki, niyə indiyə qədər bunu ona söyləməyib. Həmin bu məsum insan İmam dediyi kimi də eliyir. Məsciddən çıxır və çayın sahilinə gəlir “Bismillah” deyir və suda yeriyib çayın o biri tərəfinə keçib gedir. Artıq arvadı da özü də çox xoşbəxt olurlar buna görə.
Bir gün xanımı deyirki : ”Sabah o  İmamıda götür gəl yeməyə..! Gör bizə nə qədər yaxşılıq elədi o…”
“Olar”, deyir adam.
Sabahı gün məsciddən çıxanda yoldaşı dediyi kimi, İmamı evə dəvət edir, İmam razılığ verir. Çayın kənarına çatırlar.
İmam : “..Gözlə bir sal tapıb keçək çayı..” – deyəndə adam təəccüblənir. ”Nə salı İmamım..? Cümə günü sən demədinki “..Bismillah..”  de və çayın üzərindən keç..! Mən o gündən bəri elə edirəm. Haydı keçək..”
İmam heyrət içində çaş – baş qalır… Bir müddət titrək ürəklə, qəmli baxır adama və deyir: “- Ah..! Kaş ki mənim imanım da, səninki kimi ” şübhəsiz”  olardı.”

Necə xoşbəxt yaşayırsan inamın çoxdu sənin,
Bircə zərrə imanında gümanın yoxdu sənin..
Top