Uca Allah yeri yaradanda yer fasiləsiz hərəkət edirdi. buna görə də Allah-Təala dağları yaratdı. Dağları yerə oturdunca yer sabitləşdi. Mələklər dağların gücünə heyran olub Allahdan soruşdular:
-Ey Rəbbimiz, məxluqatın içində dağlardan daha güclüsü varmı?
Allah-Təala da:
-Bəli, dəmir,-buyurdu.
Mələklər:
-Ey Rəbbimiz, dəmirdən daha güclüsü varmı?-dedilər.
Uca Allah:
-Bəli, od,-buyurdu.
Mələklər yenə:
-Ey Rəbbimiz, məxluqatın içində oddan daha güclüsü varmı?-soruşdular.
Allah-Təala:
-Bəli, külək var,-buyurdu.
Mələklər:
-Ey Rəbbimiz, məxluqatın içində küləkdən daha güclüsü necə, varmı?- deyə soruşunca Uca Allah belə buyurdu:
-Bəli, var. Sol əldən xəbərsiz sağ əllə sədəqə verən bəşər övladı daha güclüdür.