Bir əsgər namaz qılan əsgərdən soruşdu: - Neçənci əsrdə yaşayırıq? Niyə özünü zəhmətə salıb hər gün 5 dəfə namaz qılırsan?
Namaz qılan əsgər elə həmin vaxt uzaqdan görünən komandiri göstərib dedi:
- Bu insan niyə hər yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə yatırsan, qalx desə qalxırsan? Oda sənin kimi 2 əli, 2 ayağı, 1 başı olan insan deyilmi?
Digər əsgər cavab verdi:
- Bəli, o da mənim kimi biridi. Amma rütbəsi var, çiynində ulduzu var.
Namaz qılan əsgər bunun cavabında dedi:
- Ey dost! Sən çiynində 1 dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində ulduzları olan və hamısını təsbeh dənələri kimi qüdrətli əliylə çevirən Allaha itaət etməyim? Niyə namaz qılıb əmrini yerinə yetirməməliyəm?