Molla bir söhbətində:
- "Bismillah deyərək getsəniz, suyun üzərindən batmadan keçə bilərsiniz."- deyir.
Bu sözə inanan bir kəndli, artıq körpü yerinə çaydan keçir.
Bir gün mollanı evinə dəvət edir.
Dəvəti qəbul edən molla ilə birlikdə gedərkən, qarşılarına çay çıxır və adam çayın üzərindən gedərək keçir.
Amma molla suya girməyə cəsarət edə bilmir.
Çaşmış kəndli,
- "Molla siz belə deməmiş idinizmi, gəlsənizə!"-deyə səslənər.
Molla isə belə cavab verər:
- "Onu söyləyən dil məndə; amma ona inanan ürək səndədir...!"