Yaşlı qadın olduqca dini bütöv bir insan idi.. Hər səhər qapısının önünə çıxar və qışqıra-qışqıra dua edərdi:
"Tanrım bizə verdiklərin üçün sənə şükrlər olsun!"
Və ardından hər səfərində də yan qonşusunun səsi eşidilərmiş:
"Tanrı yoxdur, qadın, Tanrı yoxdur!!!"
Yaşlı xala nə qədər əsəbləşsə də yenə hər səhər dua edirdi, o biri qonşu da inadından hər səfərində ona elə cavab verərdi..
Bir axşam, qonşusu yaşlı xalaya bir oyun etmək qərarına gəlir..
Marketə gedib bir çox meyvə-tərəvəz, çörək və s. götürüb torbalara doldurur, yaşlı xalanın qapısının önünə qoyur...
Ertəsi səhər xala qapını açıb yeməkləri görəndə çox təəccüblənir və sevinclə qışqırır:
"Sənə şükrlər olsun Tanrım, bu göndərdiyin yeməklər üçün sənə şükrlər olsun!!!"
Və bu zaman ağacın arxasından onu seyr edən qonşusu səslənir:
"Tanrı yoxdur qadın Tanrı yoxdur!!! O yeməkləri mən aldııııım!!!"
Yaşlı xala heç duasını pozmadan:
"Uca Tanrım sənə nə qədər şükr etsəm azdır!!!! Həm bu yeməkləri göndərmisən, həm də pulunu şeytana ödətdirmisən!!!"