Buyur demədimi?..

Buyur demədimi?..

Əllərimizi açıb duaya dayandığımızda nələr istəyirik bir düşünün! İstədiklərimiz olmayınca dərhal "duam qəbul olmadı", "Allah duama razılıq etmədi" deyirik... Bəs görəsən bu həqiqətən belədirmi?

Biri hər gecə qalxıb Allahı xatırlayır, ONA dua edirdi. Şeytan ona dedi:
- Ey Allahı çox anıb xatırlayan adam, bütün gecə "Allah" deyib çağırmağına qarşılıq səni buyur edən varmı? Sənə bir tək cavab belə gəlmir, daha nə zamana qədər dua edəcəksən?
Adamın qəlbi qırıldı, başını yerə qoydu və yuxuya daldı. Yuxusunda ona belə deyildi:
- Özünə gəl, yuxudan oyan! Niyə duanı, zikrini buraxdın? Niyə usandın dua etməkdən?
Adam:
- 'Buyur' deyə bir cavab gəlmir ki! Qapıdan qovulmaqdan qorxuram, dedi. Bunun üzərinə deyildi ki, ona:
- Sənin Allah deməyin, Onun buyur deməsi sayəsindədir...
Sənin yalvarışın, Allahın sənin ruhuna xəbər uçurmasındandır...
Sənin səylərin, çarələr axtarışın, Allahın səni özünə yaxınlaşdırması, ayaqlarındakı bağları azad etməsindəndir...
Sənin qorxun, sevgin, ümidin Allahın lütfünün kəməndidir...
Sənin hər 'Ya rəbbim' deməyinin altında, Allahın "buyur" deməsi vardır...
Qafilin, cahilin canı bu duadan uzaqdır. Çünki 'Ya rəbbim' deməyə icazə yox ona. Ağızında da kilid vardır, dilində də...
Zərərə düçar olan zaman, ağlayıb, sızlamasın deyə Allah ona dərd, ağrı, sızı, qəm, kədər vermədi...
Bununla anla ki, Allaha dua etməyini, ONU çağırmağını təmin edən dərd, dünya səltənətindən daha yaxşıdır...
Dərdsiz dua soyuqdur. Dərdliykən edilən dua könüldən qopar...

Top