Bir gənc uzaq bir məmləkətə səfər edir. O, səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Gənc bu gördüklərini nə qədər götür-qoy eləsə də bir məna anlaya bilmir və gəlib bir şəhərə yetişir. Giriş qapısının yanında nurani bir qoca görüb, salam verir. Qoca da salamı alır və onu saxlayıb söhbətə tutur. Oğlan yol boyu gördüklərini söyləyir və qoca da onun dediklərini belə izah edir:
*** Bəli, dəyərli oxucular, bu söhbət əslində bir çox maraqlı mövzulara qapı kimi açılır. Biz isə daha çox birinci mənzərə, yəni qazandığını məhv etmək məsələsi üzərində durmağa çalışacağıq. Çünki bu gün mühitimizdə bu mənzərə çox geniş yayılmış görüntülərdəndir. Əgər insan etdiyi yaxşılığı başa qaxacaqsa, onu heç eləməsə yaxşıdır. Başa qaxmaq üçün edilən yaxşılıq dünya mənfəəti niyyəti ilədir. Allah rizası, rəğbəti qazanmaq üçün edilən yaxşılıq heç zaman başa qaxılmaz. Başa qaxılmaq bir yana dursun, unudular və ağla gətirilməz belə. *** Şeytanın övladlarından birinin adı Mütəkazidir və işi də gizlində edilmiş yaxşılıqları aşkara çıxarıb bərəkətini qaçırmaqdır, insanı iflasa sürükləməkdir. Yəqin ki, hər kəsi eyni sual düşündürəcək: Bu necə olur?- Cavabı bəllidir. İnsan kiməsə bir yaxşılıq edir və elədiyi yaxşılığı da gizli saxlayır. Allah-Təala da o qulunun yaxşı əməlinə bir savab deyil, düz yüz savab yazır. Şeytan balası rahatlığını itirir, qəzəbindən od tutub yanır və o adamın bu qazancını heçə-puça çıxarmaq üçün min bir oyun oynayır. Davamlı olaraq onun nəfsini şişirtməyə başlayır, vəsvəsə verir, “sən insanlar arasında böyük ehtirama, rəğbətə layiqsən”- kimi mədhiyyələrlə onu təvazö məkanından uzaqlaşdırıb təkəbbür uçurumuna doğru çəkir. Elə ki, bu adam elədiyi o yaxşılığı açıb söylədi, aldığı yüz savabdan doxsan doqquzu silinər, qalar biri. Heç diqqət yetirmisinizmi, insan elədiyi yaxşılığı gizli saxladıqca içində dəyərli bir cövhər olduğunu düşünür, elə ki, açıb söylədi, ətrafının alqışları altında bir müddət məmnun olur, amma zaman keçdikcə söylədiyinin üzüntüsünü yaşayır, sanki nəyisə əlindən salıb itirib. *** Bu məqam o qədər önəmlidir ki, bəlkə də insanın iman dərəcəsini ölçmək üçün ən dəqiq göstəricidir. Əgər insan elədiyi yaxşılıqları “Allah bildi, mənə kifayətdir” düsturu ilə unuda bilirsə, kimsəyə söyləmirsə, demək Allaha təslim olmuş bəndədir. Yox əgər birisi Allah bildi, çox gözəl, “qoy insanlar da bilsinlər, məni tərifləsinlər, öysünlər” havasına girdisə, demək artıq şeytanı sevindirdi və qazandığı savabın da doxsan doqquzu getdi. *** Ən böyük günah şirkdir, yəni Allahı inkar etmək, tanımamaq, Ona şərik qoşmaq. “Şirk” sözü də elə “şərik” sözü ilə eyni kökdən gəlir. Şirkin müxtəlif dərəcələri var: Allaha inandığın halda cahillik üzündən işlənən şirkdən tutmuş Allahı inkara qədər. Əlbəttə, bilərəkdən Allahı inkar etmək ən böyük günah olmaqla yanaşı insanın özünə qarşı işlədiyi ən böyük zülmdür. Çünki qulun Allahı tanıyıb-tanımaması ancaq özünə xeyir, ya da zərər verər. Qulun Allahı tanımaması özünü hər cür mərhəmətdən məhrum hala gətirməsidir. Tanımadığından bir şey diləməyə nə üzün olar? Tanıdınmı, Haqqını bildinmi, bir yol səcdə edib “Allahım, mən Sənin bəndənəm, qulunam” dedinmi? Demədinsə, tanımadınsa... *** Birisi namaz qılır, özü də sanki tələsir, sanki namazı tez qurtarmağa çalışır. Bu zaman onun namaz qıldığı yerə nüfuzlu, səlahiyyətli bir adam gəlir. Bunun gəlişi ilə namazın ahəngi dəyişir. Bayaqdan tələm-tələsik qılınan namazın şəkli dəyişir, indi süslü hala gətirilir, bütün bəzəyi, aksessuarı ilə birlikdə qılınmağa başlanır. Gələn adam bir şey anlamır, amma aradan bir qədər keçəndən sonra həmin namaz qılan adam oturub öz davranışını düşündü və çox utandı: Demək mən o qədər cahiləm ki, üz tutub səcdə etdiyimi deyil, yanımdakı insanı görürəm. Mən bu namazı kimin rizasını, rəğbətini qazanmaq üçün qılıram?- Əlbəttə, Allah-Təalanın. Elə isə niyə qibləyə yönəlib namaza başlayanda Allah-Təalanın məni gördüyünü düşünmürəm, amma birisi içəri girəndə özümü yığışdırıb namazı səliqə ilə, ədəbinə uyğun şəkildə qılıram? Mən bu insanın rəğbətini istəyirəm, yoxsa Allahın? Bəs namazın əvvəlində əllərini qulağının dibinə qoyub “Allahu Əkbər” deyirsən haa, o nə deməkdir- Əllərimi qulaqlarının dibinə qaldıranda Allahla aramda olan hər şeyi arxama atdım, bu aradan dünyanı çıxardım, demək deyildimi? Bəs niyə belə oldu?- Demək atmamışam, Allahla aramdan dünyanı çıxarmamışam. Bu şirkdirmi?- Bəli, amma cahilliyin, anlamazlığın doğurduğu şirkdir. Tövbə elə, bir də təkrarlama. Mən münafiqəmmi görəsən, yəni riyakarammı?- Üzdə bir cür görünüb, gerçəkdə başqa cür birisiyəmmi?- Bilmirəm. Amma hər halda “Allah-Təala hər an məni görür” düşüncəsindən məhrum olmaq böyük itkidir, ağır məhrumiyyətdir, ələlxüsus da namaz üstündə belə mən bu cür cahilliyə davam edirəmsə, halım nə olacaq, görəsən? *** İnsanın münafiq olmadığının əlamətlərindən biri də tez-tez “mən münafiqəmmi?” deyə özünü sorğu-suala çəkməsidir. Rəsulullahın (s.ə.s.) nəvəsi İmam Zeynəlabidin Haqqın rəhmətinə qovuşmuşdu və onun cansız bədənini yuyan qəssal (mürdəşir) çiynindəki qabar yerlərini görüb ağlaya-ağlaya yuyat yerindən çıxdı. Qəssalın niyə bu cür hönkürdüyünü sonrakı günlərdə Mədinə camaatı anladı və İmam üçün bir daha ağladı: Gecə ikən yetimlərin, kasıbların, yardıma möhtacların qapısına gələn ərzaq dolu torbaların ardı kəsilmişdi daha. *** Kimsənin görmədiyi yerdə bir müsəlmanın problemini öz ehtiyacından üstün tutmaq, onun həllinə çalışmaq Allahı məmnun etməkdir. Bu səviyyə ehsan məqamıdır, yəni Allah-Təalanı görməsən də, hər zaman Allah-Təala ilə üzbəüzmüş kimi, Onun baxışları altında davranış dərəcəsidir. Bu düşüncə, bu əhval-ruhiyyə içində yaşayan insan, əlbəttə, haramın hər çeşidindən, azından da, çoxundan da qaçar. Ola bilsin ki, elədiyi yaxşılığı dilinin altında tutmaq kiməsə bir qədər çətin görünə bilər, amma əmin olun ki, bunu bacaranın qəlbinə Aləmlərin Rəbbi elə bir həzz, elə bir zövq qoyar ki, söyləyib bir anlıq təkəbbürlənmək, sonra da iflas etdiyini anlamaq insan olana sonsuz üzüntü verər. Elədiyi yaxşılığı söyləyənlər şeytanı güldürənlərdir. Hər kəs öz seçimini edir, kimi Allahı məmnun edir, kimi şeytanı güldürür, amma hər kəs də özünə, öz əməlinə şahid olur. Şahid olur ki, sonra əməllərinin qarşılığını alanda etiraz haqqına sahib olmasın. Vəssalam! Müəllif: Yeganə Məmmədova
Qarşısına çıxan ilk qəribə mənzərə belə olur: Bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib qalxır, o andaca məhsul verir, amma əkinçilər məhsulu toplamaq əvəzinə tarlanı yandırırlar.
İkinci qəribə mənzərə belə idi: Bir adam böyük bir daşı yerdən qaldırmağa çalışır, amma bacarmır. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilir. Üçüncü daşı qoyanda daha asan qaldırır. Gənc nə qədər baxsa da, bir şey anlaya bilmir və yoluna davam edir.
Yolda rast gəldiyi üçüncü qəribə mənzərə də belə olur: Bir adam qoyunun belinə minib, bir neçə adam da onun çiyninə dırmaşıb. Qoyun sürətlə qaçır, bir neçə adam da onların dalınca nə qədər yüyürsələr də, çata bilmirlər.
- Gördüyün o əkinçilər, buğda tarlası və onu yandıran adamlar bilirsənmi kimlərdir? - Əvvəlcə yaxşılıq edən, sonra da elədiyi yaxşılığı orda-burda danışıb dəyərini heçə endirənlər.
- Daş qaldıran adam ilə sənə başqa bir mesaj verilib. O mənzərənin mənası budur ki, ilk dəfə günah işləmək insan üçün çox ağırdır. Amma insan günahı işləyəndən sonra tövbə etməsə, növbəti günahlar ona çox yüngül gəlir. Tövbəsi olmayan bir günah başqa bir günah üçün açılmış qapıdır.
- Qoyun və onun belindəki adamlara gəlincə unutma ki, qoyun cənnət heyvanıdır, belinə minənləri də cənnətə daşımaqdadır. Qoyuna ilk minən alimlərdir. Alimlərin çiynindən asılanlar isə hər təbəqədən olan möminlərdir. Onların dalınca qaçanlar isə inancsızlar, dinsizlərdir.
Namazı təkbaşına bir cür, insanlar arasında başqa cür qılan birisi hər halda Allah-Təalanı inkar edən və ibadətə yaxın durmayan qədər kafir günahkar deyil, bütün xətaları cahilliyindən qaynaqlanır. Amma bir məsələ də var ki, insan hər zaman öyrənməyə, durulmağa, yüksəlməyə can atmalıdır. Rəsulullah (s.ə.s.): “İki günü bərabər olan ziyandadır” buyurmaqla müsəlmanları hər gün nəsə yeni bir şey öyrənməyə, Haqqa yaxınlaşmaq niyyətilə addımlar atmağa, xeyirli iş görüb savab qazanmağa təşfiq edir.
Mənbə: Zaman qəzeti