Rənglərin psixologiyası

Rənglərin psixologiyası

Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. Rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz yalnız onun görünüşünə diqqət etmirik. Əsas nəzər yetirilməli olan amillərdən biri və demək olar ki, əsası onun rəngidir. Unutmayın ki, rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar.
Qırmızı -fəal, parlaq rəngdir. O ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı rəng uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.
Narıncı — isti, yüngül, seksual rəngdir. Bu rəng insan əhval ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı simvolizə edir. Bu rəngi holandiyalılar sevirlər. Narıncı Merkurini tərənnüm edir.
rəng dünyası-koloristika

  • Sarı -isti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Brazilyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir.
  • Yaşıl rəng — sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.
  • Mavi — soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağılı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, hindlilər üçün həqiqət, brazilyalılar üçün hüzn rəngidir.
  • Tünd göy — çox soyuq rəngdir. O ağır, sərt və sirlidir. Bu rəng insanda ilk olaraq ehtiyatlanmaq hissi yaradır. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
  • Bənövşəyi — soyuq, ağır, sakit, sirli rəngdir. O müdrikliyi, cəldliyi, ağılı tərənnüm edir, paltarlara təntənəli və möhtəşəmlik verir. Uran planetinə uyğundur.
  • Qəhvəyi — ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.
  • Qara — soyuq, qəmli rəngdir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Qırmızı rəng ilə birləşməsi uğurludur. Yerin rəngidir.
  • Boz — neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.
  • Ağ — yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir.

Astroloqlar hər bir bürcün də özünəməxsus rəngi olduğunu deyirlər.
  1. Qoç — qırmızı
  2. Buğa — açıq yaşıl
  3. Əkizlər — Göy qurşağının bütün rəngləri
  4. Xərçəng- mavi
  5. Şir — narıncı, sarı, ağ
  6. Qız — mavi
  7. Tərəzi — tünd yaşıl
  8. Əqrəb — al rənglər
  9. Oxatan — göyqurşağının bütün rəngləri
  10. Oğlaq — ağ, qara
  11. Dolça — bənövşəyi
  12. Balıqlar — mavi-yaşıl
Top