Yorğunluğun verdiyi ağırlıqla dərhal yuxuya getmişdi. Bir iniltiylə oyandı adam. Ətraf hələ də qaranlıq idi. İniltini yuxu gördüyünə yordu. Dodaqları susuzluqdan çatlayırdı, elə susamışdı. İşıqları yandırmadan mətbəxə gedib suyunu içdi və yatağına döndü. Tam yatmaq üzrəykən, eyni inləmə səsi təkrar eşitməyə başladı. Amm...a yuxuydumu,həqiqətmiydi fərqində deyildi. Səsin gəldiyi istiqamətə yönəldi. O an yuxuda olduğuna yaxşıca əmin oldu. Çünki eşitdiyi səsin sahibi evin tək səccadəsi idi.
Adam çaşdı və qorxulu bir səslə
-İnləyən sənmiydin?
-Bəli dedi səccadə
-Nə üçün ağlayırsan?
Səccadə yenə içə işləyən bir səslə:
- Səni yuxundan oyandıran susuzluğunu, doyana qədər, su içərək sərf idin. Halbuki mənim susuzluğumu aradan qaldıracaq kimsəm yox!
- Necə susayarsan, sən canlı belə deyilsən dedi adam.
Səccadə:
- Mənim ehtiyacımda bir cür sudur amma içdiyin deyil. Mənim susuzluğumu ancaq tövbəkar qulların gözyaşları aradan qaldırar.
- Anlamadım dedi adam maraqlı gözlərlə səccadəyə
- Ağlaram çünki Allahın qulları; qəbirinin aydınlığa çatmasını, qaranlıqlarda qalmamağı, o müqəddəs gündə aydın olmağı istəyərlər. İstəyərlər də bu vaxtda qalxıb iki rükət namazı qılmazr. Həmişə baxıram sənə, bir gündə qalxıb şükr üçün iki rükət namaz qılmazsan.
-Məni rahat burax deyib döndü adam.
Səccadə davam etdi.
- Ey Allahın qulu; bax səhər namazının vaxtı gəldi. Azanlar; namaz yuxudan xeyirlidir deyə səslənir. Ah səhər namazı , ah bu səhər namazı ! Namazlar arasında müstəsnadır. Həm ürəyə həm də ruha həyat verənir o .Bəs etmir? Gecə gündüz dünya üçün çabaladığın , Əziz və Qahhar olan Allahın çağırışına niyə razılıq etməzsən!!!
Adam sıxılaraq:
-Ey səccadəm, məni rahat burax . Gündüz kifayət qədər yoruluram, bir az daha yatım deyib yatağın istiliyinə buraxdı özünü.
- Səccadə qorxmadan adamı xəbərdar etməyə və yatırtmamağa çalışırdı.
- Demək ki sən dünyaya axirətdən daha çox əhəmiyyət verirsən.
Adam hirsləndi:
-Yetər artıq lütfən danışma deyə qışqırdı.
Səccadə bu sözün qarşısında əvvəlcə susdu. Daha sonra səsini yaxşıca alçaldaraq ;
-Ah o fəcirva xtındakı adamlar, ah o fəcir vaxtındakı adamlar dedi. Sən O nurlu peyğəmbərin bu vaxt üçün nələr söylədiyini bilməzsənmi. "Hər kim ki günəş doğmadan və batmadan əvvəl namazlarını əda etsə atəşə girməyəcək", "Münafiqlərə ən ağır gələn namaz səhər və şam namazıdır. Onlar ki o iki namazdakı əcri bilsəydilər sürünə sürünə gedərlərdi...(BUXARİ C.8 S.258 )"
Bunun üzərinə adam yatağından qalxıb;
-Haqlısan səhər namazı həqiqətən əhəmiyyətli dedi..
Səccadə:
-Elə isə qalx və namaz qıl dedi. -Sabah inşallah , mütləq qalxacağam amma bu gün çox yorğunam dedi adam.
Səccadə son bir ümidlə ;
-Adam Saleh əməllərin nə qədər böyük əcri olduğunu idrak edə bilməzsə bütün zamanlarda bu əməllər çətin gələr. Məsələ yatmaqsa, qəbir də yuxudan çox nə var! Gəl sözümü dinlə Ey Allahın Qulu!
Bu andan sonra adamdan tək söz eşidilmədi. Səccadə də bir müddət səssiz qaldı. Adam yuxuya davam etdi.
Amma əfsus! Adam ömüründəki ən uzun yuxusuna dalmışdı belə. Səccadənin son sözlərini eşidə bilmədi. O an səccadə adamın öldüyünü anlayınca qısıq bir səslə bunları söyləyirdi.
-Ey tövbəsini sabaha təxirə salan, sabaha çıxa biləcəyini bilirsənmi !!!
Ölüm pusquda həmişə, biz dünya üçün günah işlərkən. Vaxt çox məhdud. Gün gəlib keçər fərqində olmadan.
VƏ KİM BİLİR BU GÜN BƏLKƏ DƏ SƏNİN SON GÜNÜNDÜR...